Zirəddin Rzayev: "2024 - təbii fəlakətlər ilidir, amma yaxşı tərəfləri də olacaq"

Zirəddin Rzayev: "2024 - təbii fəlakətlər ilidir, amma yaxşı tərəfləri də olacaq""2024 - xəstəliklər ili olacaq".

Bu sözləri Oxu.Az-a müsahibəsində Moskvada yaşayan azərbaycanlı ekstrasens Zirəddin Rzayev deyib.

Müsahibəni təqdim edirik:

- Zirəddin bəy, necəsiniz, işləriniz necə gedir?

- Təşəkkür edirəm, hər şey qaydasındadır.

- 2023-cü illə vidalaşmağımıza sayılı günlər qalır. Hər kəsi maraqlandıran bir sual var: 2024-cü ildə bizi nələr gözləyir?

- Bu il texniki və tibbi tərəqqiyə nail olacağıq. Böyük elmi kəşflər ediləcək. Pis tərəfi odur ki, təbii fəlakətlər daha çox olacaq. Bir sözlə, 2024 - təbii fəlakətlər ilidir.

- Müşahidə etmisinizsə, yola saldığımız ildə dəhşətli zəlzələlər çox oldu. Növbəti ildə də davam edəcəyini bildirirlər. Siz nə düşünürsünüz?

- Bəli, gələn il də tektonik hərəkətli il olacaq. Sadəcə, bunu deyə bilərəm.

- 2020-ci ildən bu günə qədər bütün dünya koronavirus epidemiyası ilə qarşı-qarşıyadır. Hazırda vəziyyət nisbətən normallaşıb, hətta pandemiya səviyyəsindən epidemiya səviyyəsinə endirilib. 2024-cü ildə xəstəliklə vidalaşa bilərikmi?

- Koronavirus ilə bağlı məlumatı mən 2017-ci ildə demişdim. Hətta o vaxt demişdim ki, "payızın əvvəlində dəhşətli virus dünyanı cənginə alacaq. İnsanlar maskada gəzməli olacaqlar". Elə də oldu. 2024-cü il də xəstəliklər ilidir. Yeni, fərqli viruslar özünü büruzə verəcək.

- Son bir ayda ölkəmizdə qızılca xəstəliyi geniş yayılıb. Ölüm hallarına rast gəlinir. Yeni ildə xəstəlik səngiyəcəkmi?

- Qızılca xəstəliyindən elə də böyük təhlükə görmürəm. Hazırda xalq arasında təşviş var. Böyük fəlakətə səbəb olacağını düşünmürəm.

- 2024-cü il ilə bağlı dünya alimləri çox bədbin fikirlər səsləndirirlər. Fəlakətlərin çoxalacağını dilə gətirirlər. Siz nə düşünürsünüz?

- Dünya alimləri indi deyirlər, mən isə hələ üç-dörd il öncə demişdim. Dünyanın özünü Allah su ilə təhdid edir. 2024-cü ildə daha çox vulkan püskürməsi, asteroid fəlakəti gözlənilir.

- Gələn ilin daha nə kimi özəlliyi olacaq?

- 2024-cü ilin elə də böyük bir özəlliyi yoxdur. Yaxşı tərəfi - texniki, hərbi, tibbi sahələrdə inkişaf olacaq. Ümumilikdə 2024-cü rahat il deyil.

- Zodiak üzrə Əjdaha ilidir. İlinə xas olaraq "Əjdaha" alovunu daha çoxmu püskürəcək?

- Bu ilin "əjdahası" dəlisovdur. İl Dəli Əjdaha ilidir. O, uşaq xarakterli, emosional və çılğındır.

- Hansı ölkələrin problemləri daha çox olacaq?

- 2024-cü il MDB üzvləri və Orta Asiya ölkələri üçün elə də uğurlu olmayacaq. 2024-25-ci illərdə Avropa qitəsində böyük təbii fəlakətlərin olma ehtimalı çox böyükdür.

- Qarşıdan gələn ildə inflyasiya gözlənilirmi?

- 2024-cü ildə inflyasiya olmayacaq. Elə bir şey yoxdur. Bəzi iqtisadçı və siyasətçilərin təkidli proqnozlarına rəğmən, böyük inflyasiya yaşanmayacaq.

- Əjdaha ili ümumən bizə nə vəd edəcək?

- Əjdaha ili bizə mehriban olmağı tövsiyə edir. Çünki "Əjdaha" uşaq xarakterlidir. Emosionaldır. İnsanlar tez küsə, dalaşa bilərlər, aralarında münaqişə yarana bilər. Dövlətlər arasında yaşanacaq münaqişələr də Əjdaha ilinin xarakterinə görə istisna deyil.

- Rusiya və Ukrayna arasında münasibətlər necə olacaq?

- Bu hərbi qarşıdurmada Rusiya qalib gələcək. Rusiyanın Ukrayna, NATO, Avropa və ABŞ üzərində qələbəsi gözlənilir. Bu, son deyil. Çünki Rusiya və ABŞ qarşıdurması illərlə davam edəcək. Amma Rusiya nə ABŞ-yə, nə Avropaya, nə də NATO-ya məğlub olacaq.

- Yaxın Şərqdə yeni münaqişə ocaqları olacaqmı?

- Yaxın Şərqdə yeni savaş qığılcımları özünü göstərəcək. Bununla yanaşı, Fələstin-İsrail gərginliyi sonuncunun qələbəsi ilə bitəcək.

İran daxilində yenə yayın əvvəli və ortalarında münaqişə yaranacağı, ictimai sabitliyin pozulma ehtimalı çox böyükdür.

- 2024-cü ildə qida çatışmazlığı barədə proqnozlar var. Siz nə deyə bilərsiniz?

- 2024-cü ildə qida çatışmazlığı olacağını öncədən söyləmişdim. Düzdür, Afrikadakı kimi olmayacaq. Ümumiyyətlə, aclıq ili olmayacaq, sadəcə, qida məhsullarında müəyyən qıtlıq olacaq.

- Yola saldığımız ili necə qiymətləndirərdiniz?

- Geridə qoyacağımız 2023-cü il çox aqressiv, gərgin il oldu.

- 2023-cü il ilə bağlı gözləntilərinizin hər biri oldumu?

- 2023-cü il üçün söylədiklərim 99 faizi özünü doğrultdu. Bunlardan biri Türkiyədə baş verən zəlzələ idi. Azərbaycanda da zəlzələ olacağını demişdim. Mən Türkiyədəki prezident seçkisini də demişdim.

2024-26-cı illərdə bizə qonşu olan iki ölkənin prezidentlərinin səhhətlərində ciddi problem olacaq.

- Zirəddin bəy, gələn il hansı məşhurlar təhlükədədirlər?

- Məşhurlar ilə bağlı proqnoz vermək istəmirəm.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1483   Tarix: 20 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.