"Xankəndidə seçki məntəqələrinin açılmasını ehtiva edən situasiyaya cənab İlham Əliyev hərbi-siyasi yolla nail olub" - Bəhruz Məhərrəmov

"Xankəndidə seçki məntəqələrinin açılmasını ehtiva edən situasiyaya cənab İlham Əliyev hərbi-siyasi yolla nail olub" - Bəhruz Məhərrəmov7 fevralda Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində ilk dəfə Qarabağ ermənilərinin də iştirak etməsi gözlənilir.

Mövzu ilə bağlı BiG.AZ-a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, 3 il öncəyədək Qarabağ və Şərqi Zəngəzur bizim üçün yalnız arzu idi, yaxud cəmi 3 ay əvvələ qədər ikili standartlara əsaslanan qlobal şər blokun, Fransa kimi müstəmləkəçi rejimin açıq dəstəyinə arxayın olan separatçı rejimin mövcudluğu şəraitində Xankəndiyə hətta Azərbaycan tərəfdən humanitar yardım maşını belə daxil ola bilmirdi. Amma bu gün mövcud siyasi iradə bu problemləri kökündən həll edib:

"Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, bildiyiniz kimi, bizim 6 ali konstitusion niyyətimizdən biridir. Azərbaycanın müstəqillik tarixində biz, nəhayət ki, ilk dəfə olaraq bəyan edə bilirik ki, Azərbaycan Müzəffər Ali Baş Komandanının qətiyyəti sayəsində bütün suveren ərazilərində Konstitusiya quruluşunu bərqərar etmiş bir dövlətdir və tariximizdə də ilk dəfə olaraq belə bir situasiyada seçki keçirməyə hazırlaşırıq. Unutmayaq ki, 3 il öncəyədək Qarabağ və Şərqi Zəngəzur bizim üçün yalnız arzu idi, yaxud cəmi 3 ay əvvələ qədər ikili standartlara əsaslanan qlobal şər blokun, Fransa kimi müstəmləkəçi rejimin açıq dəstəyinə arxayın olan separatçı rejimin mövcudluğu şəraitində Xankəndiyə hətta Azərbaycan tərəfdən humanitar yardım maşını belə daxil ola bilmirdi. Amma bu gün mövcud siyasi iradə bu problemləri kökündən həll edib. Bu mənada, beynəlxalq hüquqla tanınan sərhəd bütövlüyümüz çərçivəsində bütün suveren ərazilərimizdə keçiriləcək Prezident seçkiləri bizim tariximizin qürurlu bir səhifəsidir. Üstəlik, Ermənistan və bir qisim havadarları da artıq reallıqla barışmağa məcbur olub və nəticədə müzəffər Ali Baş Komandanın hərbi-siyasi yolla sülhə məcburetmə tədbirləri artıq ilkin nəticələrini verməkdədir. Lokal xarakterli antiterror tədbirlərinin ardınca ötən 3 aylıq period ərzində son 30 ildə ilk dəfədir ki, Azərbaycan və Ermənistan şərti sərhədlərində atəş səsləri eşidilmir. Təbii ki, bu reallığa tarixin və proseslərin təbii axarında nail olmamışıq. Bu situasiya ciddi siyasi iradənin, qətiyyətli mövqenin, uzunmüddətli fəaliyyətin nəticəsində meydana çıxıb. Cənab İlham Əliyev bütün dünyaya xalqımızın nəyə qadir olduğunu sübut etdi. Selektiv siyasət yürüdən qlobal güclər Azərbaycanın artan hərbi-siyasi imkanları və regionda möhkəmlənən mövqeyinin fərqinə vararaq reallıqları qəbul etməyə, hətta kifayət qədər önəmli qlobal oyunçular belə qərəzli mövqedən geri addım atmağa məcbur oldu. Heç şübhəsiz ki, Ermənistan da reallıqları anlamaqda, Azərbaycana qarşı revanş iddialarının faydasız olduğunu başa düşməkdədir. Ermənistan onun da fərqindədir ki, İlham Əliyevin beynəlxalq hüququn aliliyinə əsaslanan iradəsi qarşısında Qərb yalnız bəyanatlarla kifayətlənməli olur".

Deputat qeyd edib ki, Xankəndidə, Şuşada, Zəngilanda seçki məntəqələrinin açılmasını ehtiva edən situasiyaya cənab İlham Əliyev hərbi-siyasi yolla nail olub :
"Bu mənada, əzəli-əbədi ərazimiz olan Xankəndidə, Şuşada, Zəngilanda seçki məntəqələrinin açılmasını ehtiva edən situasiyaya cənab İlham Əliyev hərbi-siyasi yolla nail olub və əgər Azərbaycanın Vətən müharibəsindəki qələbəsi, müzəffər Liderin qətiyyəti ilə aprel ayında Laçın sərhəd-buraxılış məntəqəsinin təsis edilməsi, habelə antiterror tədbirləri ilə cəmi 23 saata separatizmə öldürücü zərbə vurulmasaydı, bu gün bu barədə addımlardan danışa bilməzdik".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 691   Tarix: 20 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.