Ömürlük məhkum anasının köməyilə həbsxanadan qaçdı
ABŞ-da anasının köməyi ilə həbsxanadan qaçan məhbus saxlanılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, 7 yaşlı qıza təcavüz etdiyinə görə ömürlük həbs cəzasına məhkum edilən 39 yaşlı Robert Yansi dekabrın 17-də Texas ştatının Brazoriya qraflığındakı həbsxanadan qaçıb. Sonra anası Leonor Priestl onun yanına gəlib. Qadın oğluna kişi geyimlərini, eləcə də saxta vəsiqəni verə bilib.
Həbsxana paltarından qurtulan Yansi cəzaçəkmə müəssisəsini qohumu ilə birlikdə tərk edə bilib. O, avtomobillə naməlum istiqamətə gedib. Həbsxana işçiləri onun qaçdığını bilən kimi maşını axtarışa veriblər.
Həmin gün axşam saat doqquzda Priestl həbsxanadan təqribən 180 kilometr aralıda saxlanılıb və qaçırılan maşının içərisində olmayıb. Ertəsi gün Yansi koloniyadan 70 kilometr aralıda, Kulinq su anbarının yaxınlığındakı parkda istirahət edənlərin diqqətini çəkib və bu barədə polisə məlumat verilib.
Yansi hüquq-mühafizə orqanlarına saxta adla vəsiqə təqdim etməyə çalışsa da, o, tezliklə qaçdığını etiraf edib.
Məlum olub ki, Priestl əvvəllər nəzarətçi vəzifəsində çalışıb. Müstəntiqlərin sözlərinə görə, o, oğlunun qaçmasına kömək etmək üçün həbsxana qaydalarına dair biliklərindən istifadə edib. Nəticədə qadın və onun sevgilisi Rassel Uilyams qaçmağı təşkil etməkdə ittiham olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 879 Tarix: 20 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKeşlədə sökülən evə görə birdəfəlik maddi yardım veriləcək
Keşlədə kollektorun üzərində tikildiyi üçün sökülmüş evin sakinlərinə birdəfəlik maddi yardım ödəniləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel sular
12:39 298 Azərbaycanlıların "taclandırdığı" "qanuni oğru"ya HÖKM OXUNDU
Kriminal aləmdə "Zviad Tbilisski" kimi tanınan "qanuni oğru" Zviad Ozmanyan cəzasını xüsusi rejimli həbsxanada çəkməklə 11 il 1 gün müddətinə azadlıqdan məhrum edilib. xəbər verir ki, məhkəmə Ozmanyanı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210.1-ci maddəsi ("cinayət iyerarxiyasınd
18:15 144 BİG.AZ-ın yazısına Audiovizual Şuradan REAKSİYA
15 aprel tarixində regional və internet televiziyalarının, Azərbaycanın iki telekommunikasiya peyki mövcud olduğu halda, peyk platformalarında yayımlana bilməməsi ilə bağlı BİG.AZ-ın yazısına Audiovizual Şuradan cavab gəlib. Audiovizual Şuranın mətbaut xidmətindən BİG.AZ-ın sorğusuna cavab olaraq bildirild
11:43 179 Azərbaycanın ilk xanım deputatının kitabı hərraca çıxarıldı
Azərbaycanın ilk xanım deputatının əsəri hərraca çıxarılıb. xəbər verir ki, söhbət Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin yeganə qadın əməkdaşı Şəfiqə Xanım Əfəndizadədən gedir. Məlumata görə, onun "İki yetim yaxud Kərimin Himməti" əsəri auksion yolu ilə satılıb. Kitabın başlanğıc qiymət
19:45 29 Şüvəlanda bağ evində meyit tapıldı
Bakıda evdən meyit tapılıb. xəbər verir ki, hadisə Xəzər rayonu, Şüvəlan qəsəbəsində qeydə alınıb. Şuşa rayon sakini 38 yaşlı Teymur İnqilab oğlu Bayramovun meyiti yaşadığı evdə aşkarlanıb. Onun hansı səbəblə öldüyü bilinmir. Araşdırma aparılır
19:30 71 Aktrisa "Günəşli" inşaatın rəhbərinin ona 16 minlik dələduzluq etdiyini deyir
Akademik Musiqili Teatrının aktrisası Gülçöhrə Abdullayevaya qarşı dələduzluq edilib. Aktrisa bildirib ki, "Günəşli" inşaatın rəhbəri Firutan Məmmədovun onun tikinti üçün verdiyi pulunu ələ keçirib. -a istinadən xəbər verir ki, G.Abdullayeva pulunu istədiyi zaman isə iş adamının onu təhqi
15:12 212 Tayvan, Penhu adaları yaxınlığında iki Çin hərbi gəmisi gördükdən sonra həyəcan siqnalı verdi
Tayvan, Tayvan boğazındakı Penqhu adaları yaxınlığındakı sularda iki Çin hərbi gəmisinin fəaliyyət göstərdiyini aşkar edib və öz dəniz və hava qüvvələrini müşahidə etmək üçün göndərib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu barədə Taybeydəki Müdafiə Nazirliyi məlumat verib. Demokratik şəkild
14:38 165 Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır
Cənubi Qafqazda yerləşən, zəngin enerji resurslarına və mühüm nəqliyyat dəhlizlərinə malik, eyni zamanda, geosiyasi kəsişmə nöqtəsində mövqe tutan Azərbaycan kimi dövlətlərin xarici siyasəti Avropada xüsusi maraq doğurur. Cənubi Qafqazda artan diplomatik fəallıq fonunda Azərbaycanın proseslərdə rol
12:25 235 Müharibə başlayandan bəri ilk mayeləşdirilmiş təbii qaz tankeri Hörmüz boğazından keçib
Gəmi izləmə məlumatlarına görə, mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan tanker İran müharibəsinin başlanğıcından bəri ilk dəfə Hörmüz boğazını keçib. BİG.AZ The Telegraph-a istinadən xəbər verir ki, BƏƏ-nin Adnoc Logistics & Services şirkəti tərəfindən idarə olunan 136.357 kubmetrlik tankerin Hindistanı
14:25 162