"Dilimizdən, ənənəmizdən uzaq olan Nigar Camal münsif olmamalıdır"
"İctimai TV"də yayımlanan "Maska" verilişinin televiziyada yox, sosial şəbəkədə yayımlanan hissələri izləmişəm. Hələ ən yaxşı hissələri yəni... Müsbət tərəfləri öz yerində. Həqiqətən, proqram yaxşı hazırlanır, maskalardan tutmuş çıxışlara qədər... İki məqam ürəyimcə olmadı".
Axşam.az xəbər verir ki, bu sözləri aparıcı İradə İsak İTV-də efirə gedən "Maska" şousu ilə bağlı yazıb. O, yarışmada münsif kürsüsündə oturan Nigar Camalı tənqid edib:
"Verilişdə Nigar Camalın ekspert kimi iştirakı doğru deyil. Tamam, xanım "Avroviziya" qalibidir, bu, öz yerində. Amma Azərbaycan musiqisindən, dilindən, ənənələrindən uzaq insandır. Demək olar ki, onu az adam tanıyır. Əgər özləri demiş, məşhur xəfiyyələrin işi qəhrəmanın kimliyini tapmaqdırsa, bu iş qətiyyən onluq deyil. Hər dəfə də digər iştirakçıların ağzından çıxanları təkrarlamaqla məşğul olur.
Bununla yanaşı, iştirakçıların yeri gəldi-gəlmədi, bu şounu keçirdiyi üçün İTV-ni, verilişi tərifləməsi, "Bizdə də belə layihə çəkilir, ay aman" sözlərini hər dəfə qeyd etməsi çox sünilik yaradır. Bu əziklikdən qurtulmaq lazımdır. "Maska" nə İTV-nin layihəsidir, nə də burada qeyri-adi nəsə yoxdur. Beynəlxalq layihədir, pulu olan alır, alanla da şərt kəsirlər ki, layihənin mövcud standartlarından çıxmaq, keyfiyyəti aşağı salmaq olmaz. Vəssalam, yoxsa dərhal dayandırırlar. Mən bir dəfə də elə bahalı layihəni gətirdiyi üçün Acun İlıcalıya təşəkkür edən bir münsif görmədim. Yəni artıq bu əziklik, yersiz tərif sindromunu bitirmək lazımdır. Qalan hər şey əladır".
İ.İsak bildirib ki, Nigarın yerinə münsif kürsüsünə Əməkdar artist Teymur Əmrah gətirilməsi daha yaxşı olardı:
"Orada da ən doğru münsif olaraq Murad Arifi görürəm. Nigar Camalın yerinə isə kimi görürsünüzsə, təbii, Azərbaycan və dünya musiqisini bilən, başı çıxan birinin namizədliyini yaza bilərsiniz. Mənə də maraqlı olar. Mən Teymur Əmrah olaraq düşündüm. Həm də adamın şou tərəfləri də var. Maraqlı fikirləri var".
Qeyd edək ki, "Maska" şousunda münsif kürsüsündə Xalq artisti Faiq Ağayev, Əməkdar artist Coşqun Rəhimov, aparıcı Kamilə Babayeva, müğənnilər Murad Arif və Nigar Camal yer alırlar.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1272 Tarix: 21 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı
Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tərk edib. Qaynarinfo xəbər verir ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, E. İsaqzad
15:30 198 "Napoli"nin oyunçusu cinayətin qurbanı oldu
"Napoli"nin braziliyalı qanad oyunçusu Alisson Santos gecə evində soyğunçuluğun qurbanı olub. -ın xarici mediaya istinadən məlumatına görə, oğruların futbolçu yatarkən evinə girib saatını, zinət əşyalarını və avtomobilini oğurladıqları bildirilir. Oyunçunun özü zərər çəkməyib və cinayətdə
18:45 10 Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
Salyan rayonunda bir ailənin üç üzvü bıçaqlanıb. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Sarvan kəndində qeydə alınıb. Belə ki, ailənin oğlu ana-atasını və arvadını bıçaqlamaqda şübhəli bilinir. Nəticədə, ana aldığı xəsarətlərdən ölüb, digər iki yaralı xəstəxanaya yerləşdirilib
14:23 268 Kanada ABŞ-dan ilk iki CF-35A qırıcı təyyarəsini qəbul edib
Kanada ABŞ-dan ilk iki beşinci nəsil CF-35A qırıcı təyyarəsini qəbul edib. xəbər verir ki, bu barədə "The Aviationist" bloqu məlumat yayıb. Təhvil-təslim mərasimi oktyabrın 22-də ABŞ-ın Arizona ştatında yerləşən Luke Hərbi Hava Qüvvələri bazasında keçirilib. Təyyarələrin Kanada pilotlarını
11:11 182 İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirildi
Bu gün Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib. Ənənəvi olaraq Azərbaycanın dövlət himni səsləndirilib. Daha sonra turnirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycanda Braziliya Ciu-Citsu (BJJ) döyü
11:26 197 Kosmonavt kosmik uçuşları tarixi coğrafi kəşflərlə müqayisə edib
Kosmik uçuşlar elmin inkişafı və bəşəriyyətin tərəqqisi baxımından mühüm əhəmiyyət daşıyır. xəbər verir ki, bunu kosmonavt İvan Vaqner TASS-a müsahibəsində bildirib. Kirov şəhərində məktəblilər üçün keçirilən mühazirədə kosmonavt deyib: "Elmin inkişafı və bəşəriyyətin tərəqqisi naminə kosmosa uçmağ
11:28 196 Kartofu üzə çəkmək dəriyə faydalıdırmı? - Mütəxəssislərdən vacib xəbərdarlıq
Kartof yalnız mətbəxdə istifadə olunan məhsul deyil. Sosial şəbəkələrdə çiy kartof dilimlərinin üzə çəkilməsinin dərini parlaqlaşdırdığı, gözaltı qaralmaları azaltdığı və sızanaqlara qarşı kömək etdiyi iddia olunur. Bəs bu üsul həqiqətən effektivdirmi?. BİG.AZ xəbər verir ki, kartof kalium və C vitamin
12:34 226 Yağış yağacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanı
12:55 232 Bakıda xanım sürücü ilanla avtomobil idarə etdi, Türkiyədə gündəm oldu
Bakıda boynuna ilan dolayaraq avtomobil idarə edən xanım sosial şəbəkələrdə gündəmə gəlib. Qaynarinfo xəbər verir ki, qadının sükan arxasında olarkən boynuna doladığı ilanla çəkilən görüntüləri diqqət çəkib. Videoda ilanın qadının boynuna dolandığı və bədəni boyunca hərəkət etdiyi görünür. Qadın is
14:01 304