Paşinyanın xəritə oyunu: İrəvan, Zəngəzur və Göyçə danışıqlar masasına çıxarılır - VİDEO

Paşinyanın xəritə oyunu: İrəvan, Zəngəzur və Göyçə danışıqlar masasına çıxarılır - VİDEOQərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Oxu.Az xəbər verir ki, "Delimitasiya hansı illərin xəritəsinə uyğun aparılmalıdır?" adlı süjetdə ötən əsrin əvvəlində Qərbi Azərbaycan torpaqlarında Ermənistan dövləti yaradıldıqdan sonra Azərbaycan ərazilərinin ermənilərə verilməsi prosesinin başa çatmadığı, əksinə, SSRİ-nin mövcud olduğu müddətdə torpaqlarımızın otlaq və əkin sahəsi adı altında ermənilərə "bağışlanması"nın davam etdiyi bildirilir.

Qeyd olunur ki, Qarabağ münaqişəsinin həll edildiyi və Ermənistanla sülh sazişinin gündəmə gəldiyi vaxt ermənilərə "bağışlanmış" ərazilərimizin qaytarılması imkanı yaranıb: "Qərbi Azərbaycan torpaqlarında yaradılan Ermənistan dövlətinin ərazisi SSRİ dövründə yenə Azərbaycan torpaqları hesabına genişləndirilib. Artıq yeni reallıqlar yaranıb və bu reallıqlarda Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdışı məsələsi aktuallaşdığı kimi, sovetlər dönəmində ermənilərə "bağışlanan" torpaqlarımızın qaytarılması da gündəmə gəlib".

Diqqətə çatdırılır ki, rəsmi İrəvanın xəritə oyununu Bakıda yaxşı görürlər, məhz buna görə də Paşinyan dəfələrlə "1975-ci il xəritəsi"ndən bəhs etsə də, Azərbaycan bunu təkzib edib: "Rəsmi Bakının mövqeyi ən yüksək səviyyəsində elan edilib. Prezident İlham Əliyev bu ilin 28 may tarixində Laçında sakinlərlə görüşdə sərhədin müəyyənləşməsi şərtlərini qəti şəkildə açıqlayıb. Xəritələrə gəlincə, Prezident İlham Əliyev ötən ilin 29 aprelində ADA Universitetində keçirilən "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusundakı beynəlxalq konfransda çıxışı zamanı Azərbaycanın mövqeyini bəyan edib.

Dövlət başçısının çıxışları bir daha təsdiq edir ki, Ermənistanın xəritələr üzərindən oyun qurmaq cəhdlərinə baxmayaraq, Azərbaycan tarixi ədaləti bərpa etmək məqsədilə təkcə SSRİ dövründə ermənilərə otlaq və əkin sahəsi adı ilə ermənilərə verilən əraziləri yox, Qərbi Azərbaycanın – İrəvanın, Zəngəzurun, Göyçənin qaytarılmasını danışıqlar masasına çıxarır".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 858   Tarix: 21 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tərk edib. Qaynarinfo xəbər verir ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, E. İsaqzad

15:30 198
.

"Napoli"nin oyunçusu cinayətin qurbanı oldu

"Napoli"nin braziliyalı qanad oyunçusu Alisson Santos gecə evində soyğunçuluğun qurbanı olub. -ın xarici mediaya istinadən məlumatına görə, oğruların futbolçu yatarkən evinə girib saatını, zinət əşyalarını və avtomobilini oğurladıqları bildirilir. Oyunçunun özü zərər çəkməyib və cinayətdə

18:45 10
.

Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı

Salyan rayonunda bir ailənin üç üzvü bıçaqlanıb. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Sarvan kəndində qeydə alınıb. Belə ki, ailənin oğlu ana-atasını və arvadını bıçaqlamaqda şübhəli bilinir. Nəticədə, ana aldığı xəsarətlərdən ölüb, digər iki yaralı xəstəxanaya yerləşdirilib

14:23 268
.

Kanada ABŞ-dan ilk iki CF-35A qırıcı təyyarəsini qəbul edib

Kanada ABŞ-dan ilk iki beşinci nəsil CF-35A qırıcı təyyarəsini qəbul edib. xəbər verir ki, bu barədə "The Aviationist" bloqu məlumat yayıb. Təhvil-təslim mərasimi oktyabrın 22-də ABŞ-ın Arizona ştatında yerləşən Luke Hərbi Hava Qüvvələri bazasında keçirilib. Təyyarələrin Kanada pilotlarını

11:11 182
.

İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirildi

Bu gün Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib. Ənənəvi olaraq Azərbaycanın dövlət himni səsləndirilib. Daha sonra turnirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycanda Braziliya Ciu-Citsu (BJJ) döyü

11:26 197
.

Kosmonavt kosmik uçuşları tarixi coğrafi kəşflərlə müqayisə edib

Kosmik uçuşlar elmin inkişafı və bəşəriyyətin tərəqqisi baxımından mühüm əhəmiyyət daşıyır. xəbər verir ki, bunu kosmonavt İvan Vaqner TASS-a müsahibəsində bildirib. Kirov şəhərində məktəblilər üçün keçirilən mühazirədə kosmonavt deyib: "Elmin inkişafı və bəşəriyyətin tərəqqisi naminə kosmosa uçmağ

11:28 196
.

Kartofu üzə çəkmək dəriyə faydalıdırmı? - Mütəxəssislərdən vacib xəbərdarlıq

Kartof yalnız mətbəxdə istifadə olunan məhsul deyil. Sosial şəbəkələrdə çiy kartof dilimlərinin üzə çəkilməsinin dərini parlaqlaşdırdığı, gözaltı qaralmaları azaltdığı və sızanaqlara qarşı kömək etdiyi iddia olunur. Bəs bu üsul həqiqətən effektivdirmi?. BİG.AZ xəbər verir ki, kartof kalium və C vitamin

12:34 226
.

Yağış yağacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanı

12:55 232
.

Bakıda xanım sürücü ilanla avtomobil idarə etdi, Türkiyədə gündəm oldu

Bakıda boynuna ilan dolayaraq avtomobil idarə edən xanım sosial şəbəkələrdə gündəmə gəlib. Qaynarinfo xəbər verir ki, qadının sükan arxasında olarkən boynuna doladığı ilanla çəkilən görüntüləri diqqət çəkib. Videoda ilanın qadının boynuna dolandığı və bədəni boyunca hərəkət etdiyi görünür. Qadın is

14:01 304
.