"Seçkilərin boykot edilməsinə çağırış təxribata yol açan siyasi bir hiylədir "-Deputat

"Seçkilərin boykot edilməsinə çağırış təxribata yol açan siyasi bir hiylədir "-Deputat"Azərbaycanda fəaliyyət göstərən radikal müxalifət hər zaman dövlətə, xalqa qarşı müxalif mövqe nümayiş etdirib. Vətən müharibəsi dövründə belə siyasi həmrəylik nümayiş etdirmədi. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıq etmək əvəzinə qərəzli, çirkin bəyanatlar səsləndirməyə üstünlük verdilər. Seçkilərin boykot edilməsinə çağırış təxribata yol açan siyasi bir hiylədir və siyasi stabilliyin pozulmasına xidmət edir".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva BiG.AZ-a bildirib.

Deputat qeyd edib ki, Qərbdəki qüvvələrin məqsədi Azərbaycandakı siyasi stabilliyi pozmaq və ölkəmizin daxili məsələlərinə müdaxilə edərək seçki prosesində təxribatlar törətməkdir:

"Ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edildikdən sonra gələcək inkişafı, yeni hədəflərin, uğurların əldə olunması, dövlətimizin beynəlxalq aləmdə iqtisadi və siyasi nüfuzunun daha da artırılması üçün növbədənkənar Prezident seçkilərinin keçirilməsini labüd etmişdir. Ölkə başçımızın 7 fevral 2024- cü ildə Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçirilməsi barədə Sərəncamı Azərbaycan xalqının arzu və istəklərinin ifadəsi idi.
Azərbaycanda dövlət reyestrindən keçmiş bütün siyasi partiyalara seçkilərdə iştirak etmək üçün demokratik və şəffaf mühit yaradılmışdır. Yaradılmış bu şəraitdən yararlanıb seçkilərdə öz namizədini irəli sürüb, sivil və qanuna müvafiq şəkildə sağlam rəqabət aparmaq əvəzinə, radikal müxalifət öz xislətlərinə uyğun hər seçkidə olduğu kimi bu dəfəki növbədənkənar Prezident seçkilərini də boykot etməyə çağırış edir. Seçkilərlə bağlı boykot çağırışı xarici qüvvələrə xidmət edən siyasi təxribatdır. Azərbaycanda fəaliyyət göstərən radikal müxalifət hər zaman dövlətə, xalqa qarşı müxalif mövqe nümayiş etdirib. Vətən müharibəsi dövründə belə siyasi həmrəylik nümayiş etdirmədi. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıq etmək əvəzinə qərəzli, çirkin bəyanatlar səsləndirməyə üstünlük verdilər. Seçkilərin boykot edilməsinə çağırış təxribata yol açan siyasi bir hiylədir və siyasi stabilliyin pozulmasına xidmət edir. Radikalların bu addımları xaricdəki Azərbaycana qarşı yönəlmiş qüvvələrin maraqlarına xidmət edir. Çünki adlarını müxalifət qoyub çirkin əməllərə əl atanlar xaricdəki ağalarından qrant almaq niyyəti güdür. Qərbdəki qüvvələrin məqsədi Azərbaycandakı siyasi stabilliyi pozmaq və ölkəmizin daxili məsələlərinə müdaxilə edərək seçki prosesində təxribatlar törətməkdir. Təəssüflər olsun ki, daxildə bu qüvvələrə yardım edən, qul kimi onlara itaət edən radikal müxalifət öz xalqına belə xəyanət edir. Ölkədəki radikallar ictimaiyyət arasında heç bir nüfuza malik deyil, rəqabət apara biləcək namizəd belə tapa bilmirlər. "Boykot" pərdəsi altında öz zəifliklərini ört-basdır etmək niyyəti güdür, hətta cüzi sayda olan tərəfdarlarına qarşı da xainlik edirlər. Radikalların "boykot" tamaşası arxasında bir sıra məkrli planlar durur, yəni cəmiyyətdə emosional gərginliyə nail olmaq, qərəzli təxribatlar üçün müxtəlif səviyyələrdə informasiya bəhanələri formalaşdırmaq, seçkilər zamanı və sonrakı dövrdə beynəlxalq informasiya ajiotajı yaratmaq və təxribatları davam etdirmək.
Populist çıxışlar edən, "Siyasi partiyalar haqqında " yeni Qanuna əsasən 5000 üzv toplamaq gücünə malik olmayan radikal müxalifət bir daha öz iç üzünü göstərdi".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 780   Tarix: 22 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tərk edib. Qaynarinfo xəbər verir ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, E. İsaqzad

15:30 198
.

"Napoli"nin oyunçusu cinayətin qurbanı oldu

"Napoli"nin braziliyalı qanad oyunçusu Alisson Santos gecə evində soyğunçuluğun qurbanı olub. -ın xarici mediaya istinadən məlumatına görə, oğruların futbolçu yatarkən evinə girib saatını, zinət əşyalarını və avtomobilini oğurladıqları bildirilir. Oyunçunun özü zərər çəkməyib və cinayətdə

18:45 10
.

Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı

Salyan rayonunda bir ailənin üç üzvü bıçaqlanıb. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Sarvan kəndində qeydə alınıb. Belə ki, ailənin oğlu ana-atasını və arvadını bıçaqlamaqda şübhəli bilinir. Nəticədə, ana aldığı xəsarətlərdən ölüb, digər iki yaralı xəstəxanaya yerləşdirilib

14:23 268
.

Kanada ABŞ-dan ilk iki CF-35A qırıcı təyyarəsini qəbul edib

Kanada ABŞ-dan ilk iki beşinci nəsil CF-35A qırıcı təyyarəsini qəbul edib. xəbər verir ki, bu barədə "The Aviationist" bloqu məlumat yayıb. Təhvil-təslim mərasimi oktyabrın 22-də ABŞ-ın Arizona ştatında yerləşən Luke Hərbi Hava Qüvvələri bazasında keçirilib. Təyyarələrin Kanada pilotlarını

11:11 182
.

İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirildi

Bu gün Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib. Ənənəvi olaraq Azərbaycanın dövlət himni səsləndirilib. Daha sonra turnirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycanda Braziliya Ciu-Citsu (BJJ) döyü

11:26 197
.

Kosmonavt kosmik uçuşları tarixi coğrafi kəşflərlə müqayisə edib

Kosmik uçuşlar elmin inkişafı və bəşəriyyətin tərəqqisi baxımından mühüm əhəmiyyət daşıyır. xəbər verir ki, bunu kosmonavt İvan Vaqner TASS-a müsahibəsində bildirib. Kirov şəhərində məktəblilər üçün keçirilən mühazirədə kosmonavt deyib: "Elmin inkişafı və bəşəriyyətin tərəqqisi naminə kosmosa uçmağ

11:28 196
.

Kartofu üzə çəkmək dəriyə faydalıdırmı? - Mütəxəssislərdən vacib xəbərdarlıq

Kartof yalnız mətbəxdə istifadə olunan məhsul deyil. Sosial şəbəkələrdə çiy kartof dilimlərinin üzə çəkilməsinin dərini parlaqlaşdırdığı, gözaltı qaralmaları azaltdığı və sızanaqlara qarşı kömək etdiyi iddia olunur. Bəs bu üsul həqiqətən effektivdirmi?. BİG.AZ xəbər verir ki, kartof kalium və C vitamin

12:34 226
.

Yağış yağacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanı

12:55 232
.

Bakıda xanım sürücü ilanla avtomobil idarə etdi, Türkiyədə gündəm oldu

Bakıda boynuna ilan dolayaraq avtomobil idarə edən xanım sosial şəbəkələrdə gündəmə gəlib. Qaynarinfo xəbər verir ki, qadının sükan arxasında olarkən boynuna doladığı ilanla çəkilən görüntüləri diqqət çəkib. Videoda ilanın qadının boynuna dolandığı və bədəni boyunca hərəkət etdiyi görünür. Qadın is

14:01 304
.