Mətanət: "Keçmiş gəlinimə iki dənə ev də versəm, uşaqlarına baxmayacaq" - VİDEO
Şair və jurnalist Anar Vəziroğlu ilə Əməkdar artist Mətanət İsgəndərli arasında efirdə gərgin anlar yaşanıb.
Bizim.Media xəbər verir ki, "Elgizlə izlə" ictimai-sosial verilişində ekspert qismində iştirak edən Anar proqrama qonaq gələn Mətanətə irad bildirib.
A.Vəziroğlu "Sən ziyarətə gedirsən ki, günahların bağışlansın. Xalqa ürəyi yanan əvvəlcə gəlininin üç övladını yetim qoymaz. O üç nəvə sənin deyil?" sualını M.İsgəndərliyə ünvanlayıb.
Mətanət isə keçmiş gəlini Canana (Aynur Vaqifqızı) ilə yaşadığı qalmaqalı belə nəql edib:
"Mən Cananaya dəfələrlə yalvarıb, demişəm ki, gəl, sənə hər şəraiti yaradım. Əslində, mən bunu etməməliyəm. Çünki qayınanadan gəlinə heç nə düşmür. Mən etdiyimi Allahın yolunda etmişəm. Ona söyləmişəm ki, gəl, sənə ev verim, hər bir şərait yaradım. Amma o bunu istəməyib. Deyib ki, onsuz da evdə oturmuşdum da... Canana məşhur, azad olmaq istəyir. Bu artıq onun öz işidir, özü bilər. Ona dəfələrlə söyləmişəm ki, üç övladından heç olmasa qızına bax. Amma etməyib. Bunu isə ona görə demişəm ki, mənim üçün onlara baxmaq çətindir.
Mən özümə güclə baxıram. Milyon dəfə ona ev də təklif etmişəm. Amma istəməyib. Demişəm ki, sənə əvvəllər necə baxmışamsa, ondan qat-qat artıq baxacağam. Uşaqlarına analıq et. Bu həyatda heç nə problem deyil. Uşaqlar anasını, yəni qayğı axtarırlar. Amma ana, qayğı yoxdur.
Uşaqlar mənim yanımdan getmirlər. Ana da onları aparmır. Ana aparsa, uşaqlar gedərlər. Uşaqlar qayğıya və sevgiyə möhtacdırlar. Onları səhərdən axşama kimi evdə qoyur, gedib, gəlmir. Evdə tapılmır. Uşaqlar qalır dörd divar arasında. Ona razıyam, iki dənə ev verməyə...
Amma o, uşaqlara baxmayacaq. Uşaqlara ev lazım deyil. Boş evi neynirlər. Ana evdə tapılmır, ana analıq etmir. Ən gözəli, haqq və ədalət öz yerini tapacaq. Göydə Allah, yerdə bizim qanunlarımız. Mən nəvələrimə əsl anayam. Burada nə ailə, nə uşaq, nə də ki, qayınana söhbətidir. Burada iki məqsəd var. Canana özünü gecə-gündüz reklam edir. Onun öz doğma qardaşı deyir ki, Canana özünü "qara piar"la reklam edir. Qoy, onu söysünlər, amma çoxlu baxış gəlsin.
Bir də ki, mənim əlimdən nəyim varsa, hər şeyi alsın. Mən ona pul vermişəm. Oğlum Kərimin adına nələr var idisə, onlar boşananda yarı-yarıya bölünüb.
Dövlətin və məhkəmənin əli ilə ona artıqlaması ilə pul vermişik. Uşaqlar məndə qaldığına görə anaları Canana aliment ödəməlidir. O da alimentdən imtina edir. Bu, qarşılıqlı olub. Barışıq olub aramızda. Cananaya yalnız reklam lazımdır. Dayanır, dayanır sonra da bu mövzunu açıb istəyir gündəmdə olsun. Bax, indi bizə baxıb sevinir ki, Mətanət danışdı. Mən heç kimə hesabat verən deyiləm. Hesabatımı vicdanıma və Allahıma verəcəyəm".
Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və Canana 2021-ci ilin oktyabr ayında rəsmi olaraq boşanıblar. Onların üç övladı isə anadan alınaraq, ataya verilmişdi. Canana daha sonra Apellyasiya Məhkəməsinə müraciət edərək övladlarının qəyyumluğunu ataları Kərimdən alıb. Uşaqlar hazırda M.İsgəndərli ilə birlikdə yaşayır. Kərim isə ikinci dəfə ailə qurub və bir övladı var.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1224 Tarix: 22 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÇin səmasında qeyri-adi optik effekt müşahidə edildi
Çində "Uzun Yürüş-6A" raketinin buraxılışından sonra səmada "kosmik meduza" kimi tanınan optik effekt müşahidə edilib. xəbər verir ki, Çin Aerokosmik Elm və Texnologiya Korporasiyasının məlumatına görə, raket ölkənin şimalında yerləşən Şansi əyalətindəki Tayyuan Peyk Buraxılış Mərkəzində
11:20 188 Zahid Oruc:"Sökülən evlərin və obyektlərin əvəzində verilən sahənin ölçüsü…"
Təqdim olunan qanun layihəsi Mülki Məcəlləyə və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanuna dəyişikliyi özündə ehtiva edir. Dövlət əhəmiyyətli yollarla yanaşı tunellər, o cümlədən metro çəkilişi, magistral neft və qaz kəmərləri, yüksək gərginlikli elektrik şəbəkələri, kanalizasiy
12:45 289 Mirsaleh Seyidov vəzifəsindən azad olundu
Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M. Seyidov bu vəzifəni 2023-cü ildən icra edirdi
13:16 266 İran Azərbaycana təhsil dərsi keçir, bəs azərbaycanlıların ana dilində təhsil hüququ necə olsun?
Doğrudan da, komediyadır!. İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərraf Azərbaycanda vahid məktəbli formasının tətbiqinə münasibət bildirib və təhsil hüququndan məhrum olduqlarını iddia edən qızlara "azad təhsil mühiti" yarada biləcəklərini bəyan edib. "İran universitetlər
11:40 196 İnsanlar niyə gecə daha çox düşünür?
Gecə yatağa uzananda gün ərzində ağlımıza belə gəlməyən hadisələri xatırlayır, keçmiş söhbətləri təkrar-təkrar düşünür və gələcəklə bağlı narahatlıqlar yaşayırıq. Bəzən hətta illər əvvəl baş vermiş bir hadisə belə gecənin sakitliyində yenidən gözümüzün önünə gəlir. Bəs bunun səbəbi nədir?. Gün ərzind
13:55 172 "Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olundu
"Həzi Aslanov"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub. Qaynarinfo xəbər verir ki, "Həzi Aslanov"Əhmədli" sahəsində tətbiq edilən məkik hərəkət ləğv edilib. "İçərişəhər"Həzi Aslanov" istiqamətində birbaşa hərəkət bərpa edilib. Xatırladaq ki
10:14 197 Kanada ABŞ-dan ilk iki CF-35A qırıcı təyyarəsini qəbul edib
Kanada ABŞ-dan ilk iki beşinci nəsil CF-35A qırıcı təyyarəsini qəbul edib. xəbər verir ki, bu barədə "The Aviationist" bloqu məlumat yayıb. Təhvil-təslim mərasimi oktyabrın 22-də ABŞ-ın Arizona ştatında yerləşən Luke Hərbi Hava Qüvvələri bazasında keçirilib. Təyyarələrin Kanada pilotlarını
11:11 180 Ev alarkən bu səhvlərə yol verməyin - Əmlak eksperti açıqladı
"Uzunmüddətli investisiya baxımından bina seçərkən yalnız mənzilin ilkin alış qiymətinə deyil, əmlakın gələcək bazar dəyərinə, likvidliyinə, icarə potensialına və istismar xərclərinə kompleks yanaşmaq lazımdır". Bu sözləri BİG.AZ-a açıqlamasında əmlak eksperti Fərid Cəfərli bildirib. O qey
10:49 207 "Azərbaycan hər zaman çoxmədəniyyətli ölkə olub"
"Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu son illər ərzində, sözün əsl mənasında, effektiv və inklüziv bir platformaya çevrilərək mədəniyyətlarası münasibətlərin inkişafına, həmçinin digər sahələrə öz töhfəsini vermişdir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlha
10:58 173