"Xankəndidə keçirilən futbol oyunu ev sahiblərinin evlərinə döndüyünün mesajıdır" - Deputat
"Bir zamanlar həmin bu stadiondan Qarabağ Ermənistandır və nöqtə ifadəsinə cənab Ali Baş Komandan elə həmin stadionda topa toxunduğu zərbə ilə cavab verərək nida qoydu. Bu toxunuşla Müzəffər Ali Baş Komandan bütün populist çıxışların cavabını vermiş oldu. Artıq Xankəndidə separatçılar yox, bu torpağın sahibləri var. Bu anların illərdir həsrətini çəkmişik. Buna görə də indi hər kəs bayram əhval ruhiyəsindədir. Əlbəttə, oyunlar çox olub. Ancaq bu oyun tarixdə əbədi qalacaq, həm xalqımız üçün,həm dövlətimiz üçün, həm də dünya üçün".
Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov BiG.AZ-a bildirib.
O qeyd edib ki, cənab Ali Baş Komandanımızın möhtəşəm çıxışı, tribunaların 3 rəngli şanlı al bayraqlarımızla bəzənməsi çox qürurverici anlardır:
"Xankəndidə keçirilən futbol oyunu çox önəmlidir. Bu ev sahiblərinin evlərinə döndüyünün mesajıdır. Bunu futbol klubları səviyyəsində nümayiş etdirməyin özü belə dünyaya bir mesajdır.Oyundan öncə komandaların meydana şəhid övladları ilə birlikdə çıxması, daha sonra Dövlət Himnimizin səsləndirilməsi, ardınca isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, cənab Ali Baş Komandanımızın möhtəşəm çıxışı, tribunaların 3 rəngli şanlı al bayraqlarımızla bəzənməsi çox qürurverici anlardır.
Futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır.Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdi ki, Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri Azərbaycan xalqıdır. Üç ay bundan əvvəl Xankəndi işğaldan azad edildi. Birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir, bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır.
Bundan sonra bütün Qarabağ torpaqlarında Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Azərbaycanlılar bu torpaqlarda əbədi yaşayacaq!"
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 658 Tarix: 22 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÇin səmasında qeyri-adi optik effekt müşahidə edildi
Çində "Uzun Yürüş-6A" raketinin buraxılışından sonra səmada "kosmik meduza" kimi tanınan optik effekt müşahidə edilib. xəbər verir ki, Çin Aerokosmik Elm və Texnologiya Korporasiyasının məlumatına görə, raket ölkənin şimalında yerləşən Şansi əyalətindəki Tayyuan Peyk Buraxılış Mərkəzində
11:20 188 Zahid Oruc:"Sökülən evlərin və obyektlərin əvəzində verilən sahənin ölçüsü…"
Təqdim olunan qanun layihəsi Mülki Məcəlləyə və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanuna dəyişikliyi özündə ehtiva edir. Dövlət əhəmiyyətli yollarla yanaşı tunellər, o cümlədən metro çəkilişi, magistral neft və qaz kəmərləri, yüksək gərginlikli elektrik şəbəkələri, kanalizasiy
12:45 289 Mirsaleh Seyidov vəzifəsindən azad olundu
Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M. Seyidov bu vəzifəni 2023-cü ildən icra edirdi
13:16 266 İran Azərbaycana təhsil dərsi keçir, bəs azərbaycanlıların ana dilində təhsil hüququ necə olsun?
Doğrudan da, komediyadır!. İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərraf Azərbaycanda vahid məktəbli formasının tətbiqinə münasibət bildirib və təhsil hüququndan məhrum olduqlarını iddia edən qızlara "azad təhsil mühiti" yarada biləcəklərini bəyan edib. "İran universitetlər
11:40 196 İnsanlar niyə gecə daha çox düşünür?
Gecə yatağa uzananda gün ərzində ağlımıza belə gəlməyən hadisələri xatırlayır, keçmiş söhbətləri təkrar-təkrar düşünür və gələcəklə bağlı narahatlıqlar yaşayırıq. Bəzən hətta illər əvvəl baş vermiş bir hadisə belə gecənin sakitliyində yenidən gözümüzün önünə gəlir. Bəs bunun səbəbi nədir?. Gün ərzind
13:55 172 "Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olundu
"Həzi Aslanov"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub. Qaynarinfo xəbər verir ki, "Həzi Aslanov"Əhmədli" sahəsində tətbiq edilən məkik hərəkət ləğv edilib. "İçərişəhər"Həzi Aslanov" istiqamətində birbaşa hərəkət bərpa edilib. Xatırladaq ki
10:14 197 Kanada ABŞ-dan ilk iki CF-35A qırıcı təyyarəsini qəbul edib
Kanada ABŞ-dan ilk iki beşinci nəsil CF-35A qırıcı təyyarəsini qəbul edib. xəbər verir ki, bu barədə "The Aviationist" bloqu məlumat yayıb. Təhvil-təslim mərasimi oktyabrın 22-də ABŞ-ın Arizona ştatında yerləşən Luke Hərbi Hava Qüvvələri bazasında keçirilib. Təyyarələrin Kanada pilotlarını
11:11 180 Ev alarkən bu səhvlərə yol verməyin - Əmlak eksperti açıqladı
"Uzunmüddətli investisiya baxımından bina seçərkən yalnız mənzilin ilkin alış qiymətinə deyil, əmlakın gələcək bazar dəyərinə, likvidliyinə, icarə potensialına və istismar xərclərinə kompleks yanaşmaq lazımdır". Bu sözləri BİG.AZ-a açıqlamasında əmlak eksperti Fərid Cəfərli bildirib. O qey
10:49 207 "Azərbaycan hər zaman çoxmədəniyyətli ölkə olub"
"Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu son illər ərzində, sözün əsl mənasında, effektiv və inklüziv bir platformaya çevrilərək mədəniyyətlarası münasibətlərin inkişafına, həmçinin digər sahələrə öz töhfəsini vermişdir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlha
10:58 173