Ermənistan sülhə deyil, revanşizmə üstünlük verdi – Qərbi Azərbaycan Respublikası gündəmə gətirilməlidir

Ermənistan sülhə deyil, revanşizmə üstünlük verdi – Qərbi Azərbaycan Respublikası gündəmə gətirilməlidirErmənistan sülhə deyil, revanşizmə üstünlük verdi – Qərbi Azərbaycan Respublikası gündəmə gətirilməlidir

Ermənistan rəhbərliyi növbəti dəfə vədinə xilaf çıxıb. Riyakarcasına Azərbaycanla sülh prosesinə zərbə vuran addıma rəvac verib. Erməni mediasında yer alan xəbərlərə görə, Qarabağ separatçılarının keçmiş lideri Samvel Şahramanyan qondarma qurumu buraxdığı barədə əvvəlki qərarını ləğv edib. Şübhəsiz ki, Şahramanyan bu qərarı özbaşına, müstəqil qəbul edə bilməzdi və bunun arxasında baş nazir Nikol Paşinyan hakimiyyəti və havadarları dayanır. Bu bir daha göstərir ki, hakimiyyət xalqının rifahını, regionda sülh deyil, revanşizmə üstünlük verir.

Bu qərarı qəbul etməklə, Nikol Paşinyan hakimiyyəti eyni zamanda revanşistlərin əlində oyuncaq olduğunu sübut etmiş olub. Ermənistan hakimiyyətini beynəlxalq ictimaiyyətin də gözündə oyuncaq bir dövlət olduğunu təsdiqləyib. Baş verənləri araşdırmağa çalışaq.

Birincisi, dünya gördü ki, bu ölkəyə heç bir vaxt etibar etmək olmaz. Aydın oldu ki, iki ölkə arasında sülh prosesinə gedən yolda əngəl olan tərəf Azərbaycan deyil, məhz Ermənistandır.

İkincisi, Ermənistan hakimiyyəti bu addımla bir daha sübut etdi ki, xalqına sülh, əmin-amanlıqda deyil, əbədi müharibədə görmək istəyir.

Üçüncüsü, Nikol Paşinyanın "ən ağıllı erməni", "xalqını bataqlıqdan çıxaran lider" olması haqqında deyilənlər əsassızdır. Bu şəxs müstəqil qərar qəbul etmək iqtidarında belə deyil. Yenə xarici havadarlarının tapşırığına uyğun hərəkət edib. "Qarabağ Azərbaycana məxsusdur, heç vaxt Ermənistanın olmayıb" kimi fikirləri ilə yadda qalan bu şəxsin indi əks fəaliyyətə başlaması onun qeyri-müəyyən bir şəxs, hətta psixi problemi olduğunu bir daha göstərmiş olub.

Dördüncüsü, keçmiş qondarma qurumun yenidən gündəmə gətirilməsinin arxasında Qərb ölkələri, xüsusən də Fransanın durması şəksizdir. Məhz bu ölkə Ermənistanda revanşist qüvvələrin başında dayanır, onların maliyyələməsinə qədər bütün proseslərə dəstək verir. İrəvanın sürətlə silahlanması, onu ən müasir silahlarla təchiz etməsi də bundan xəbər verir.

Beşincisi, Ermənistan və havadarlarının bu çirkin, riyakar və məkrli planına qarşı hansı addımlar, cavab reaksiyası olmalıdır. Rəsmi Bakı hansı cavab addımları atmalıdır? İlk növbədə Qərbi Azərbaycan Respublikasının yaradılması prosesinə başlanmalıdır. Azərbaycan heç bir vaxt kiməsə qarşı ərazi iddiası ilə çıxış etməyib. Lakin ona qarşı belə bir iddia ilə çıxış edilirsə və ərazi tələbi ilə çıxış edilirsə, cavab addımları atılmalıdır. Məhz Ermənistan son addımı ilə Azərbaycanı bu prosesi sürətləndirməyə vadar etdi.

Verdiyi sözə əməl etməyən, sülh prosesinə güc verməkdənsə, havadarlarının sözü ilə oturub duran etibarsız dövlət statusunu möhkəmləndirmiş oldu. Forpost, müstəqil qərar qəbul etmək iqtidarında olmadığını bütün dünyaya nümayiş etdirdi. Qərbi Azərbaycan dövlətinin yaradılması da buna veriləcək ən tutarlı addım ola bilər. Bunun üçün də zəmin var. 30 il bundan öncə öz torpaqlarından qovulan insanların Qərbi Azərbaycana qayıtmaq hissinin pik həddə olması, bu prosesi əsaslandıran tarixi əsas və güclü Azərbaycan Ordusu var. Revanşizmə rəvac verən qüvvələrin başı əzilməlidir və belə də olacaq.

Beləliklə, Ermənistan və havadarları bununla növbəti məkrli, xalqını fəlakətə sürükləyən növbəti fitnəkar prosesə start vermiş oldu. Lakin anlamalıdırlar ki, keçmiş separatçı rejimi dirçəltməyə çalışılması heç bir fayda verməyəcək. Artıq Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib, işğaldan azad olunan torpaqlarında sürətlə quruculuq, bərpa prosesinə start verib. Növbəti müharibə, hərbi əməliyyatların başlanması onun bir dövlət kimi yer üzündən silinməsinə gətirib çıxara bilər. Sonda diqqəti qondarma qurumun ləğvi prosesindən sonra erməni cəmiyyətində yaşanan proseslərə yetirmək istərdik. Erməni xalqı bu bir neçə ay ərzində Qarabağda yaşanan proseslərə biganə qaldı, bir dəfə də olsun aksiyası keçirmədi. Bu da bir daha göstərdi ki, xalq bir daha övladlarını başqasına məxsus torpaqlarda mənasız yerə məhv edilməsini istəmir. Ümid etmək olar ki, erməni xalqı mövqeyində qalacaq, başıboş, faşist təfəkkürlü rəhbərlərinin və onun havadarlarının planlarına qarşı çıxacaq. Hər halda bu onun yeganə çıxış yoludur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 585   Tarix: 23 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Çin səmasında qeyri-adi optik effekt müşahidə edildi

Çində "Uzun Yürüş-6A" raketinin buraxılışından sonra səmada "kosmik meduza" kimi tanınan optik effekt müşahidə edilib. xəbər verir ki, Çin Aerokosmik Elm və Texnologiya Korporasiyasının məlumatına görə, raket ölkənin şimalında yerləşən Şansi əyalətindəki Tayyuan Peyk Buraxılış Mərkəzində

11:20 188
.

Zahid Oruc:"Sökülən evlərin və obyektlərin əvəzində verilən sahənin ölçüsü…"

Təqdim olunan qanun layihəsi Mülki Məcəlləyə və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanuna dəyişikliyi özündə ehtiva edir. Dövlət əhəmiyyətli yollarla yanaşı tunellər, o cümlədən metro çəkilişi, magistral neft və qaz kəmərləri, yüksək gərginlikli elektrik şəbəkələri, kanalizasiy

12:45 289
.

Mirsaleh Seyidov vəzifəsindən azad olundu

Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M. Seyidov bu vəzifəni 2023-cü ildən icra edirdi

13:16 266
.

İran Azərbaycana təhsil dərsi keçir, bəs azərbaycanlıların ana dilində təhsil hüququ necə olsun?

Doğrudan da, komediyadır!. İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərraf Azərbaycanda vahid məktəbli formasının tətbiqinə münasibət bildirib və təhsil hüququndan məhrum olduqlarını iddia edən qızlara "azad təhsil mühiti" yarada biləcəklərini bəyan edib. "İran universitetlər

11:40 196
.

İnsanlar niyə gecə daha çox düşünür?

Gecə yatağa uzananda gün ərzində ağlımıza belə gəlməyən hadisələri xatırlayır, keçmiş söhbətləri təkrar-təkrar düşünür və gələcəklə bağlı narahatlıqlar yaşayırıq. Bəzən hətta illər əvvəl baş vermiş bir hadisə belə gecənin sakitliyində yenidən gözümüzün önünə gəlir. Bəs bunun səbəbi nədir?. Gün ərzind

13:55 172
.

"Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olundu

"Həzi Aslanov"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub. Qaynarinfo xəbər verir ki, "Həzi Aslanov"Əhmədli" sahəsində tətbiq edilən məkik hərəkət ləğv edilib. "İçərişəhər"Həzi Aslanov" istiqamətində birbaşa hərəkət bərpa edilib. Xatırladaq ki

10:14 197
.

Kanada ABŞ-dan ilk iki CF-35A qırıcı təyyarəsini qəbul edib

Kanada ABŞ-dan ilk iki beşinci nəsil CF-35A qırıcı təyyarəsini qəbul edib. xəbər verir ki, bu barədə "The Aviationist" bloqu məlumat yayıb. Təhvil-təslim mərasimi oktyabrın 22-də ABŞ-ın Arizona ştatında yerləşən Luke Hərbi Hava Qüvvələri bazasında keçirilib. Təyyarələrin Kanada pilotlarını

11:11 180
.

Ev alarkən bu səhvlərə yol verməyin - Əmlak eksperti açıqladı

"Uzunmüddətli investisiya baxımından bina seçərkən yalnız mənzilin ilkin alış qiymətinə deyil, əmlakın gələcək bazar dəyərinə, likvidliyinə, icarə potensialına və istismar xərclərinə kompleks yanaşmaq lazımdır". Bu sözləri BİG.AZ-a açıqlamasında əmlak eksperti Fərid Cəfərli bildirib. O qey

10:49 207
.

"Azərbaycan hər zaman çoxmədəniyyətli ölkə olub"

"Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu son illər ərzində, sözün əsl mənasında, effektiv və inklüziv bir platformaya çevrilərək mədəniyyətlarası münasibətlərin inkişafına, həmçinin digər sahələrə öz töhfəsini vermişdir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlha

10:58 173
.