İranda Rusiyanı xəyanətdə ittiham etdilər - VİDEO
Rusiya-Ərəb Əməkdaşlıq Forumunun yekun sənədi İranda siyasi ehtirasları əməlli-başlı coşdurub və rəsmi Tehranın özünə strateji müttəfiq bildiyi, o cümlədən Ukrayna ilə müharibədə öz dronları ilə ciddi dəstək verdiyi Rusiya əleyhinə müxtəlif ittihamların səslənməsinə səbəb olub.
Belə ki, dekabrın 20-də Mərakeş krallığında Rusiya-ərəb əməkdaşlıq forumunun Xarici İşlər nazirləri səviyyəsində 6-cı iclası keçirilib və həmin iclasda Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da iştirak və çıxış edib.
Forumun sonunda yekun bəyannamə qəbul olunub, həmin sənəddə Fələstin, Suriya, Liviya, Yəmən, Sudan, Ukrayna, terrorçuluqla mübarizə və sair kimi regional və beynəlxalq məsələlərlə yanaşı, İran ilə Birləşmiş Ərəb Əmirlikləri arasında mübahisəli ərazi sayılan üç ada - Böyük Tomb, Kiçik Tomb və Əbu Musa mövzusu ayrıca bənddə əksini tapıb.
Bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan videosüjetdə deyilib.
Məlumata görə, həmin bənd İran siyasi elitasını özündən çıxarıb. Belə ki, altında Rusiyanın da imzası olan sənəddə həm İranın mövqeyinin əksinə olaraq, Fars körfəzindəki sözügedən adaların mübahisəli ərazi olduğu təsdiqlənib, həm də həmin mübahisənin dinc yolla, danışıqlar vasitəsilə həllinə, eləcə də BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət əsasında həllinə dəstək ifadə olunub.
Adalar məsələsində Rusiyanın belə mövqe tutması ilk dəfə olmasa da, məsələ İran siyasi dairələrində, mətbuatda və sosial şəbəkələrdə qızğın müzakirə obyektinə çevrilib, Moskva İranın ərazi bütövlüyünü sual altına almaqda, Tehranla müttəfiqlik münasibətlərinə xəyanət etməkdə ittiham olunub.
Ən kəskin mövqeyi isə rəsmi "Keyhan" və yarımrəsmi "Cümhuri-ye islami" qəzetləri sərgiləyib.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 580 Tarix: 24 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBuludun çəkisi əslində nə qədərdir? - Yüz fildən daha ağır
Yerdən baxanda buludlar yüngül və demək olar ki, çəkisiz görünür. Əslində isə başımızın üzərində nəhəng su kütlələri hərəkət edir. Orta ölçülü bir buludun çəkisi 500 tona çata bilər, ən iri tufan buludlarında isə 25 milyon tona qədər su ola bilər. Buludlar necə yaranır?. xəbər verir ki, buludlar okeanların
07.08.2026 183 Bu universitetlər BAĞLANA BİLƏR - XƏBƏRDARLIQ
Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması ali təhsil müəssisələrinin fəaliyyəti məsələsini yenidən gündəmə gətirib. Bu qərar universitetlərin keyfiyyət standartlarına uyğunluğu, tədris və idarəetmə prosesləri, maddi-texniki baza və digər tələblərin nə dərəcədə vacib olduğunu göstərir
07.08.2026 403 Şirkətlər niyə bağlanır? Problemin görünməyən tərəfləri
"Azərbaycanda şirkətlərin fəaliyyətini dayandırması və ləğv edilməsi ilə bağlı xəbərlər son dövrlərdə daha çox diqqət çəkir. Mən hesab edirəm ki, bu prosesə yalnız ayrı-ayrı hüquqi şəxslərin taleyi kimi baxmaq düzgün deyil.Şirkətlərin bağlanması iqtisadiyyat üçün əhəmiyyətli indikatorlardan biridi
07.08.2026 266 "Toppuş bacı"nın ailəsində daha bir ağır itki
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın atası Məcid Əliyev vəfat edib. Axşam.az xəbər verir ki, M.Əliyev bu gün 88 yaşında dünyasını dəyişib. Qeyd edək ki, "Toppuş bacı" ləqəbi ilə tanınan aktrisa onkoloji xəstəlikdən əziyyət çəkirdi və 2023-cü ildə vəfat edib. Bir neçə gün əvvəl isə onu
07.08.2026 286 1967-ci ildə ölümün astanasında olan qadının iddiası diqqət çəkdi
ABŞ-da yaşayan 83 yaşlı Ket Dankl 1967-ci ildə ölümün astanasında olduğunu, həmin vaxt cənnət və cəhənnəmlə bağlı görüntülər gördüyünü, daha sonra isə həyatının tamamilə dəyişdiyini iddia edib. xəbər verir ki, bu barədə Need To Know nəşri məlumat yayıb. Dankl bildirib ki, həmin il oğlunu itirib və b
07.08.2026 259 "Oğlu Almaniyada təhsil alır, Azərbaycana gəlib-gəlmədiyini bilmirəm"
Mərhum aktrisa Çimnaz Sultanovanın oğlu hazırda Almaniyada təhsil alır. Anasının vəfatından sonra onun Azərbaycana gəlib-gəlməməsi barədə məlumatım yoxdur. Bunu aktrisa Sonaxanım Əliyeva Qaynarinfo-ya açıqlamasında deyib. Aktrisa mərhumun yaxınları ilə əlaqə saxlamadığını bildirib:. "Ona görə d
07.08.2026 314 Aktrisa ayrıldığı ərinitəriflədi: "Bu nə yaraşıqlılıqdır"
Türkiyə kinosunun əfsanələrindən Türkan Şoray keçmiş həyat yoldaşı Cihan Ünalın sosial şəbəkədə paylaşdığı fotoya yazdığı şərhlə diqqət çəkib. xarici mediaya istinadən xəbər verir ki, Şoray Ünalın fotosuna "Vay, bu nə yaraşıqlılıqdır" sözlərini yazıb. Keçmiş yoldaşı isə "Təşəkkür edirəm
07.08.2026 238 Bəzi yerlərə yağış yağacaq, dolu düşəcək
Avqustun 9-u axşam Azərbaycanın qərb rayonlarından başlayaraq 11-dək əsasən dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dol
07.08.2026 249 Yeni Şuraya əlavə hüquqlar verildi
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında yaradılan Media və Yayım Şurası Azərbaycanda media və yayım sahəsində səlahiyyətli dövlət orqanı olacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, Media və Yayım Şurasına əlav
07.08.2026 190