Hansı məmurun xidməti maşını ilə biznesmenin yarım milyonu oğurlanıb? - FHN soruğunu cavablandırmır
Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus avtomobillə biznesmeninin yarım milyon manata yaxın pulunu oğurlayıb qaçan şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, 1979-cu il təvəllüdlü Yusif Əliyev bu ilin may ayında Azərbaycana ekstradisiya edildikdən sonra onun barəsindəki cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Rusiyada tutulduqdan sonra Azərbaycana ekstradisiya olunan Yusif Əliyevin məhkəməsi isə noyabrın 27-də başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü (Quldurluq - 181.3.2. külli miqdarda əmlak əldə etmək məqsədilə və sağlamlığa ağır zərər vurulmaqla) maddələri ilə təqsirli bilib. Əvvəllər biznes fəaliyyəti ilə məşğul olmuş, ali təhsilli, 1 uşaq atası Yusif Əliyevə məhkəmənin hökmü ilə 11 il 6 ay həbs cəzası verilib.
Qeyd edək ki, 2022-ci ilin dekabr ayında Yusif, Faiq və Elşən adlı şəxslər FHN-nin balansında olan BMW minik markalı maşınla sözügedən ünvana oğurluğa gediblər. Onlar valyuta mübadiləsilə məşğul olan Bəxtiyar adlı şəxsin evinə gəlişini gözləyiblər. Bunun üçün Yusif və Faiq həmin həyətdə 44 nömrəli mənzilin yerləşdiyi bloka daxil olub. Elşən isə nazirliyə məxsus avtomobili Əbu Bəkr məscidi istiqamətində əlverişli yerdə saxlayıb və sahibkarın binaya girişi barədə Yusiflə Faiqə məlumat verib.
Bəxtiyar binanın birinci mərtəbəsi ilə ikinci mərtəbəsi arasında yerləşən dəhlizdə pilləkənlərlə yuxarı qalxan zaman sözügedən şəxslər onun üzərinə hücum edərək, yumruqla çoxsaylı zərbələr vurmaqla içərisində milli valyuta ilə 5.540 manat ekvivalentində 200.000 Rusiya rublu, 365.500 manat ekvivalentində 215.000 dolları və 108.000 manat məbləğində pul olan kompyuter çantasını əlindən alıb qaçıblar.
Onlar nazirliyə məxsus dövlət nömrə nişanı "FH" olan avtomobillə oğurladıqları ümumilikdə 479.075 manat pulla Xırdalana yollanıblar. Daha sonra pulu aralarında bölüblər. Polisin keçirdiyi əməliyyat zamanı hər üç şəxs saxlanılıb və həbs ediliblər.
Aparılan araşdırma zamanı o da məlum olub ki, oğurluqda təqsirləndirilən Elşən FHN-də müqavilə əsasında sürücü kimi işə qəbul olunub. FHN-də yüksək vəzifəli şəxsin sürücüsü olub və tabeçiliyində BMW nəqliyyat vasitəsi olub. 2022-ci il tarixdən üzürsüz səbəbdən işə gəlmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən onunla FHN arasında bağlanmış əmək müaviləsi ləğv edilib.
Məsələ ilə bağlı Qaynarinfo Fövqəladə Hallar Nazirliyinə oğurluqda istifadə olunan "FH" seriyalı "BMW" markalı avtomobil hansı vəzifəli şəxsin xidməti avtomobili olması ilə bağlı sorğu göndərib. Amma üzərindən bir ay keçməsinə baxmayaraq, FHN Qaynarinfo-nun rəsmi sorğusunu cavablandırmayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1036 Tarix: 28 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİran Azərbaycana təhsil dərsi keçir, bəs azərbaycanlıların ana dilində təhsil hüququ necə olsun?
Doğrudan da, komediyadır!. İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərraf Azərbaycanda vahid məktəbli formasının tətbiqinə münasibət bildirib və təhsil hüququndan məhrum olduqlarını iddia edən qızlara "azad təhsil mühiti" yarada biləcəklərini bəyan edib. "İran universitetlər
11:40 71 "Hər zaman ayıq-sayıq olmalıyıq" - Prezident
"Biz həqiqətən çox yüksək səviyyədə həmrəylik, qarşılıqlı anlaşma və hörmət görürük. Biz hamımız özümüzün milli ideyaları - azərbaycançılıq ətrafında birləşirik. Bu, Azərbaycanın bütün xalqlarını bir araya gətirir". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliye
11:04 134 Ay ətrafında dövrə vuran ilk canlılar: İki tısbağanın hekayəsi
1968-ci ildə Sovet İttifaqı Ay ətrafında uçuş həyata keçirmək və Yerə qayıtmaq məqsədilə "Zond-5" kosmik aparatını kosmosa göndərib. Aparatın göyərtəsində iki Orta Asiya tısbağası ilə yanaşı, milçəklər, qurdlar, bitkilər və toxumlar da olub. Bu missiya canlı orqanizmlərin Yer orbitindən kənara
26.10.2026 340 İranın təhsil sisteminin qaranlıq üzü: Repressiyalar, həbslər, boğulan azadlıqlar - TƏHLİL
İranda qadın və qızların təhsil hüquqlarının məhdudlaşdırılması, məcburi hicab qaydalarının sərtləşdirilməsi və universitetlərdə təhlükəsizlik nəzarətinin gücləndirilməsi ölkənin təhsil sisteminin acı reallıqlarıdır. Qadınların geyimlərinə və ictimai mövqelərinə görə təzyiqlərə məruz qalması, bəzi hallard
26.10.2026 530 Prezident Şeyxa Əl Nuveyslə bir arada - Video
Prezident İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirib. Söhbət zamanı ölkəmizlə Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunlu
26.10.2026 470 Uşaqları həyata hazırlamaq hər məzmunu onlara təqdim etmək demək deyil
Uşaqları üçün kitab seçən valideynlərin əsas arzusu övladlarının yaxşı oxuması, gözəl sözlər öyrənməsi, mənəvi dünyasının zənginləşməsi və sağlam düşüncəli insan kimi yetişməsidir. Valideyn kitab alarkən onun səhifələrində yalnız nağıl, şeir və mahnı deyil, həm də uşağın yaşına uyğun sözlər, düşüncələ
12:39 54 İş axtaranlar üçün VACİB AÇIQLAMA: Bu peşələrə tələbat artır
"Azərbaycanda əmək bazarına nəzər saldıqda görürük ki, hazırda satış, ticarət, maliyyə və mühasibatlıq, istehsalat, tikinti, logistika, səhiyyə, təhsil, informasiya texnologiyaları və insan resursları sahələrində işçi tələbatı mövcuddur". Bu sözləri BİG.AZ-a açıqlamasında İnsan resursları üzr
11:51 147 Kadir İnanırın vəfatından 1 həftə sonra tətilə yollanıb
Türkiyəli aktyor Kadir İnanırın vəfatından dörd ay keçməsinə baxmayaraq, onun mirası ətrafında mübahisələr səngimək bilmir. Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi bütün əmlakını həyat yoldaşı Jülide Kuralın adına vəsiyyət edib. Aktyorun bacısı oğlu Levent İnanır məsələ ilə bağlı açıqlamasınd
26.10.2026 503 Bakıda bir neçə yol bağlanır
Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şosesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. BİG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliy
10:17 162