Mübariz Tağıyev: "Yalanlarını üzlərinə çırpırdım, abırsızcasına gülürdülər" - MÜSAHİBƏ

Mübariz Tağıyev: "Yalanlarını üzlərinə çırpırdım, abırsızcasına gülürdülər" - MÜSAHİBƏ"Yalanlarını üzlərinə çırpırdım, abırsızcasına gülürdülər".

Bunu Xalq artisti Mübariz Tağıyev AzVision.az a müsahibəsində deyib.

Onunla müsahibəni təqdim edirik:

- Mübariz müəllim, 2024-cü il incəsənətimiz üçün itkilərlə başladı. Məsələn, Gülbahar Şükürlünü, Aygün Bəyləri itirdik. Bir sıra sənət adamlarımız xəstələndi. Bəs sizin üçün il necə başladı?

- Keçən ilin uğurları o qədər böyük idi ki. Uzun illər boyu gözlədiyimiz qələbə əldə edildi. Bundan böyük nə xoşbəxtlik ola bilər ki?!. Ancaq yaddan çıxarmayaq ki, bu, oğullarımızın canı bahasına başa gəldi, şəhid verdik, qazilərimiz var.

Doğrudur, il incəsənətimiz üçün ağrılı başladı. Həyatdır da. Bilirsiniz, Allahın yazdığını heç kim poza bilməz. Heç kim bilmir ki, sabah nə olacaq. Əsas odur ki, onları yaddan çıxarmayaq. Basdırdıq, ağladıq, şüvənlik etdik, sonra da yaddan çıxıb getdilər. Bax, bu olmamalıdır. Əgər insan bir iz qoyub gedirsə, deməli, bu, Allah vergisidir. Hər adama xas olan bir şey deyil.

- Dediniz ki, bu gündən sabaha hay yoxdur. Bəs siz başınızı yastığa qoyanda sabaha nələri planlayırsınız?

- (Gülür) Mən heç vaxt başımı yastığa qoyanda plan qurmuram. Bütün vaxtı beynim nəyləsə bağlı işləyir. Məsələn, düşünürəm ki, bildiklərimi tələbələrə daha hansı formada çatdırım. Bir neçə mahnı yığılıb qalıb, onların üzərində işləyirəm.

Digər tərəfdən də gizlətmirəm, səhhətimdə müəyyən problemlər baş verib. Yaş öz işini görür. Virusa yoluxmuşdum. Xəstəxanaya düşdüm, müalicə aldım. Həkimlər əllərindən nə gəlirdisə, etdilər.

- Vaxtilə Xankəndidə konsertlər vermisiniz. Bir müddət əvvəl futbolçularımız Xankəndi stadionunda oynadı, Prezident də izlədi. Həmin vaxt nə hisslər keçirdiniz, keçmiş günləri yada saldınızmı?

- Əlbəttə, izlədim. Rəşid Behbudov adına Mahnı Teatrı ilə dəfələrlə o zonada olmuşam. Xankəndidə konsertlər vermişik.

Həmişə Qarabağa gedəndə fikirləşirdim ki, necə olur ki, ermənilər belə yerləri seçib uydurma adlar qoyurlar. İrənvanda aprelin 24-də baş verən hadisələr hamısı gözümüzün qabağında olurdu. İllər boyu bunlar fırıldaqla, yalanla özlərinə tarix düzəldiblər. Dayandırmasaydıq, çox oyunlardan çıxardılar.

Ermənistan Dövlət Orkestrində oxuyanda ermənilər var idi ki, gözümün içinə baxa-baxa yalan danışırdılar. Deyirdim, bəsdirin də. Yalanlarını üzlərinə çırpırdım, abırsızcasına gülürdülər. Bəzi ermənilər deyirdilər ki, "bu millət 100 ildən bir qrılmalıdır. Bizim ayrı variantımız yoxdur".

Dediniz tələbələriniz var, onlarla dil tapa bilirsinizmi? Sizdən razıdırlarmı?
-Tələbələrimin məndən razı qalıb qalmadığını deyə bilmərəm. Onların işidir. Mənim təbiətim elədir ki, heç nəyi gizlətmirəm. İllərlə nə yığmışamsa, öyrədirəm. Onların özündən də çox şey asılıdır. Tələbələrlə yaxşı dostam. Nəvəm yaşındadırlar. Əla münasibətimiz var.

- Yeri gəlmişkən, nəvələriniz varmı? Necə babasınız?

- 6 nəvəm var. Nəsil böyüyür. Çox yumşaq babayam. Qışqırmıram, irad tutmuram. Yaşlarını nəzərə alıram. Düz etməyəndə sadəcə başa salıram.

- Yanvarın 31-i doğum gününüzdür. 76 yaşa necə hazırlaşırsınız?

- Gəncədə solo konsert verdim. Köklərim haradasa ora ilə bağlıdır. Fevralın əvəllində isə Rəşid Behbudov adına Mahnı Teatrında konsert verəcəyəm. O yer mənim üçün Rəşidi xatırladır. 20 ilim o teatrla bağlı olub. Böyük bir akademiya idi. Bir sözlə, yeni yaşıma fəal yardıcılıqla girəcəyəm.

- Gəncliyinizdə üzgüçülüklə məşğul olmusunuz. İndi də bu ənənəni davam etdirirsiniz? Çünki çox yaraşıqlısınız və formada qalmısınız.

- Ay qızım, heç bilmirəm nə deyim. Evdən çıxanda istəyirəm ki, ev paltarımı dəyişməyim, bir az rahat olum. Ancaq mümkün deyil. Səhnə adamısan. Həmişə gərək qaydasında olasan. Biri yaxınlaşıb şəkil çəkdirir, digəri xoş söz deyir. Buna hazır olmalısan. Bütün vaxtı gərginlik içindəsən. Ancaq bu, o qədər xoşdur ki. Bilirsən ki, varsan. Pərəstişkarların var. Səhnə adamına bundan o yana dünya yoxdur. Biz bununla yaşayırıq.

- Xanımlardan gəncliyinizdəki kimi sevgi məktubları, mesajları alırsınızmı?

- İndi desəm ki, yox, inanarsınız? Hər bir şey olur. (Gülür) Şəbəkələrdə mahnı paylaşanda xanımlar yazır, fikirlərini söyləyirlər. Ancaq artıq babayam mən. Xoş sözlərin, istiliyin məzmunu dəyişib. Sevgi hisslərini hörmət əvəz edir. Həyatdır da. Yaş ötür, müəyyən çərçivələr var ki, onu atlayıb gedə bilmərsən.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 716   Tarix: 21 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

TOP MP3