DYP avtomobil sahiblərinə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə müraciət edib.
İdarədən BiG.AZ-a verilən məlumata görə, müraciətdə deyilir:
"Bir çox hallarda avtomobil sahibləri avtoyuma və ya təmir məntəqələrinin xidmətlərindən istifadə edərkən nəqliyyat vasitəsinin açarlarını işçilərə etibar edir, lakin əmlakın sonrakı aqibətindən xəbərsiz olurlar.
Bəzən belə yanaşmalar məntəqədə çalışan və adətən gənc, hərəkətlərinin məsuliyyətinin fərqinə varmayan şəxslərə nəqliyyat vasitələrindən qanunsuz istifadə fürsəti verir ki, bu da sonda insanların həlak olması, yaralanması, yaxud maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisələrinin, oğurluqların, əmlakdan sui-istifadə hallarının baş verməsinə real zəmin yaradır.
Bununla yanaşı, xidmət göstərməli olduqları avtomobildən istifadə etməklə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətmiş şəxslər məsuliyyətə cəlb edilərkən hüquqazidd əməlin törədilməsində alət və ya bilavasitə obyekt olmuş nəqliyyat vasitəsi ilə bağlı qərarlar qəbul edilir ki, bu da əmlak sahibi üçün əlavə problemlər deməkdir.
Odur ki, avtomobil sahiblərinə müraciət edərək tövsiyə edirik ki, təmir və ya avtoyuma məntəqələrinin xidmətlərindən istifadə edərkən mümkün qədər məntəqəyə yaxın ərazidə olmağa çalışın, avtomobilinizi təsadüfi deyil, tanıdığınız, məsuliyyətli, peşəkar insanlara etibar edin.
Unutmayın ki, bəzən etinasız yanaşdığımız bir hal sonradan bərpası mümkün olmayan fəsadlara yol aça bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 970 Tarix: 06 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşErmənistan albalı ixracında Rusiyadan asılı vəziyyətdədir
Rusiya bazarı olmadan Ermənistan albalı ixracından əldə etdiyi gəlirin demək olar ki, hamısını itirmək riski ilə üz-üzədir. xəbər verir ki, bu barədə RİA Novosti Ermənistanın milli statistika xidmətlərinin məlumatlarına istinadən məlumat yayıb. Məlumata görə, Ermənistanın ixrac etdiyi albalının 99 faiz
10:50 147 Metronun əvəzinə bu avtobuslar işləyəcək - Gedişhaqqı 60 qəpik-Video
Avqustun 15-dən "Bakı Metropoliteni" QSC tərəfindən xətlərin ayrılması layihəsi çəçivəsində "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti inşaat işləri bitənə qədər dayandırılacaq. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məluma
16:20 139 Prezidentdən Naim Cahidzadə ilə bağlı iki SƏRƏNCAM
Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. BİG.AZ -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə, Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikas
13:13 190 Cərimələrin icra edilməməsi hansı hallarda həbsə səbəb olur?
"İnzibati cərimə və ya ictimai işlər növündə inzibati tənbehin icra edilməməsi İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsi ilə məsuliyyət yaradır". Bunu BİG.Az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib. O, qeyd edib ki, qanunvericiliyə əsasən, inzibati cərimə növünd
15:21 127 İran ABŞ-ı hədələdi: Dəniz blokadası davam edərsə...
ABŞ-ın dəniz blokadasını davam etdirməsi halında İran Amerika hərbi gəmiləri üçün ciddi təhlükə yaradacağını bəyan edib. xəbər verir ki, bu barədə İslam Respublikasının Ali Liderinin hərbi müşaviri Möhsün Rzayi SNN telekanalına müsahibəsində danışıb. "Əgər ABŞ dəniz blokadasını davam etdirərsə
11:23 151 Araz Ağalarovun xanımının milyonluq zinət əşyaları gündəm oldu
Rusiya mətbuatı iş adamı Araz Ağalarovun həyat yoldaşı Alyona Ağalarovanın bahalı zinət əşyalarından yazıb. Axşam.az xəbər verir ki, xarici KİV-də yer alan məlumata görə, Alyona Ağalarovanın taxdığı məşhur brendlərə məxsus zinət əşyalarının qiyməti diqqət çəkib. Belə ki, onun "Cartier" brendin
15:19 202 ABŞ bu ölkədəki səfirliyini bağlayır
ABŞ Dövlət Departamenti beş ölkədəki xarici diplomatik nümayəndəliyi bağlamağı planlaşdırır. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. "ABŞ Dövlət Departamenti Konqresə beş xarici nümayəndəliyin bağlanması planları barədə məlumat verib ki, bu d
11:19 153 Rusiya rəsmisi: Ermənistanla bağlı qərar konsensusla veriləcək
Yerevanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilməsi ilə bağlı qərarın qəbul edilməsi üçün üzv dövlətlərin konsensusu tələb olunacaq. xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə açıqlamasında Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev bildirib
10:59 145 Məhkəmə Hüseyn Həsənova 4 il həbs cəzası verdi
Rusiyada azərbaycanəsilli bloger Hüseyn Həsənov qiyabi olaraq 4 il müddətinə ümumi rejimli cəzaçəkmə müəssisəsinə məhkum edilib. Axşam.az xəbər verir ki, Moskva Məhkəməsi bloger barəsində çirkli pulların yuyulması ittihamı üzrə hökm çıxarıb. Məhkəmə onun 1 milyon rubl məbləğində cərimələnməsinə də qəra
17:21 2