"Azərlotereya" KSM və sponsorluq fəaliyyətinin hesabatını açıqladı

"Azərlotereya" KSM və sponsorluq fəaliyyətinin hesabatını açıqladıÖlkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC hər zaman cəmiyyətin inkişafına hesablanan sosial yönümlü layihələrə xüsusi önəm verir. Şirkət ötən il də Korporotiv Sosial Məsuliyyət (KSM) çərçivəsində ölkə əhəmiyyətli tədbirlərin təşkilinə dəstək verməklə yanaşı, maraqlı layihələrə imza atması ilə seçilib.

"Azərlotereya" "Əmanətə Sədaqət" layihəsi üzrə Azərbaycan və Türkiyənin universitetlərində təhsil alan bütün şəhid ailə üzvlərinin təhsil və yaşayış xərclərini qarşılamaq başda olmaqla, bir çox sosial layihələri həyata keçirir.

Şirkət Qarabağ Dirçəliş Fondu ilə birgə "Hər şey Qarabağ üçün" layihəsinə start verib. Layihə çərçivəsində "Azərlotereya"nın tirajlı lotereya biletlərinin satışından əldə edilən vəsaitin bir hissəsi Qarabağ Dirçəliş Fonduna ianə edilir.

Fəaliyyətində hər zaman idmanın inkişafı yönündə dövlətin prioritet siyasətinə dəstək göstərən "Azərlotereya"nın "Misli" brendi hazırda Azərbaycan Premyer Liqasının baş sponsorudur. Şirkətin bu addımı ölkədə futbolun inkişafına böyük töhfə verir.

Bu yolda görülən işlərdən biri də "Azərlotereya" ilə "Sabah" futbol və basketbol, eləcə də "Mingəçevir" Futbol Klubu arasında imzalanmış sponsorluq müqaviləsidir. Məqsəd idmanda kütləviliyin təmin edilməsi, gənc idmançıların yetişməsi, futbol və basketbol yarışları vasitəsi ilə sosial məsuliyyətin təbliği, azarkeş mədəniyyətinin formalaşmasına dəstək olmaqdır.

"Azərlotereya" sağlam həyat tərzinin təşviqində də fəal iştirak edir. Bu timsalda şirkət "Bakı Marafonu"nun tərəfdaşı olub. Marafonda 20 minədək iştirakçı yarışıb.

"Azərlotereya"nın KSM fəaliyyətinin əsas istiqamətlərindən biri də ekologiya və ətraf mühitin mühafizəsidir. Şirkət ətraf mühitin mühafizəsinə töhfə vermək məqsədilə "Gələcəyə yaşıl miras" devizi ilə ağacəkmə aksiyasına qoşulub. Həmçinin nazirliyin "Yaşıl Gələcək" adlı ağacəkmə layihəsinə qoşularaq çox sayda ağacın əkimi üçün ianə edib.

Təhsil sahəsinə xüsusi önəm verən "Azərlotereya" bu istiqamətdə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə əməkdaşlıq memorandumu imzalayıb. Fərqli sahələr üzrə tədrisə dair müxtəlif dillərdə kitabların alınmasını həyata keçirərək UNEC kitabxanasına böyük töhfə verib.

Həmçinin "Azərlotereya" "Heydər Əliyev ili" çərçivəsində elm və təhsilin inkişafına dəstək məqsədilə yerli universitetlərə qəbul imtahanında öz qrupları üzrə ən yüksək bal toplamış tələbələrdən 11 nəfəri xüsusi təqaüdlə təmin edib.

Şirkət elm və təhsilin tərəqqisinə töhfə vermək, onların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə intellektual oyunlar üzrə ölkənin ən yaxşılarının yarışdığı Peşəkar İntellekt Liqasına da dəstək olub.

Ölkəmizdə startap ekosisteminin inkişafına dəstək göstərmək adına "Azərlotereya"nın ASAN İnnovasiyalar Mərkəzi ilə əməkdaşlığı çərçivəsində "Brain Game" intellektual oyun hakatonu keçirilib.

Sadalanan işlərin fonunda "Azərlotereya" digər sahələr üzrə də hər zaman aktivlik göstərərək müxtəlif böyük tədbirlərdə sponsor kimi çıxış edib. Şirkət bundan sonra da dövlətimizin tərəqqisində önəmli rol oynayan KSM və dayanıqlı inkişaf üzrə önəmli mövzulara dair yeni təşəbbüslərdə iştiraka davam edəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 820   Tarix: 06 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rusiya Azərbaycan məhsullarını Gürcüstan vasitəsilə idxal edə bilər

"Rusiya Dəmir Yolları" ASC Türkiyə və Azərbaycandan Rusiyaya meyvə və tərəvəzlərin quru marşrutu vasitəsilə çatdırılması imkanlarını araşdırır. xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb. Məlumata görə, bu barədə şirkət rəhbərinin birinci müavini Vadim Mixaylov İstanbuld

25.10.2026 203
.

Bakıda "Turandot" tamaşasının premyerası baş tutub - Foto

Heydər Əliyev Sarayının səhnəsində "Turandot" tamaşasının möhtəşəm premyerası baş tutub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Cakomo Puççininin məşhur operasının yeni tamaşasını sürəkli alqışlarla təqdim edib. Tamaşada dünyaşöhrətli tenor, Azərbaycanın Xalq artisti Yusif Eyvazo

25.10.2026 216
.

"Volkswagen" daha 10 mindən çox işçisini ixtisar etməyə hazırlaşır

Almaniyanın "Volkswagen" avtokonserni 2030-cu ilə qədər daha 12 min işçisini ixtisar etmək niyyətindədir. "Report" "Spiegel"ə istinadən xəbər verir ki, şirkət bu barədə Hannoverdə işçilərin nümayəndələri ilə keçirilən görüşdən sonra elan edib. İki il əvvəl, həm əsas brendin

25.10.2026 212
.

Tovuzda avtomobil piyadanı vuraraq öldürüb

Tovuzda avtomobilin vurduğu piyada xəstəxanada ölüb. -ın məlumatına görə, Tovuz rayon sakini, 1980-ci il təvəllüdlü Asif Ələsgərovu rayonun Əyublu kəndində avtomobil vurub. O, ağır halda xəstəxanaya yerləşdirilib. Lakin göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb

25.10.2026 140
.

Azərbaycana QAR YAĞDI

Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclüdür. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, oktyabrın 25-i saat 10:00-a olan məlumata əsasən, Laçın və Qubadlıya sulu qar, Kəlbəcər və Ordubadın dağlı

25.10.2026 270
.

İlon Mask: Ukrayna "Starlink"dən istifadə qaydalarını pozub

Ukrayna hərbçiləri "Starlink" peyk rabitə sisteminin istifadə şərtlərini pozub və ondan insanları öldürməyə yönəlmiş dron hücumlarını həyata keçirmək üçün istifadə edib. "Report"un məlumatına görə, "SpaceX"in rəhbəri İlon Mask bu barədə "X" sosial şəbəkəsində yazıb

25.10.2026 193
.

Atasının dəfnində məzara yıxılıb öldü

Braziliyada 48 yaşlı kişi atasının dəfn mərasimi zamanı faciəvi şəkildə ölüb. xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Espiritu-Santu ştatının Linhares şəhərində yerləşən San-Joze bələdiyyə qəbiristanlığında qeydə alınıb. Məlumata görə, 48 yaşlı Adilson Marsaro atasının dəfn mərasimində iştira

25.10.2026 229
.

Yaponiyada 13 minə yaxın sakinə daşqın təhlükəsi ilə əlaqədar təxliyə tövsiyə olunub

Yaponiyanın Xonsyu adasında yerləşən Vakayama prefekturasının hakimiyyət orqanları güclü yağışlar, daşqınlar və torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar təxminən 13 min sakinə təxliyə olunmağı tövsiyə edib. "Report"un Yaponiya İctimai Televiziyasına istinadən verdiyi məlumata görə, tövsiyə il

25.10.2026 130
.

Tramp saxta addan istifadəyə görə konqresmeni istefaya çağırdı

ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasından olan konqresmen İlhan Omardan dərhal istefa verməsini tələb edib. xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib. "Konqresdə and içərkən saxta addan istifadə etdiyinə görə hesab edirəm ki, o, dərha

25.10.2026 195
.