"Ailəmdən uzaq ilk səfərim idi" - İlqar Mirzəyevin qızı

"Ailəmdən uzaq ilk səfərim idi" - İlqar Mirzəyevin qızıAzərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin qızı Gülnarə Mirzəyeva məzun olub. O, İngiltərənin nüfuzlu universitetlərindən olan "Warwick Business School"un magistr pilləsini başa vurub.

"Qafqazinfo" xəbər verir ki, AzEdu.az təhsil portalı Gülnarə Mirzəyeva ilə əlaqə saxlayıb, xarici ölkəyə adaptasiya dövründən, təəssüratlarından və gələcək hədəflərindən danışıb.

- İngiltərədə öz hesabınıza, yoxsa dövlət hesabına təhsil almısınız?

- Mən İngiltərəyə Elm və Təhsil Nazirliyi tərəfindən nəzərdə tutulmuş "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" ilə getdim. Yəni yaşayış və təhsil xərclərim dövlət tərəfindən qarşılanıb. Düşünürəm ki, xaricdə təhsil almaq mənim üçün müəyyən qədər faydalı oldu.

- Xarici ölkəyə ilk səfəriniz idi?

- Bəli.

- Özünüzü necə hiss edirdiniz? İngiltərədə təhsil alacağınızı bildikdə hansı hissləri keçirdiniz?

- Tamamilə başqa bir dünyaya köçmüş kimi hiss edirdim. Çünki yaşadığın mühitin, hər gün gördüyün insanların çox fərqli olduğunu müşahidə edirsən və yeni-yeni insanlar tanımağa başlayırsan. Hər bir insanın müxtəlif dünyagörüşə sahib olması insanda maraq hissi oyadır.

Təbii ki bu xəbəri eşidən zaman sevincimin həddi-hüdudu yox idi. İlk növbədə bunu ailəmlə bölüşdüm. İnsanın qarşısına qoyduğu məqsədə nail olmaq üçün çox çalışması və həmin məqsədə çatması inanılmaz dərəcədə möhtəşəmdir. Hər kim ki, bunun arzusundadır, ümid edirəm, ona nail olar. Əgər insan qarşısına məqsəd qoyubsa, edə bilməyəcəyi heç nə yoxdur.

"Ailəmdən uzaq ilk səfərim idi" - İlqar Mirzəyevin qızı- Bəzi insanlar üçün ailədən uzaqlaşıb yad bir ölkəyə getmək çətin olur. Hətta deyərdim ki, buna daha çox qızlarda rast gəlirik. Maraqlıdır, siz xaricdə təhsil almağı necə qərarlaşdırdınız? Ailədən uzaqlaşmaq sizə çətin olmadı?

- Tələbəlik dövründə bu qərara gəldim. Hətta onu da qeyd edim ki, bakalavr təhsilimi də xaricdə almaq istəyirdim. Ancaq bəzi səbəblərdən bu istəyim baş tutmadı. Ona görə də qarşıma məqsəd qoydum ki, magistr təhsilimi mütləq xaricdə alacam.

Az öncə də qeyd etdiyim kimi, bu, mənim ailəmdən uzaq ilk səfərim idi. Ona görə mənə ilk vaxtlar çətinlik yaratdı. Təbii ki İngiltərədə olduğum müddətdə ailəmlə tez-tez əlaqə saxlayıb təcrübələrimi bölüşürdüm. Lakin daha sonra həmin mühitə adaptasiya olmağı bacardım.

- Tələbəlik illərinizi necə xatırlayırsınız?

- Həmin illər mənim üçün olduqca maraqlı idi. Hər semestr tələbə yoldaşlarımla birgə universitetin həyətində qruplarla işləyirdik. Düşünürəm ki, əldə etdiyim təcrübələr gələcək işimdə mənə çox böyük yardımçı olacaq.

- Təhsilə önəm verdiyiniz bəllidir. Bu sizə ailədən aşılanıb, yoxsa özünüz daima inkişafda olmağı seçmisiniz?

- Ailə kiçik bir cəmiyyətdir. Buna görə də hesab edirəm ki, bir uşaq hər şeyi ailədən öyrənir. Yəni bu qədər çalışmağımın, uğurlarımın böyük bir hissəsini ailəmə borcluyam. Atamın, anamın dəstəyi və köməyi olmadan bu nöqtəyə gələ bilməzdim. Həm mənəvi dəstək olmaları, həm də hər zaman mənə inanmaları təbii ki stimul verirdi.

- Heç olubmu ki, oxumaqdan, nələrisə öyrənməkdən yorulmusunuz?

- Məncə, hər bir oxuyan insan bu yoldan keçir. Mən bakalavr təhsilini bitirən kimi magistraturaya qəbul oldum. Fasilə vermədiyim üçün bir az çətinliklərim oldu. Amma heç peşman deyiləm.

- Uğur qazanmaq, vətənə faydalı olmaq üçün həmyaşıdlarınıza nə kimi tövsiyələriniz var?

- Hər şey insanın özündən başlayır. İnsan özünə inandığı müddətcə məqsədyönümlü olmağı bacarmalıdır. Həyatda hər birimizin çətinlikləri olur. Lakin bu çətinliklər heç də məqsədlərimizin həyata keçməsinə maneə törətməməlidir.

- Gələcək karyeranız üçün ən böyük hədəfiniz nədir?

- İxtisasım üzrə yaxşı bir peşə sahibi olmaq istəyirəm. Bunun üçün əlimdən gələni əsirgəməyəcəm.

Qeyd edək ki, Gülnarə Mirzəyeva 2018-ci ildə 500 bal toplayaraq Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tikinti iqtisadiyyat fakültəsinin sənayenin təşkili və idarə olunması ixtisası üzrə təhsil alıb.

"Ailəmdən uzaq ilk səfərim idi" - İlqar Mirzəyevin qızı"Ailəmdən uzaq ilk səfərim idi" - İlqar Mirzəyevin qızı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1191   Tarix: 06 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Rusiya Azərbaycan məhsullarını Gürcüstan vasitəsilə idxal edə bilər

"Rusiya Dəmir Yolları" ASC Türkiyə və Azərbaycandan Rusiyaya meyvə və tərəvəzlərin quru marşrutu vasitəsilə çatdırılması imkanlarını araşdırır. xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb. Məlumata görə, bu barədə şirkət rəhbərinin birinci müavini Vadim Mixaylov İstanbuld

25.10.2026 203
.

Bakıda "Turandot" tamaşasının premyerası baş tutub - Foto

Heydər Əliyev Sarayının səhnəsində "Turandot" tamaşasının möhtəşəm premyerası baş tutub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Cakomo Puççininin məşhur operasının yeni tamaşasını sürəkli alqışlarla təqdim edib. Tamaşada dünyaşöhrətli tenor, Azərbaycanın Xalq artisti Yusif Eyvazo

25.10.2026 216
.

"Volkswagen" daha 10 mindən çox işçisini ixtisar etməyə hazırlaşır

Almaniyanın "Volkswagen" avtokonserni 2030-cu ilə qədər daha 12 min işçisini ixtisar etmək niyyətindədir. "Report" "Spiegel"ə istinadən xəbər verir ki, şirkət bu barədə Hannoverdə işçilərin nümayəndələri ilə keçirilən görüşdən sonra elan edib. İki il əvvəl, həm əsas brendin

25.10.2026 212
.

Tovuzda avtomobil piyadanı vuraraq öldürüb

Tovuzda avtomobilin vurduğu piyada xəstəxanada ölüb. -ın məlumatına görə, Tovuz rayon sakini, 1980-ci il təvəllüdlü Asif Ələsgərovu rayonun Əyublu kəndində avtomobil vurub. O, ağır halda xəstəxanaya yerləşdirilib. Lakin göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb

25.10.2026 140
.

Azərbaycana QAR YAĞDI

Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclüdür. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, oktyabrın 25-i saat 10:00-a olan məlumata əsasən, Laçın və Qubadlıya sulu qar, Kəlbəcər və Ordubadın dağlı

25.10.2026 270
.

İlon Mask: Ukrayna "Starlink"dən istifadə qaydalarını pozub

Ukrayna hərbçiləri "Starlink" peyk rabitə sisteminin istifadə şərtlərini pozub və ondan insanları öldürməyə yönəlmiş dron hücumlarını həyata keçirmək üçün istifadə edib. "Report"un məlumatına görə, "SpaceX"in rəhbəri İlon Mask bu barədə "X" sosial şəbəkəsində yazıb

25.10.2026 193
.

Atasının dəfnində məzara yıxılıb öldü

Braziliyada 48 yaşlı kişi atasının dəfn mərasimi zamanı faciəvi şəkildə ölüb. xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Espiritu-Santu ştatının Linhares şəhərində yerləşən San-Joze bələdiyyə qəbiristanlığında qeydə alınıb. Məlumata görə, 48 yaşlı Adilson Marsaro atasının dəfn mərasimində iştira

25.10.2026 229
.

Yaponiyada 13 minə yaxın sakinə daşqın təhlükəsi ilə əlaqədar təxliyə tövsiyə olunub

Yaponiyanın Xonsyu adasında yerləşən Vakayama prefekturasının hakimiyyət orqanları güclü yağışlar, daşqınlar və torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar təxminən 13 min sakinə təxliyə olunmağı tövsiyə edib. "Report"un Yaponiya İctimai Televiziyasına istinadən verdiyi məlumata görə, tövsiyə il

25.10.2026 130
.

Tramp saxta addan istifadəyə görə konqresmeni istefaya çağırdı

ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasından olan konqresmen İlhan Omardan dərhal istefa verməsini tələb edib. xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib. "Konqresdə and içərkən saxta addan istifadə etdiyinə görə hesab edirəm ki, o, dərha

25.10.2026 195
.