Sabunçu məhkəməsində görünməmiş etiraz - hakim "Sea Breeze" işində hökm oxumadı, ara qarışdı -TƏCİLİ XƏBƏR

Sabunçu məhkəməsində görünməmiş etiraz - hakim "Sea Breeze" işində hökm oxumadı, ara qarışdı -TƏCİLİ XƏBƏRBu dəqiqələrdə Sabunçu rayon məhkəməsində görünməmiş etiraz aksiyası keçiririlir.

Bu gün "Sea Breeze" işində hakim Mirheydər Zeynalov son qərarını açıqlamalı idi. Lakin 14.15-ə təyin olunmuş proses qəfildən təxirə salınıb. Məhkəmə iclas katibi iş üzrə müttəhimlərin yaxınlarına bildirib ki, hakimin təzyiqi qalxdığından proses qeyri-müəyyən vaxta təxirə salınıb. Müttəhimlərin yaxınları isə bu izahatla razılaşmır, məhkəmə zalını tərk etməkdən imtina edirlər. Bildirirlər ki, övladları günahsız olduqları halda mühakimə olunur, cinayətin əsas təşkilatçısı Elnur Leysan oğlu Məmmədov azadlıqda gəzir. Belə bir halda iş üzrə 27 məhkəmə prosesi keçirilib, amma bir daha müttəhim kürsüsündə əyləşdirilən övladlarının günahsızlığı üzə çıxıb. Buna baxmayaraq övladları həbsdə saxlanılır.

Məhkəmə zalında olan müttəhimlərin 30-a yaxın qohumları hesab edirlər ki, proses sifarişli şəkildə uzadılır.

Yada salaq ki, müttəhimlər kürsüsünə Elmir İsmayılov, Peyman Vəlizadə, Məhəmməd Həsənzadə və məktəbli M.Ə çıxarılıblar. Zərərçəkən kimi isə Elnur Leysan oğlu Məmmədov və Cavad Muradov tanınıblar. Bu ilin yayında baş verən hadisədən dərhal sonra Elnur Məmmədovun təşəbbüsü ilə Elmir İsmayılov və digər şəxslərlə görüş keçirilib. Həmin görüşdə Elnur Məmmədov baş verənlərə görə hər kəsdən, özəlliklə Elmir İsmayılovdan üzr istəyib, barışıblar. Elnur Məmmədov Elmir İsmayılova deyib ki, içkili vəziyyətdə əzdiyi maşınını da düzəltdirəcək. Növbəti gün isə Elnur Məmmədov hüquq mühafizə orqanlarına şikayət ünvanlayıb və bu gün müttəhimlər kürsüsünə çıxarılan şəxslərlə yanaşı, Elnur Məmmədovun dostu Cavad Muradov da saxlanılıb. "Sea Breeze"də dava saldığını məhkəmədə belə gizlətməyən Elnur Məmmədov isə həbs olunmayıb, azadlıqda gəzir.

Hadisənin təfərrüatına gəlincə, Elnur Məmmədov qohumu Vüqar Tağıyev və dostu Cavad Muradovla "Sea Breeze"də restoranda əyləşiblər. Vüqar Tağıyev qonşu masada olan Elmir İsmayılovu əvvəldən tanıdığından onu özünün olduğu masaya dəvət edib. Vüqar Tağıyevin dəvətini qəbul edən Elmir İsmayılov masaya yaxınlaşıb, süfrə ətrafında olanlarla salamlaşıb. Elnur Məmmədov onun salamına nalayiq söyüşlər işlətməklə cavab verib. Elmir İsmayılov Elnur Məmmədovun içkili olduğunu başa düşdüyündən ona baş qoşmayıb. Vüqar Tağıyev də Elnur Məmmədovun içkili olduğunu, hərəkətlərinə, danışığına nəzarət edə bilmədiyini deməklə Elmir İsmayılovdan üzr istəyib. Bir müddət sonra Elmir İsmayılov restorandan çıxıb. Buna baxmayaraq, Elnur Məmmədov Elmir İsmayılovu təqib edərək söyüşlərini davam etdirib. Sərxoş halda olan Elnur Məmmədov mübahisə zamanı Elmir İsmayılovu gözdən itirib və onu axtararkən qarşısına çıxanlarla da mübahisə etməyə, onlara da yumruq, təpik atmağa başlayıb. Onun bu hərəkətləri "Sea Breeze"dəki nəzarət kameralarına da düşüb və mətbuatda da yayılıb. Mübahisə sakitləşəndən sonra Elmir İsmayılov dayanacağa gedərək özünə məxsus avtomobilə əyləşib və ayıq sürücü maşını dayanacağın çıxışına tərəf sürüb. Həmin vaxt restoranın dayanacağında sıxlıq olduğundan bir qədər ərazidə ləngiyib. Bu zaman Elnur Məmmədov Elmir İsmayılovun maşınının qarşısını kəsib, ərazidən uzaqlaşmağa çalışan Elmir İsmayılovu avtomobildən düşürüb, ona xəsarət yetirib. Elmir İsmayılovun avtomobilinə də zərbələr vurmaqla yarasız hala salıb. Mübahisənin səhəri gün Elnur Məmmədov spirtli içkinin təsirindən ayılıb və dostu Cavad Muradovla birgə tərəflər görüşüb, barışıblar. Birinci cinayət işində Elnur Məmmədov tərəfindən təhqir edilən, xəsarət yetirilən, avtomobili əzilən Elmir İsmayılov, Peyman Vəlizadə, Məhəmməd Həsənzadə və Sumqayıt məktəblərindən birinin 10-cü sinif şagirdi M.Ə təqsirləndirilən şəxs, davanın səbəbkarı Elnur Leysan oğlu Məmmədov və dostu Cavad Vahid oğlu Muradov zərərçəkən kimi tanınıblar. İkinci cinayət işində isə Elnur Məmmədovun dostu Cavad Muradov və Şamxal Məmmədov təqsirləndirilən şəxslər, Elmir İsmayılov, onun qardaşı Elgün İsmayılov, Peyman Vəlizadə və Məhəmməd Həsənzadə zərərçəkəndirlər. İstintaqda olması iddia edilən üçüncü cinayət işində isə Elnur Leysan oğlu Məmmədov və hazırda axtarışda olan digər şəxslər təqsirləndirilən statusundadırlar. Bu işlə bağlı hər hansı bir rəsmi məlumat, açıqlama, arayış yoxdur. 3-cü cinayət işin olması yalnız şifahi məlumatlara əsaslanır. Elnur Məmmədovun barəsindəki cinayət dosyesi isə hələ ki, məhkəməyə göndərilməyib. O, zərərçəkən kimi tanındığı iş üzrə keçirilən 26 məhkəmə prosesindən 3-nə qatılıb. Hər dəfə məhkəməyə qardaşına məxsus "TT Fight Club"da məşq edən 15 nəfərə yaxın idmançının əhatəsində gəlib. Elnur Məmmədov məhkəmədə də "Sea Breeze"dəki qalmaqallı hərəkətlərini inkar etməyib. Hakimin "o videoda sizi görmürük" sualına Elnur Məmmədov "Necə mən yoxam?! Hamını vuran o köynəksiz mənəm dəə" cavabını verib.

Yanvarın 31-də hakim Mirheydər Zeynalovun sədrliyi ilə keçirilmiş prosesdə iş üzrə Elmir İsmayılov, Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və məktəbli M. Ə.-nin vəkilləri müdafiə nitqi ilə çıxış etmişdilər.

Onlar müdafiə etdikləri şəxslərin təqsirsiz olduqlarını, barələrindəki cinayət işinin əsassız və qanunsuz olduğunu vurğulayıblar. Bildiriblər ki, ittiham aktı sübutlar, şahid ifafələri, təqsirləndirilən şəxslərin telefon anten məlumatları ilə məhkəmə araşdırması zamanı tamamilə təkzib olunub. Vəkillər müvəkkilləri barəsində bəraət hökmü çıxarılmasını xahiş ediblər. Bundan sonra müttəhimlər məhkəmədə son söz deyiblər. Elmir İsmayılov bildirib ki, o, özünü ittiham üzrə günahkar saymır: "Bu iş ilk gündən qərəzli aparılıb. Mənim və burada bərabər olduğum şəxslərin heç bir günahı yoxdur. Hamı, siz də möhtərəm hakim bilirsiniz ki, "Sea Breeze"də davanı salan da, bu gün kənarda qalan da Elnur Məmmədov olub. Biz isə günahımız olmaya-olmaya 8 aydır ki, həbsdəyik. Sizdən ədalətli hökm çıxarılmasını, bizə bəraət vermənizi xahiş edirəm".
Peyman Vəlizadə də barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi: "Hörmətli hakim, biz "Sea Breeze"də dava olanda orada olmamışıq. Saatlar sonra ora gəlmişik. Bu, məhkəmədə də təsdiqləndi. 8-9 aydır ki, həbsdəyik, ailəmizdən kənardayıq. Buraxın, gedək işimizlə məşğul olaq. Xahiş edirəm ki, bizə bəraət verəsiniz".

Məhəmməd Həsənzadə son sözündə hakimin dövlət adından çıxaracağı hökmün ədalətli olacağına inandığını dedi: "Möhtərəm hakim, burada günahsızlığım tam aydın oldu. Ona görə də gələcək fəaliyyət istiqamətlərimi dilə gətirirəm. İstəyirəm ki, həm möhtərəm hakim, həm də prokuror 22 yaşlı gənc həmvətənlərinin gələcəyinə biganə qalmasın. Artıq 7 aydan çoxdur ki, həbsdəyəm. Buna görə təhsilim yarımçıq qalıb. Arzum budur ki, iş üzrə mənə bəraət verəsiniz və mən Dövlət İqtisad Universitetinin son kursunu bitirim, hərbi xidmətə gedərək Vətənə olan borcumu ödəyim. Sizdən xahiş edirəm ki, mənə əsassız cəza təyin edərək Vətənə xidmət arzumu gözümdə qoymayın. Çox xahiş edirəm, dövlətimiz adından bəraət hökmü çıxarın. Əmin olun ki, mən aldığım tərbiyə ilə dövlətimizə və vətənimizə o qədər bağlıyam ki, əgər bəraət haqqım olmasaydı, günahım olsaydı, günahımı səmimi etiraf edərək barəmdə humanist qərar verilməsini xahiş edərdim. Lakin bu iş üzrə gedişatdan da göründüyü kimi mənim hər hansı bir günahım yoxdur. Xahiş edirəm ki, bizə ədalətli zəfər bəxş edin. Necə ki, 2-ci Qarabağ savaşında Ali Baş Komandan bizlərə ədalətli zəfər bəxş etdi".

M.Ə də hakimdən xahiş etdi ki, onun məktəbli olmasını, məktəbi bitirib ali məktəbə daxil olmaq arzusunu, günahsızlığını nəzərə alıb barəsində bəraət hökmü çıxarılsın. Bundan sonra proses fevralın 6-na qədər təxirə salınmışdı. Hakim hökmü elan edəcəyini də açıqlamışdı...

Qeyd edək ki, Elnur Məmmədov oliqarx Leysan Məmmədovun oğludur. Leysan Məmmədov 2006-2021-ci illərdə Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan Obyektlərin Müdiriyyətində direktor müavini, direktor, 2021-ci ildən 2022-ci ilin fevral ayına qədər Minatəmizləmə Agentliyində Aparat rəhbəri kimi davam edib. Elnur Məmmədov Leysan Məmmədovun üç övladından biridir. Elnur Məmmədovun qardaşı prokurorluq orqanlarında məsul vəzifədə çalışır, "Sea Breeze"dəki davanın əsas fiqurantı Elnur özü isə Vergilər Xidmətinin inspektoru olub.

Sabunçu məhkəməsində görünməmiş etiraz - hakim "Sea Breeze" işində hökm oxumadı, ara qarışdı -TƏCİLİ XƏBƏR


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 6985   Tarix: 06 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

TOP MP3