Xaricdə təhsil alan daha 95 nəfərin diplomu tanınmayıb

Xaricdə təhsil alan daha 95 nəfərin diplomu tanınmayıbXaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı yanvar ayı üzrə 626 müraciətçinin 531-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 95 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

BiG.AZ APA-ya istinadən xəbər verir ki, təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 76, dövlət nümunəli olmayan diplom üzrə 8, təhsil forması üzrə 4, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 5, bakalavr diplomu üzrə imtina verilməsi səbəbilə 1, tədris yükü üzrə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb:
"Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 186, Rusiya Federasiyasından 171, Türkiyə Respublikasından 149, Gürcüstandan 41, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı 17, İtaliyadan 13, Macaristandan 7, Polşadan 7, Amerika Birləşmiş Ştatlarından 4, İsveçdən 4, Qırğızıstan Respublikasından 4, Çin Xalq Respublikasından 3, Fransadan 3, Qazaxıstan Respublikasından 3, Belarus Respublikasından 2, Əlcəzairdən 2, Almaniyadan 1, Belçikadan 1, Birləşmiş Ərəb Əmirliklərindən 1, Əfqanistandan 1, Estoniyadan 1, İspaniyadan 1, Kiprdən 1, Litvadan 1, Malavidən 1, Pakistan İslam Respublikasından 1 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 63, menecment üzrə 52, iqtisadiyyat üzrə 47, biznesin idarə edilməsi üzrə 37, dövlət və bələdiyyə idarəetməsi üzrə 19 müraciətçi qeydə alınıb".

Agentlikdən bildirilib ki, sənədlərə ortalama baxılma müddəti 12 iş günü təşkil edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 722   Tarix: 08 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

ABŞ Venesuelaya Maduro və həyat yoldaşının vəkillərinin xərclərini ödəməyə icazə verdi

Amerika Birləşmiş Ştatlarının rəhbərliyi Venesuela dövlətinə ölkənin keçmiş prezidenti Nikolas Maduro və onun xanımı Siliya Floresin vəkil xərclərini qarşılamağa razılıq verib. xəbər verir ki, bu barədə Nyu-Yorkun Cənub Dairəsinin federal məhkəməsinə məxsus elektron bazada dərc olunmuş sənəddə qeyd edilib

18:40 174
.

Tramp: ABŞ İrandan yeni təklif alıb

ABŞ Prezidenti Donald Tramp İslamabaddakı görüşün uğursuzluğundan sonra İranın Vaşinqtona yeni təklif verdiyini açıqlayıb. "Report"un məlumatına görə, o, bu barədə Palm-Biçdən Vaşinqtona yola düşməzdən əvvəl jurnalistlərə bildirib. Onun sözlərinə görə, İranın danışıqlarda Amerika tərəfinə təklif

13:00 165
.

DİQQƏT! Aprelin 27-si ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Sabaha gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd olunub ki, aprelin 27-də günün ikinci yarısından 28-i axşamadək güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əlverişsizdir

19:38 154
.

Azərbaycan xalça və xalça məmulatları istehsalını 22 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 15,1 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,6 dəfə çoxdur. Bu il aprelin 1-nə ölkədə 5 min kvadratmetr hazır məhsul ehtiyat

19:00 133
.

Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - VİDEO

Son dövrlərdə xarici ölkə vətəndaşları ilə həmyerlilərimiz arasında evliliklərin sayı artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 48 546 nikaha daxilolma halı qeydə alınıb. Bunlardan 937-si Azərbaycan vətəndaş

18:30 199
.

Azərbaycanda bu qədər şəxs birdəfəlik yardım ALACAQ

Prezident İlham Əliyevin yeni "1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında"

12:20 207
.

Rusiyada dələduzlar pensiyaçı qadından və qızından 40 milyon rubl oğurlayıblar

Rusiyanın paytaxtı Moskvada 80 yaşlı qadın və onun qızı dələduzların qurbanı olublar. Naməlum şəxslər onlardan ümumilikdə 39.7 milyon rubl (təxminən 890 min manat - red.) məbləğində vəsait oğurlayıblar. " "ya istinadən xəbər verir ki, bu barədə Moskva Vilayət Prokurorluğu məlumat yayıb. İdarəni

20:30 110
.

"Son zəng" tədbirlərində QADAĞA

Azərbaycanda "Son zəng" tədbirinin keçirilməsi ilə bağlı bütün məktəblərə təlimat göndərilib. xəbər verir ki, təlimata əsasən, məktəblərdə "Son zəng" tədbirinin təşkil edilməsinə ümumi təhsil müəssisəsinin direktoru rəhbərlik edir, tədbir zamanı, tədbirdən sonra ümumi təhsil müəssisəsind

12:10 220
.

Sibiqa: Azərbaycan Ukraynaya avtobuslar verib və 45 milyon dollarlıq yardım edib

Azərbaycan yerli icmaların ehtiyacları üçün humanitar yardım kimi Ukraynaya beş sərnişin avtobusu verib. "Report" xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa "X" sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, 2022-ci ildən bəri Azərbaycan hücumlar şəraitind

17:00 165
.

TOP MP3