Elşad Qarayevlə Ağadadaş Ağayev arasında nə baş verib: Xalq artisti qadağa qoyub?
"Ağadadaş Ağayev mənə qadağa qoymayıb".
Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Elşad Qarayev Xalq artisti Ağadadaş Ağayevin onu tənqid etməsindən danışarkən deyib. Rəvan Qarayev iradları eşitdikdən sonra Ağadadaş Ağayevə zəng edib:
"Ona zəng etdim, düz bir saat danışdım. Demədi ki, mənim mahnımı oxuma. Mahnının nəqarət yeri var, deyir ki, onu mənim kimi oxusunlar. Buna görə mənə irad tutdu və dedi ki, həmin yeri onun oxuduğu kimi oxuyum. Uzun çəkişmədən sonra barışdıq. Ağadadaş bizim dostumuz və qardaşımızdır, Ağadır da, cəddi köməyimiz olsun".
Sənətçi Ağadadaş Ağayevin bəzi iradlarının haqlı olduğunu vurğulayıb:
"Ağa deyir ki, mahnını dəyişmək olmaz, necə varsa, elə də oxumaq lazımdır. Daha neyləyim, məcbur olub onunla razılaşdım. Dedim Ağa mənim gözüm üstə, sən necə deyirsənsə, elə də oxuyacam. Özün də gəl studiyaya gör necə oxuyuram. Hətta lazım olsa, bir yerdə oxuyaq. Ağa deyir ki, "mənim Elşad Qarayevə ərkim çatır, ona görə demişəm. Amma o birilərinə deyə bilmərəm, lazım gəlsə, onları tənqid də edərəm".
Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayevlə müğənni Elşad Qarayev arasında qalmaqal yaranıb. Buna səbəb "Necə deyim" mahnısıdır. Belə ki, sənətçi onun bu mahnısını ifa edən Elşad Qarayevi tənqid edib:
"Mahnılarımı ifa edirlər, amma elə yanaşmalar var ki... Bəziləri mahnılarımı oxuyur, adlarını çəkməyim. Elə oxuyurlar ki, onların yerinə utanıram. Elşad Qarayev "Necə deyim" mahnımı oxuyub. Mahnını necə dəyişibsə... Şur üstündədir, segaha keçirsən və qayıdırsan şura. O isə başqa nəyəsə keçib. Elə bil gəzməyə gedib, evə qayıda bilməyib. Elşada ərkim çatır deyə, deyirəm. Özünə də demişəm ki, düz oxu. O birilər də eşitsin. Onun reaksiyası mənim üçün önəmli deyil. Mahnı övlad kimidir. Mahnıların sözünü təhrif edirlər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1358 Tarix: 09 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Dağıstanın Sulak qəsəbəsi yaxınlığında, Xəzər dənizində içərisində iki balıqçının olduğu qayıq aşıb. Onlardan birinin cəsədi dərhal tapılmışdı, ikinci şəxsin axtarışları isə dörd gün sonra, bu gün yekunlaşıb. xəbər verir ki, bu barədə regionun Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "İkinci itki
25.10.2026 228 Rusiyada ana müharibədə ölən ərinin sığorta puluna görə doğma qızını qaçırtdı
Başqırdıstanda (Rusiya) 18 yaşlı doğma qızını qaçırmaqda təqsirləndirilən 43 yaşlı qadın və onun əlbir olduğu 32 yaşlı şəxs həbs ediliblər. xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsindən məlumat verilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə oktyabrın 15-i axşam saatlarında Sterlitamakd
25.10.2026 251 Azərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 106 milyon 057 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan həmçini
25.10.2026 188 Yağış, şimşək, şimal-şərq küləyi - Həftənin ilk iş gününün havası
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, şimal-şərq küləyi əsəcəyi ehtimalı var
25.10.2026 247 Yaponiyada 13 minə yaxın sakinə daşqın təhlükəsi ilə əlaqədar təxliyə tövsiyə olunub
Yaponiyanın Xonsyu adasında yerləşən Vakayama prefekturasının hakimiyyət orqanları güclü yağışlar, daşqınlar və torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar təxminən 13 min sakinə təxliyə olunmağı tövsiyə edib. "Report"un Yaponiya İctimai Televiziyasına istinadən verdiyi məlumata görə, tövsiyə il
25.10.2026 130 "Volkswagen" daha 10 mindən çox işçisini ixtisar etməyə hazırlaşır
Almaniyanın "Volkswagen" avtokonserni 2030-cu ilə qədər daha 12 min işçisini ixtisar etmək niyyətindədir. "Report" "Spiegel"ə istinadən xəbər verir ki, şirkət bu barədə Hannoverdə işçilərin nümayəndələri ilə keçirilən görüşdən sonra elan edib. İki il əvvəl, həm əsas brendin
25.10.2026 212 Gürcüstanda məktəbə hücum planlaşdıran yeniyetmələr saxlanılıb
Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbə silahla hücum etməyi planlaşdıran iki yeniyetməni saxlayıblar. "Report" xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb. Prokurorluğun məlumatına görə, saxlanılanlar aprel və mayda sosial şəbəkədə tanış olubla
25.10.2026 159 Bakıda "Turandot" tamaşasının premyerası baş tutub - Foto
Heydər Əliyev Sarayının səhnəsində "Turandot" tamaşasının möhtəşəm premyerası baş tutub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Cakomo Puççininin məşhur operasının yeni tamaşasını sürəkli alqışlarla təqdim edib. Tamaşada dünyaşöhrətli tenor, Azərbaycanın Xalq artisti Yusif Eyvazo
25.10.2026 216 Xəzər dənizindəki adalar materikə birləşdi: Dağıstanın ərazisi genişləndi
Xəzər dənizinin səviyyəsinin azalması nəticəsində Dağıstan Respublikasının faktiki quru sahəsi 2-3 min kvadratkilometr artıb. xəbər verir ki, bu barədə "RİA Novosti"yə coğrafiya elmləri namizədi, geoloq İdris İdrisov məlumat verib. O, bu prosesi suyun geri çəkilməsi və bir sıra adaların materikl
25.10.2026 132