"Xalqımız yüksək inam və etimad göstərərək ölkəmizin qarşıdakı dövrdə yeni uğurlar qazanmasına mandat verdi"

"Xalqımız yüksək inam və etimad göstərərək ölkəmizin qarşıdakı dövrdə yeni uğurlar qazanmasına mandat verdi""Cənab Prezident Milli Məclisdəki çıxışında çox önəmli və əhəmiyyətli məsələlərə aydınlıq gətirdi. Hər zaman olduğu kimi bu dəfə də cənab Prezident çox dərin, konseptual bir çıxış etdi. Azərbaycanın Qarabağ zəfəri, bu zəfərə aparan yol, xalqımızın bu dövrdə nailiyyətləri, eyni zamanda xarici siyasətlə bağlı məsələlərə toxundu. Bununla bərabər gələcək planlar barədə öz fikirlərini açıqladı. Hesab edirəm ki, bu gün Azərbaycan cəmiyyətini düşündürən, narahat edən hər bir məsələyə geniş formada yanaşdı".

Bu sözləri BiG.AZ-a deputat Ceyhun Məmmədov deyib.

O bildirib ki, biz müqayisə apardıqda 20 il bundan əvvəlki Azərbaycana baxdıqda, Azərbaycan hansı vəziyyətdə idi? 20 faiz torpağı işğal altında olan, 1 milyon vətəndaşı köçgün düşmüş Azəərbaycan. O Azərbaycan ki, ona deyilirdi sən müharibə edə bilməzsən, sən işğalla barışmalısan. Bir neçə dövlət istisna olmaqla, bütün dünya Ermənistanın yanında idi.
Bu gün sözün əsl mənasında cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan bir möcüzə yaradıb. Heç kəsin ağlına gəlməzdi ki, Azərbaycan bu qədər inkişaf edə bilər, böyük uğurlara imza atardı. Uğurlarımızdan daışarkən Azərbaycan ordusunun dünyanın 60 ən güclü ordusu sırasındad olmasını böyük fəxrlə qeyd etmək lazımdır.

"İllər öncə kimlər düşünə bilərdi ki, biz Xankəndini azad edəcəyik? Kimlər güman edə bilərdi ki,həmin o terror yuvasında, Azərbaycan əleyhinə planlar qurulan o yuvada azərbaycan Prezidenti səs verəcək? Azərbaycan heç bir zaman olmadığı qədər ərazilərinə nəzarət edəcək?
Azərbaycan uzun müddət böyük səbr və təmkinlə Ermənistanın işğal etdiyi torpaqlarımızdan nə vaxt əl çəkəcəyini gözlədi. Ancaq təəssüflər olsun ki, Ermənistan bu çirkin əməlindən imtina etmədi və danışıqlar prosesini uzatmağa çalışdı. Belə olan halda Azərbaycanın müharibədən başqa çıxış yolu yox idi. Azərbaycan öz torpaqlarını müharibə yolu ilə azad etməli idi.
Ermənistan-Azərbaycan münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalı idi. Heç vaxt Azərbaycan xalqı öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdi. Bu həm də onu göstərir ki, qərb dövlətləri hər zaman olduğu kimi bu gün də imutasiya ilə məşğuldular. Tarixi saxtalaşdırmaqla məğuldular və daha çox təxribat törətmək barədə düşünürlər. Burada Ermənistan qədər də Qərb dövlətləri məsuliyyət daşıyırlar. Qətnamənin icrası üçün heç bir addım atılmadı, heç bir real tədbir görülmədi və Ermənistana sanksiya tətbiq edilmədi. Əlbətdə ki, Ermənistan bundan istifadə edərək yenə də yeni təxribatlar, yeni işğallar barədə düşünməyə davam edir.
Onlar düşünürdülər ki, zamanında Xankəndini, Zəngəzuru bizdən aldılar və indi də Qarabağı bizdən alacaqlar, Azərbaycan xalqı bu tarixi unudacaq. Amma proseslər onu göstərdi ki, Azərbaycan bu tarixi unutmayıb və unutmaq niyyətində də deyil. Əlbətdə ki, Ermənistan sülh barəsində düşünsəydi, torpaqları öz xoşları ilə geri qaytarsaydı, Azərbaycana qarşı təxribatlara davam etməsəydi proses bu qədər uzanmazdı və Ermənistanın bu qədər itkisi olmazdı. Bunu etmədiklərinə görə də bunun əziyyətini çəkməli oldular. Bütün hallarda Azərbaycan üzərinə düşəni edib, edir və edəcək. Bu prosesdə ən çox itirən yenə də Ermənistan özü olacaq.
Cənab Prezidentin xüsusilə də gənc nəslin milli-mənəvi dəyərlərimizə sadiq böyüməsi məsələsi də əsas məsələlər sırasında idi. Bu gün heç şübhəsiz ki, gənclərin formalaşmasında həm məktəblərimiz, həm də ailələrimiz ciddi rol oynayır. Təəssüf ki, bu gün dünyada çox ciddi proseslər gedir. Ailə dəyərlərinin sarsıldılması, tərbiyyə sisteminin pozulmaması üçün müxtəlif qurumlar və müxtəlif təşkilatlar tərəfindən ciddi iş aparılır. Bu gün, xüsusilə də gənclərin milli-mənəvi dəyərlərdən uzaqlaşması, öz soyundan, kökündən soyuması istiqamətində də biz səyləri görürük. Eyni zamanda zərərli dini cərəyanların təriqətlərin təbliği istiqamətində də addımlar çox düşündürücüdür və biz bunu açıq aydın görürük. Hesab edirəm biz ailə dəyərlərinə xüsusi önəm verməliyik.
Bu gün təəssüf ki, Azərbaycan cəmiyyətində boşanmaların sayının sürətlə artmasının şahidi oluruq. Ona görə də biz ailə dəyərlərinin qorunması üçün ciddi çalışmalıyıq. Bu istiqamətdə ciddi təbliğat, maarifləndirmə işləri aparılmalıdır. Bu çox önəmli bir məsələdir və eyni zamanda məktəblərimizin də üzərinə xüsusi vəzifə düşür. Məktəbin işi yalnız əlifba öyrətmək, təhsil vermək deyil. Eyni zamanda məktəbin işi, funksiyası gənclərin sağlam ruhda, sağlam düşüncədə, sağlam təfəkkürdə yetişməsində həm də tövhə verməkdir.
Bunun üçün Elm və Təhsil nazirliyi ciddi addımlar atmalıdır. Eyni zamanda Ailə Qadın Uşaq Komitəsi də konkret proqram işləyib, həm ailə dəyərlərimizin qorunması, həm də məktəblərdə təlim-tərbiyə işinin ən yüksək səviyyədə qurulması üçün real addımlar atmalıdır. Çünki bu gün dünyada gedən proseslər fonunda milli mənəvi dəyərlərə bağlılıq, öz kökünə, soyuna bağlılıq xüsusi önəm daşıyan məsələdir. O mənada bu gün bizim qarşımızda çox mühim tarixi bir vəzifə durur. Bu tarixi vəzifəni biz yerinə yetirmək üçün ciddi çalışıb, real addımlar atmalıyıq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 719   Tarix: 19 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Onların pensiyası sabit əlavələrlə ARTIRILACAQ

"Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. Qaydalara əsasən, bəzi vətəndaşlarımızı

00:18 338
.

Yağış, şimşək, şimal-şərq küləyi - Həftənin ilk iş gününün havası

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, şimal-şərq küləyi əsəcəyi ehtimalı var

13:15 218
.

Polşa ABŞ hərbi bazasının tikintisinə 3,8 milyard dollar ayırmağı planlaşdırır

Polşa öz ərazisində daimi ABŞ hərbi bazasının tikintisinə təxminən 15 milyard zlotı (3,8 milyard dollar) sərmayə qoymaq niyyətindədir. "Report" "WNP.pl" portalına istinadən xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib. "Biz hazırıq

18:20 0
.

Tramp saxta addan istifadəyə görə konqresmeni istefaya çağırdı

ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasından olan konqresmen İlhan Omardan dərhal istefa verməsini tələb edib. xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib. "Konqresdə and içərkən saxta addan istifadə etdiyinə görə hesab edirəm ki, o, dərha

15:10 163
.

"Volkswagen" daha 10 mindən çox işçisini ixtisar etməyə hazırlaşır

Almaniyanın "Volkswagen" avtokonserni 2030-cu ilə qədər daha 12 min işçisini ixtisar etmək niyyətindədir. "Report" "Spiegel"ə istinadən xəbər verir ki, şirkət bu barədə Hannoverdə işçilərin nümayəndələri ilə keçirilən görüşdən sonra elan edib. İki il əvvəl, həm əsas brendin

12:20 192
.

Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR

Azərbaycanda təcili və ya kiçikhəcmli maliyyə ehtiyaclarını qarşılamaq üçün banklarla yanaşı Bank Olmayan Kredit Təşkilatları (BOKT) da müxtəlif minimum limitlərdə kredit imkanları təqdim edir. BİG.AZ yenisabah-a istinadən xəbər verir ki, bu təşkilatlar təklif etdikləri minimum məbləğlərə, rəsmiləşdirm

00:24 386
.

Sovetdən qalma binalarla bağlı MÜHÜM QƏRAR - sakinləri nə gözləyir?

Azərbaycanda sovet dövründən qalma binaların enerji səmərəliliyinin artırılması üçün yeni tələblərin tətbiqi nəzərdə tutulur. Uzunmüddətli aşağıkarbonlu inkişaf strategiyasına əsasən, 2060-cı ilə qədər həm mövcud, həm də yeni binaların optimal istilik izolyasiyasına malik olması gözlənilir. Bu prose

00:30 435
.

Bu şəxslərə pulsuz TORPAQ VERİLƏCƏK

Azərbaycan Respublikasında torpaq sahələrinin mülkiyyətə veriliməsi, bir qayda olaraq, hərrac, müsabiqə və ya ödənişli özgəninkiləşdirmə yolu ilə həyata keçirilir. Lakin qanunvericilikdə (Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və müvafiq normative-hüquqi aktlar

00:19 380
.

"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"

Böyük Britaniya hökuməti vətəndaşları mümkün milli böhranlara hazır olmağa çağırıb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni maarifləndirmə kampaniyası çərçivəsində insanlara evdə ən azı üç günlük su və ərzaq ehtiyatı saxlamaq, eləcə də, elektron ödəniş sistemlərinin sıradan çıxmas

00:25 364
.