Şəhid ailələri və qazilər üçün ictimai nəqliyyat PULSUZ OLUR?
Bu gün təklif olunan məsələlərdən biri də qazi və şəhid ailələrin ictimai nəqliyyatdan pulsuz istifadə etməsidir. Şəhid və qazi ailələri ictimai nəqliyyatdan pulsuz istifadə edə bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, bununla bağlı bir neçə dəfə təkliflər səsləndirilib:
"Bu gün əldə etdiyimiz möhtəşəm zəfərləri Ali Baş Komandana və Azərbaycanın mərd oğullarına borcluyuq. Şəhid və qazi ailələri üçün ictimai nəqliyyatın pulsuz olması ciddi məsələdir və bu məsələni yenidən gündəmə gətirərək müzakirə etmək olar. Bununla bağlı ilk olaraq konkret siyahı hazırlanmaldır və elə sistem yaratmalıyıq ki, bütün regionlar üçün də keçərli olsun. Düşünürəm ki, ictimai nəqliyyatın pulsuz olması qazi və şəhid ailələri üçün də dəstək olar. Çünki ay ərzində ictimai nəqliyyata xərclənən pulu hesablayanda kifayyət qədər böyük məbləğ edir. Əlbəttə, burada datasiya məsələsi ortaya çıxır. Amma istənilən halda bununla bağlı müvafiq dövlət qurumlarının öz təkliflərini verməsi vacibdir".
Deputat vurğulayıb ki, bu gün daha çox diqqət göstərilən kateqoriya şəhid ailələri və qazilərimizdir.
"Dövlət bunun üçün lazım olan bütün addımları atır. Bu gün şəhid ailələri, müharibə veteranlarına və qazilərə dövlətin maddi dəstəyi ilə yanaşı, mənəvi dəstəyi də ən yüksək səviyyədədir. Dövlət tərəfindən şəhid və qazi ailələrin sosial vəziyyəti daim nəzarətdə saxlanılır. Bilirsiniz ki, cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanim Əliyeva tez-tez şəhid ailələri, müharibə iştirakçıları, müharibə əlilləri ilə daim görüşür, onların sosial problemləri ilə maraqlanırlar.Xüsusilə İkinci Qarabağ müharibəsindən sonra bu həssas kateqoriyadan olan vətəndaşlarımızın işlə təmin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə cənab Prezident tərəfindən göstəriş verilib. Onların müalicəsi ən yüksək səviyyədə həyata keçirilir. Müharibə zamanı əlini, qolunu, ayağını itirmiş qazilərimiz ən müasir protezlərlə təmin olunurlar. Ölkəmizdə müalicəsi mümkün olmayan qazilərimiz dövlətimiz tərəfindən digər ölkələrdə müalicə olunaraq Vətənə qayıdırlar.
Düşünürəm ki, bu həssas kateqoriyadan olan vətəndaşlarımıza göstərilən diqqət və qayğı günbəgün artırılacaq. Çünki biz bugünkü möhtəşəm qələbə sevincini şəhidlərimizə və ərazi bütövlüyümüz uğrunda sağlamlıqlarını itirən qazilərimizə borcluyuq. Məhz onların sayəsində biz 30 ildir ki, həsrətində olduğumuz Xankəndimizdə, Şuşamızda və digər işğaldan azad olunan torpaqlarımızda şanlı üçrəngli bayrağımız dalğalanır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1130 Tarix: 19 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşOnların pensiyası sabit əlavələrlə ARTIRILACAQ
"Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. Qaydalara əsasən, bəzi vətəndaşlarımızı
00:18 338 Yağış, şimşək, şimal-şərq küləyi - Həftənin ilk iş gününün havası
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, şimal-şərq küləyi əsəcəyi ehtimalı var
13:15 218 Polşa ABŞ hərbi bazasının tikintisinə 3,8 milyard dollar ayırmağı planlaşdırır
Polşa öz ərazisində daimi ABŞ hərbi bazasının tikintisinə təxminən 15 milyard zlotı (3,8 milyard dollar) sərmayə qoymaq niyyətindədir. "Report" "WNP.pl" portalına istinadən xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib. "Biz hazırıq
18:20 0 Tramp saxta addan istifadəyə görə konqresmeni istefaya çağırdı
ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasından olan konqresmen İlhan Omardan dərhal istefa verməsini tələb edib. xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib. "Konqresdə and içərkən saxta addan istifadə etdiyinə görə hesab edirəm ki, o, dərha
15:10 163 "Volkswagen" daha 10 mindən çox işçisini ixtisar etməyə hazırlaşır
Almaniyanın "Volkswagen" avtokonserni 2030-cu ilə qədər daha 12 min işçisini ixtisar etmək niyyətindədir. "Report" "Spiegel"ə istinadən xəbər verir ki, şirkət bu barədə Hannoverdə işçilərin nümayəndələri ilə keçirilən görüşdən sonra elan edib. İki il əvvəl, həm əsas brendin
12:20 192 Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR
Azərbaycanda təcili və ya kiçikhəcmli maliyyə ehtiyaclarını qarşılamaq üçün banklarla yanaşı Bank Olmayan Kredit Təşkilatları (BOKT) da müxtəlif minimum limitlərdə kredit imkanları təqdim edir. BİG.AZ yenisabah-a istinadən xəbər verir ki, bu təşkilatlar təklif etdikləri minimum məbləğlərə, rəsmiləşdirm
00:24 386 Sovetdən qalma binalarla bağlı MÜHÜM QƏRAR - sakinləri nə gözləyir?
Azərbaycanda sovet dövründən qalma binaların enerji səmərəliliyinin artırılması üçün yeni tələblərin tətbiqi nəzərdə tutulur. Uzunmüddətli aşağıkarbonlu inkişaf strategiyasına əsasən, 2060-cı ilə qədər həm mövcud, həm də yeni binaların optimal istilik izolyasiyasına malik olması gözlənilir. Bu prose
00:30 435 Bu şəxslərə pulsuz TORPAQ VERİLƏCƏK
Azərbaycan Respublikasında torpaq sahələrinin mülkiyyətə veriliməsi, bir qayda olaraq, hərrac, müsabiqə və ya ödənişli özgəninkiləşdirmə yolu ilə həyata keçirilir. Lakin qanunvericilikdə (Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və müvafiq normative-hüquqi aktlar
00:19 380 "Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"
Böyük Britaniya hökuməti vətəndaşları mümkün milli böhranlara hazır olmağa çağırıb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni maarifləndirmə kampaniyası çərçivəsində insanlara evdə ən azı üç günlük su və ərzaq ehtiyatı saxlamaq, eləcə də, elektron ödəniş sistemlərinin sıradan çıxmas
00:25 364