Xocalı sakini: "Əmimin oğlunun ağzını kəlbətinlə parçalayıb dişlərini çıxarıblar" - MÜSAHİBƏ

Xocalı sakini: "Əmimin oğlunun ağzını kəlbətinlə parçalayıb dişlərini çıxarıblar" - MÜSAHİBƏ"Erməni quldurlar hamını məhv edir, sonra kimin pulu, qiymətli zinət əşyaları vardısa, götürürdülər. Onlar qadınların üzüklərini, sırğalarını çıxara bilmədikdə qulaqları, barmaqları ilə birlikdə kəsib götürürdülər. Alınlarının dərisini soyurdular. Ermənilər deyirdilər ki, guya xocalılara çıxmağa dəhliz veriblər. Onlar Xocalı rayonunun Naxçıvanlı kəndinin yolunu koridor adlandırırdılar. Bu koridor "Ölüm koridoru" idi".

Bunu Oxu.Az-a müsahibəsində Xocalı sakini, I Qarabağ müharibəsi veteranı, Azərbaycan Tibb Universitetinin professoru, rektorun müşaviri Mübariz Allahverdiyev bildirib.

Qısa arayış:

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum ediblər. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.

Erməni təcavüzkarların Azərbaycan xalqına qarşı törətdikləri növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. Səkkiz ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə "Ana harayı" adlı abidə ucaldılıb.

- Mübariz həkim, Xocalı xatirələrinizdə necə qalıb?

- Ermənilər Xocalının tarixinin qədimliyini yaxşı bilirdilər və onun özünü də sakinləri ilə birlikdə soyqırımına uğradıb, tarixin səhifələrindən tamam silib, yox etməyə çalışırdılar. Ermənilər Xocalının, Qarabağın tarixinə aid sənədlərini dünya arxivlərindən yığıb, bir hissəsini tamam məhv edib, digər hissəsini İrəvandakı Matenadaran adlanan əlyazmaları arxivində gizlədiblər. Ən çox xatırladığım Xocalının qəhrəman şəhər kimi şöhrət qazanmasıdır.

1988-ci ilin fevral ayında Xankəndidə başlanan "miatsum" (Ermənistana birləşmə) şüarları altında keçirilən mitinqlər zamanı Xocalı onların birləşmiş qüvvələrinə qarşı ciddi müqavimət göstərir, əsl qəhrəmanlıqlar nümayiş etdirirdi. Qanlı Xocalı günləri son 1988-92-ci illərdə iki dəfə olub. Bunlardan biri 1988-ci il sentyabrın 18-də, ikincisi isə 1992-ci il fevralın 25-dən 26-na keçən gecədə baş verib. 1988-ci il sentyabrın 18-də Xocalının Qaçqınlar bölgəsində toy məclisi qurulmuşdu.

Lakin günorta vaxtı öz maşınında Ağdamdan Şuşaya getmək istəyən bir sürücü xocalılara xəbər çatdırdı ki, Xankəndidə mitinqdən çıxmış beş minə yaxın nümayişçi Xocalını yandırmağa, onları qırmağa gəlir, toyu dayandırıb, hazırlaşsınlar. Bu xəbər Xocalının hər üç bölgəsinə - yerli Xocalı, Qala Dərəsi və Qaçqınlar bölgəsinə ildırım sürətlə yayıldı.

- Bəs sonra nə oldu?

- Həmin vaxt Xocalıda icra başçısı Elman Məmmədov, Maarif Şöbəsinin müdiri Murad Şükürov, xəstəxananın baş həkimi, qardaşım Eldəniz Allahverdiyev, toxuculuq fabrikinin direktoru Yavər Əzimov və orta məktəbin müəllimi Ələsgər Novruzovdan ibarət komitə yaradıldı.

Hər kəs ov tüfəngləri ilə Xocalı aeroportundan bir az aşağıda, Qaçqınlar bölgəsinə toplaşdı. Ermənilər kəndə girərkən iki evi və böyük ot tayasını yandırdılar. Daha sonra belə yanğınların miqyasını genişləndirməyə çalışdılar. Ermənilərdə odlu silahlar var idi və ona görə də hələ açıq əlbəyaxa döyüşə başlamaq çox təhlükəli idi. İrəvandan gəlmiş 100 nəfərə yaxın ağ geyimli, saqqallı erməni nümayişçilərin önündə gedirdi.

Onlardan da qabaqda içi silahlarla, yanacaqla, partlayıcı maddələrlə dolu olan iri "KamAZ" maşını irəliləyirdi. Maşın mərkəzə yaxınlaşdıqca təhlükə artırdı. Bu zaman Yavər Əzimov heç kimin gözləmədiyi halda sürətlə "KamAZ"a yaxınlaşıb, əlindəki ov tüfənginin qundağı ilə maşının kabinəsinin şüşəsini sındırıb, sürücünü dartıb yerə saldı. Yalnız bundan sonra əlbəyaxa döyüşə şərait yarandı. Xocalılar bu qeyri-bərabər döyüşdə əsl qəhrəmanlıq nümunəsi göstərərək, erməni faşistlərə qalib gəliblər.

Qalanları Xankəndi tərəfə qaçmağa başladılar. Bu, Xocalının ermənilər üzərində ilk böyük qələbəsi idi.

Elə həmin günün axşamı Moskva televiziyasında çıxış edən erməni deputatlar guya Xocalı sakinlərinin Xankəndiyə hücum edib, orada 70 nəfər ermənini qırması barədə danışdılar. Xocalı rəhbərliyi həmin gecə Yavəri və bir neçə tanınan fəalı gizli yollarla Ağdama keçirdi və bir müddət orada qalmalarına şərait yaratdı.

Səhəri gün isə tezdən oradakı sovet hərbçiləri tanklarla Xocalının küçələrinə doldular. Onlar Yavərin və digər fəalların axtarışına başladılar. Əlbəyaxa döyüşdə iştirak etməyən bir neçə Xocalı sakinini Şuşa həbsxanasına apardılar. Amma erməniyə deyən olmadı ki, sən niyə Xocalıya hücum etdin? Əsgərlər hadisəni törədənləri tutmaq əvəzinə, günahsızları günahlandırırdılar.

Daha sonra rəhbərlikdən Həsən Həsənov vertolyotla Xocalıya gəldi və təklif etdi ki, Xocalıdan çıxın, ermənilər sizi qıracaqlar. Ancaq Xocalıda ona: "Biz Xocalıdan çıxmayacağıq, ölsək də, burada öləcəyik!" - cavabı verildi. Xocalı sakinləri əgər oranı tərk etsəydilər, bu, Vətənə xəyanət kimi dəyərləndirilərdi. Xocalı sakinləri dörd ildən artıq bir müddətdə ermənilərin blokadasında qazsız, işıqsız, qidasız qalsalar da, dözdülər.

- Qanlı Xocalı günündən danışmağınızı istərdik.

- 1992-ci il fevralın 25-dən 26-na keçən gecədə cəmi bir neçə saat ərzində 613 nəfər dinc sakin qətlə yetirilib. Bu vaxta qədər dünyanın heç bir yerində dinc əhaliyə - qocalara, qadınlara, köməksiz körpə uşaqlara qarşı bu dərəcədə vəhşilik göstərilməyib.

Soyqırımından sonra Ağdamın baş həkimi Tariyel Eyvazov məscidin yaxınlığında yaralılara yardım etmək üçün hospital açmışdı. Adamların əl-ayaqlarını don vurmuşdu. Ağdam rayonunun Abdal-Gülablı kəndində şəhid olan 613 nəfər isə yük maşınlarında Ağdam məscidinə daşınırdı. Ayın 26-da günorta radioda dedilər ki, Xocalıda cəmi üç nəfər ölüb, düşmən guya geri oturdulub... Mən də qardaşımla birlikdə şəhidləri və yaralıları Qaraqaya tərəfdən daşımaqla məşğul idik.

Həmin gecə qatarla Bakıya qayıtdım. O vaxt mobil telefon yox idi. Azərbaycan Tibb Universitetinin rektoru Yaqub Məmmədovu tapıb: "Ağdamda radioda eşitdim ki, guya Xocalıda üç nəfər ölüb. Bu, yalandır. Meyitləri yük maşınlarına yükləyib, məscidə daşıyırlar. Ölən və yaralananların sayı minlərlədir. Ölkədə matəm elan olunsun", - dedim. Səhəri gün üç günlük matəm elan olundu.
Mən həmin gün Bakıda Təzəpir məscidində də oldum. Ağdamda kəfənlik və digər lazımi əşyaların çatışmadığını bildirdim. Daha sonra ləvazimatlar çatdırıldı. Ağdamda bir neçə sutka meşədə qalıb, yol tapmayanlar tək-tək gəlirdilər. Şəhidlərin bir neçəsi, o cümlədən, naməlum qız uşağının meyiti Bakıdakı Şəhidlər xiyabanında dəfn edildi. Əksəriyyəti Ağdamda, Uzundərədə, yolun qırağında müvəqqəti torpağa tapşırıldı ki, sonra onlar aparıb, Xocalıda dəfn edək. Təəssüf ki, Ağdam işğaldan azad edildikdən sonra gedib gördük ki, ermənilər həmin yerdəki qəbirləri tamamilə dağıdıblar.

- Sizin qohumlarınızdan da əsir götürmüşdülər?

- Əvvəla, demək istəyirəm ki, Xocalı soyqırımında şəhid olan 613 nəfər və əsir götürülənləri heç kimdən seçmirəm və hamını yaxın hesab edirəm. Xalam və həyat yoldaşı, oğlu Araz və qohumları əsir götürülüblər. Onların əksəriyyətini Əsgəranda işgəncələrlə, xalamın gözü önündə qətlə yetiriblər. Xalama da bildiriblər ki, ona görə belə ediblər ki, gedib bir ölü kimi yaşasın. Bədəni qəlpələrlə dolu olan qızı ilə birlikdə qaldı. Amma o hadisədən sonra çox yaşamadı.

Əmimin, onun oğlunun və nəvəsinin isə nə qəbirləri, nə də soraqları var. Eyni zamanda, xalam qızı, həyat yoldaşı və iki qızı da Naxçıvanlı düzəngahında, kolun dibində tək qalıblar, ayaqlarını don vurub. Onların qızı Sevinc bir neçə aydan sonra Milli Qəhrəman Allahverdi Bağırovun köməkliyi ilə Əsgəranda dəyişdirilən əsirlər sırasında olub. Digər qızı Elnarədən isə bu vaxta qədər heç bir xəbər yoxdur...

Bir neçə qohumumuz əsirlikdə işgəncələrlə öldürülüb. Mənim həyat yoldaşımın xalası oğlunun isə bütöv ailəsi şəhid olub. Eyni zamanda, xanımımın bibisi oğlu da uşaqları ilə birlikdə şəhid olub. Ailədən yalnız bir nəfər - Mehdi isə A.Bağırovun köməkliyi ilə dəyişdirilib. Hazırda Mehdi böyüyüb və polis sistemində çalışır.

Orada əl-qolları məftillə sarınıb, lüt soyundurularaq yük maşınına uzadılıb, armatur parçası ilə döyülərək öldürülən qohumlarımız da var. Əsirlikdə hər gün dözülməz işgəncələr verilənlər olub. Əmimin oğlanları - Mirzə və Elşən Allahverdiyevlər əsirlikdə saxlanılıblar. Mirzənin dişlərinin əksəriyyəti qızıl qalpaq olub.

Onun ağzını kəlbətinlə parçalayıb dişlərini çıxarıblar. Eyni zamanda, onun və qardaşının əl-ayaq barmaqlarının dırnaqlarını çıxarıblar. Ağrının şiddətindən onlar huşlarını itiriblər. Onları ölmüş bilib pəncərədən digər meyitlərin üstünə atıblar. Allahverdi Bağırov meyitləri dəyişdikdə onlarda həyat əlamətinin olduğunu və ölmədiklərini görüb. Hazırda onlar Ağcakənddə yaşayırlar.

- Sizin bacınız Yaqut Allahverdiyeva hadisələr baş verən vaxt Xankəndidə həkim işləyirdi. Xocalı hadisəsində qayıtdı? Necə xilas oldunuz?

- 1988-ci ilin mart ayına qədər kiçik bacım Yaqut Xankəndi xəstəxanasında mama-ginekoloq vəzifəsində, qardaşım Eldəniz əvvəl Əsgəranda poliklinikada həkim-terapevt, sonra Şuşada Təcili Tibbi Yardım Stansiyasında həkim-terapevt işləyiblər. Eldəniz 1990-cı ildən etibarən Xocalıda yenicə inşasına başlanılan xəstəxananın baş həkimi vəzifəsinə təyin edilib. Bacım 1988-ci ilin fevral ayında ermənilərin haqsız hücumuna məruz qalıb.

Belə ki, qadın baş həkim onun saçından tutub, divara çırparaq deyib ki, Sumqayıtda öldürülən ermənilərin acığını ondan çıxacaqlar. Bacım Sumqayıtdakı erməniləri azərbaycanlıların yox, erməni Eduard Qriqoryanın öldürdüyünü deyib. Ermənilər onu daha işə buraxmayıblar. Yaqut blokada illərinin bütün çətinliklərindən keçib və xəstələri müalicə edib. Xocalı soyqırımından sonra ayaqlarını don vurub, bir müddət müalicə aldı, II qrup əlil olub.

- Yaralılara qardaşınız Eldəniz və Bakıdan gələn Naim həkim kömək ediblər. Bəs Naim həkim necə oldu ki, vəfat etdi?

- Xocalı xəstəxanası 1992-ci ilin əvvəllərində tikilib hazır olsa da, avadanlıqlarla təchiz olunmadı. Çünki yollar bağlandı, Xocalı tam blokada şəraitinə düşdü. Eldəniz, Məmməd həkim Xocalıda Yavərin atası Kazım kişinin tikdirdiyi möhkəm bünövrəli beton qarajda yaralıları, xəstələri qəbul edirdilər.

1991-ci ilin sonlarında yaralılar çoxalmışdı və xəstələrə tam cərrahi yardım etmək mümkün olmurdu. Eldəniz həkim o zaman səhiyyə naziri olan Rahim Hüseynova zəng elədi ki, cərrahsız keçinmək olmur, güllə, qəlpə yarası alanlar çoxdur, xahiş etdi ki, Xocalıya bir həkim-cərrah göndərsinlər.

Onda cərrah Naim Əlikişibəyov Xocalıya getməyə razılıq verib. Ancaq onu qardaşım özü Bakıdan aparmalı imiş. Eldəniz həkim çətinliklə postlardan keçib, Bakıya gedib və 1991-ci ilin son günlərində Naim həkimlə birlikdə Gəncəyə gəlib. Ağdamdan sonra yollar bağlı idi və postlardan keçmək mümkün deyildi.

Eldəniz həkim Gəncədə xahiş edib ki, onlara bir vertolyot versinlər. Heç kim getmək istəməyib. Bakı-Şuşa vertolyotu 1991-ci ilin noyabr ayında partladılandan sonra heç kim havaya qalxmaq istəmirdi. Nəhayət, bir nəfər razılıq verib və gecə onları Xocalıya aparıb.

Əsgəranın səmasında onlara atəş açsalar da, xoşbəxtlikdən, vertolyot partlamayıb və onlar Xocalıya çatıblar. Naim həkim xəstəxana əvəzinə qaraj görəndə heyrətlənib. Qarajda nə narkoz, nə də cərrahi alətlər var idi. Naim və Eldəniz həkim birlikdə əməliyyatı yerinə yetirir, Məmməd və Səadət həkim isə venadaxili sistem köçürürdülər. Onlar qəhrəmanlıq göstəriblər. Çünki dünyanın heç yerində dözülməz şəraitdə belə mürəkkəb cərrahi əməliyyat aparılmayıb.

Naim həkim Bakıya qayıdıb, yaralılardan birini təkrar əməliyyat edib, onun əsl xilaskarına çevrilib. Lakin Naim həkim özü Xocalıda əməliyyat zamanı yaşadığı stresdən sonra ürəyi qəfil dayanıb.

- Xocalıların qətlə yetirildikləri, amansızcasına məhv edildiyi yer Naxçıvanlı idi...

- Ermənilər Xocalı soyqırımından salamat çıxanların yolunu Naxçıvanlıda kəsmişdilər. Əsgəran-Ağdam şose yolu bağlı olduğu üçün Xocalı soyqırımından salamat çıxa bilənlər əvvəl buz bağlamış Qarqar çayını, Kətik meşəsindən keçib Naxçıvanlı düzənliyini keçib Ağdama çatmalı idilər. Ermənilər sağ qalanların yeganə bu yolla gedəcəklərini bilirdilər və orada pusqu qurmuşdular. Əsas qırğınlar Naxçıvanlıda törədildi. 1966-67-ci illərdə baş həkim işlədiyim Naxçıvanlı kəndində erməni uşaqları, qocaları ölümdən qurtarıb, onlara həyat bəxş etmişdim.

1992-ci ildə isə mənim Xocalımın körpə balaları, qadınları, qocaları, cavanları Naxçıvanlıda soyqırımına məruz qaldılar. Naxçıvanlı yaxınlığında bir dəstə qadınlarla birlikdə 13 yeniyetməyə işgəncə verib onları güllələdi. Erməni quldurlar hamını məhv edir, sonra kimin pulu, qiymətli zinət əşyaları vardısa, götürürdülər. Onlar qadınların üzüklərinı, sırğalarını çıxara bilmədikdə qulaqları, barmaqları ilə birlikdə kəsib götürürdülər.

Alınlarının dərisini soyurdular. Ermənilər deyirdilər ki, guya xocalılara çıxmağa dəhliz vermişdilər. Onlar Xocalı rayonunun Naxçıvanlı kəndinin yolunu koridor adlandırırdılar. Bu koridor "Ölüm koridoru" idi. Bu, koridordan sağ çıxmaq isə mümkün deyildi...


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 841   Tarix: 25 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycan duz istehsalını 18 % artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 26 min 837 ton duz istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33 % çoxdur. Təkcə martda isə ölkədə 8 min 357 ton duz istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 18 % çoxdur

25.04.2026 166
.

Bu şəxslərə 2750 manat VERİLƏCƏK - SƏRƏNCAM

1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununl

25.04.2026 296
.

Azərbaycan QHT-lərindən Nyu-York merinə açıq məktub: "Milyonlarla insanın hisslərinə toxunmusunuz"

Azərbaycanın bir qrup QHT nümayəndəsi "X" platformasında 1915-ci il qondarma erməni soyqırımı, həmçinin 2020-2023-cü illərdə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək səyləri barədə həqiqətdən uzaq fikirlər səsləndirmiş Nyu-York şəhərinin meri Zohran Kvame Mamdaniyə açı

25.04.2026 146
.

Azərbaycanda toylarla bağlı qadağalar gəlir?

Toy büsatı qurmaq, şadlıq etmək artıq ailə qurmağın sevincini bölüşməkdən çox, ağır maliyyə sınağına çevrilib. Bir zamanlar mənəvi dəyərlər üzərində qurulan bu mərasimlər indi daha çox kimin daha dəbdəbəli şou göstərəcəyi yarışını xatırladır. Məsələ ilə bağlı -a açıqlama verən sosioloq Elçin Bayraml

00:25 113
.

Şəkidə yük avtomobili yanıb

Şəkidə yük avtomobili yanıb. "Report" un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Şəkinin Vərəzət kəndi ərazisində baş verib. Bakı şəhər sakini, 33 yaşlı Mövlud Nəsibova məxsus "Mercedes" markalı yük avtomobili hərəkətdə olarkən qəfil alovlanıb. Hadis

25.04.2026 170
.

Ötən gün qanunsuz saxlanılan 3 tapança, 5 tüfəng aşkarlanıb

Ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 tapança, 5 tüfəng, 3 patron darağı və 21 patron aşkar edərək götürüblər. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşka

25.04.2026 139
.

"Bədbəxt deyiləm, onlarla hər gün danışıram" - Röyanın keçmiş əri

"Üç evlilikdən heç birini uğurlu hesab etmirəm". Bunu Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov AStar yutub layihəsinə müsahibəsində deyib. O, bildirib ki, övladları ilə hər gün telefon əlaqəsi saxlayır: "Övladlarımla danışıram, balacalarla həftədə bir dəfə danışıram

25.04.2026 227
.

Keçid balları ENƏCƏK - Abituriyentlərə ŞAD XƏBƏR

"Bu il ali təhsil müəssisələrinə qəbulda keçid ballarının enməsi gözlənilir". xəbər verir ki, bu sözləri Bizim.Media-ya açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib. Belə ki, yaxın günlərdə elan olunan I zona üzrə 11-ci sinif buraxılış imtahanının nəticələrindən danışan ekspert imtahanı

00:28 113
.

Bakıda fəhlə faciəvi şəkildə ÖLDÜ

Bakıda fəhlə hündürlükdən yıxılaraq ölüb. xəbər verir ki, Sabunçu rayonu Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini - 1962-ci il təvəllüdlü Kazım Qubad oğlu Baxışev fəhlə işlədiyi evin ikinci mərtəbəsindən yerə yıxılaraq ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır

25.04.2026 146
.

TOP MP3