Ali təhsillilərin əsgərlik müddəti azaldıla bilər - SƏBƏB

Ali təhsillilərin əsgərlik müddəti azaldıla bilər - SƏBƏBSon illərdə bir sıra ölkələrdə hərbi xidmət modelinin yenidən nəzərdən keçirilməsi, xidmət müddətinin diferensiallaşdırılması və peşəkar orduya keçid tendensiyası müzakirə mövzusuna çevrilib. Azərbaycanda da bu istiqamətdə ictimai diskussiyalar vaxtaşırı gündəmə gəlir.

Xüsusilə ali təhsilli şəxslər üçün hərbi xidmət müddətinin qısaldılması və orta təhsilli çağırışçılar üçün fərqli müddətlərin tətbiqi ideyası cəmiyyətdə tez-tez səsləndirilən təkliflərdəndir.

Təkliflərə görə, ali təhsilli gənclər üçün 6 aylıq, digər çağırışçılar üçün isə 1 illik xidmət modeli həm təhsilin daha effektiv istifadəsinə, həm də ordunun kadr potensialının daha çevik planlanmasına imkan verə bilər.

Lakin bu kimi dəyişikliklərin tətbiqi yalnız sosial və təhsil amilləri ilə deyil, həm də ölkənin müdafiə strategiyası, hərbi hazırlıq standartları və resurs planlaması ilə birbaşa bağlıdır. Ona görə də belə bir modelin mümkünlüyü məsələsi hələ də müzakirə və qiymətləndirmə mərhələsində olan mövzulardan biri kimi qalır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, gələcəkdə ali təhsilli şəxslər üçün hərbi xidmətin müddətinin azaldılması müzakirə oluna bilər:

"Ümumilikdə isə xidmət müddətinin bir ilə qədər azaldılması da praktiki olaraq mümkündür. Lakin indiki şəraitdə bu məsələ hələlik müzakirə olunmur".

Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin mövcud vəziyyətdə, regionda döyüş əməliyyatlarının davam etdiyi bir vaxtda, ordunun komplektləşdirmə faizini aşağı salmaq indiki şəraitdə məqsədəuyğun deyil.

Həmsöhbətimiz sonda qeyd edib ki, mövcud olan hərbi xidmət haqqında qanunun tələblərinə uyğun xidmət müddətləri indiki şərait üçün optimaldır və bu müddətlər özünü kifayət qədər doğruldur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 685   Tarix: 26 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əri onun aldığı pendirdən zəhərlənib öldü - Firmadan təzminat TƏLƏBİ

Böyük Britaniyada bir qadın sevgililər günündə həyat yoldaşına hədiyyə etdiyi pendirin onun ölümünə səbəb olduğunu iddia edərək istehsalçı şirkətə qarşı 200 min funt sterlinqdən çox məbləğdə təzminat iddiası qaldırıb. xarici mediaya istinadla xəbər verir ki, iddiaya görə, Karina Parksın həyat yoldaş

02.07.2026 318
.

Rus ordusu Piskunovkanı işğal etdi

Rusiya ordusu Donetsk vilayətinin Piskunovka yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

02.07.2026 276
.

Bakıda dövlətə məxsus 25 hektar torpağı satıblar - 11 nəfər ittiham edilir

Qanunsuz zəbt etdikləri dövlət torpaqlarını satmaqda ittiham olunan 11 nəfər barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. "Qafqazinfo" xəbər veri

11:58 154
.

Yenilənmiş 100 manatlıqlar bu tarixdə tədavülə buraxılacaq

Cari ilin 15 iyul tarixində yenilənmiş 100 manatlıq pul nişanının tədavülə buraxılması nəzərdə tutulub. Bunu Trend-ə müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Məmmədov deyib. O bildirib ki, Mərkəzi Bank tərəfindən yenilənmiş pul nişanları və ya mövcud pul nişanlarında hər hans

10:10 179
.

Dəniz niyə hər il can alır? - "Qaydaları pozanlar cərimələnsin"

Qış fəslində dəm qazları can aldığı kimi yayda bu yeri çimərliklər tutur. Hər il onlarla insan dənizdə, göldə, çayda, arxda və kanallarda boğulur, dünyasını dəyişir. Bəs görəsən, bu faciələrin sayı niyə azalmır? Boğulmanın əsas səbəbləri nədir? Ümumiyyətlə, bu halların qarşısını almaq üçün hansı qabaqlayıc

02.07.2026 256
.

Dünyanın ən təmiz çimərlikləri haradadır? (SİYAHI)

İspaniya ardıcıl ikinci il "Blue Flag" ("Mavi bayraq") ekoloji sertifikatına layiq görülən çimərliklərin sayına görə dünya lideri olub. Qaynarinfo xəbər verir ki, bu barədə "Conde Nast Traveler" nəşri məlumat yayıb. "Blue Flag" sertifikatı yalnız təmiz suya v

02.07.2026 331
.

Süni intellektdən istifadə kifayət etmir - Milli AI ekosistemi qurulmalıdır

"Bu gün Azərbaycanda süni intellekt (AI) sahəsində mühüm addımlar atılır və bu istiqamətdə müsbət inkişaf müşahidə olunur. Lakin etiraf etməliyik ki, hazırda biz daha çox süni intellektdən istifadə edən ölkələr sırasındayıq, onu inkişaf etdirən və qlobal bazara çıxaran ölkələr arasında isə həl

12:12 125
.

Tramp: ABŞ NATO-ya hamıdan çox pul xərcləyir, amma heç bir fayda əldə etmir

ABŞ NATO-nun maliyyələşdirilməsində ən böyük paya malikdir. APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social"da yazıb. "ABŞ NATO-ya hamıdan qat-qat çox pul xərcləyir ki, onları qorusun, amma bunun qarşılığında heç bir fayda əldə etmir. 2014-2015-ci illər arası ABŞ 9

02.07.2026 310
.

9 min müəllim işsiz qaldı - Bəs dövlətin növbəti addımı nə olacaq?

"Sertifikatlaşdırma mərhələsindən keçə bilməyən və nəticədə işsiz qalan doqquz minə yaxın müəllim məsələsi, ilk növbədə, ciddi sosial problemdir. Bu rəqəmin arxasında sadəcə statistika deyil, illərini müəllimlik peşəsinə həsr etmiş insanların taleyi, ailələrinin dolanışığı və yaşadıqları mənəv

12:39 152
.

TOP MP3