Azərbaycanda internet BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda internet BAHALAŞDI - YENİ QİYMƏTBəzi mobil operatorlar internet paketlərinin qiymətlərinə artım tətbiq edib. Məsələn, 11 manatlıq paketlərin 13 manata yüksəldiyi bildirilir. Eyni zamanda, sabit internet tariflərinin də bahalaşacağı ilə bağlı iddialar yayılıb.

Qiymət artımının səbəbi nədir?

Globalinfo.az-a danışan "ITStation" şirkətinin texnologiya direktoru Eşqin Nuruşov deyib ki, bu məsələ bir neçə amilin üst-üstə düşməsi ilə bağlıdır:

"Əvvəla, internetə olan tələbat əvvəlki illərlə müqayisədə xeyli artıb. İnsanlar artıq daha çox video izləyir, onlayn oyunlar oynayır, bulud xidmətlərindən istifadə edir. Bu isə operatorların şəbəkəsinə daha çox yük deməkdir. Şəbəkənin bu yükü problemsiz daşıması üçün isə daim yenilənmə və genişlənmə lazımdır. Digər tərəfdən, texniki xərclər də artıb. Operatorların istifadə etdiyi avadanlıqlar əsasən xaricdən gətirilir və valyuta dəyişiklikləri, logistika xərcləri bu sahəyə birbaşa təsir edir. Üstəlik, enerji xərcləri də əvvəlki kimi deyil və bu da ümumi maya dəyərini artırır. Eyni zamanda nəzərə almaq lazımdır ki, yeni texnologiyalara keçid dövründəyik".

E.Nuruşovun fikrincə, 4G və xüsusilə 5G kimi texnologiyalar istifadəçiyə daha sürətli və keyfiyyətli internet versə də, onların qurulması və saxlanması kifayət qədər böyük investisiya tələb edir:

"Sabit internetlə bağlı bahalaşma xəbərlərinə də rast gəlinir. Burada da oxşar vəziyyətdir. Fiber-optik infrastrukturun genişləndirilməsi, daha stabil və sürətli xidmət təqdim etmək üçün görülən işlər operatorlar üçün əlavə xərclər yaradır. Qiymət artımı sırf operatorların qərarı kimi görünə bilər, amma arxasında daha geniş iqtisadi və texnoloji səbəblər dayanır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 802   Tarix: 25 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiya neftindən tam imtina edirlər

Gürcüstanın Kulevi limanında yerləşən neft emalı zavodu 2026-cı ilin avqust-sentyabr aylarından etibarən Rusiya mənşəli xam neftin idxalından tam imtina edəcək. xəbər verir ki, bu barədə zavodun sahibi olan "Black Sea Petroleum" (BSP) şirkəti məlumat yayıb. Şirkətin açıqlamasında bildirili

02.07.2026 284
.

Nüvə silahına görə Konstitusiyasını dəyişir

Litva Prezidenti Qitanas Nauseda bəyan edib ki, ölkə konstitusiyasından nüvə silahının yerləşdirilməsinə qoyulan qadağa çıxarıla bilər. xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, bu, "gələcəkdə yeni şəraitin yaranacağı təqdirdə" Vilnüsün heç bir məhdudiyyətlə qarşılaşmamas

02.07.2026 270
.

Yenilənmiş 100 manatlıqlar bu tarixdə tədavülə buraxılacaq

Cari ilin 15 iyul tarixində yenilənmiş 100 manatlıq pul nişanının tədavülə buraxılması nəzərdə tutulub. Bunu Trend-ə müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Məmmədov deyib. O bildirib ki, Mərkəzi Bank tərəfindən yenilənmiş pul nişanları və ya mövcud pul nişanlarında hər hans

10:10 190
.

Rusiya-Ermənistan münasibətlərində diqqətçəkən detal: Mişustindən Paşinyana rədd cavabı

Rusiya və Ermənistanın baş nazirləri Mixail Mişustin və Nikol Paşinyan arasında keçirilən görüşdə Avrasiya İqtisadi İttifaqı ilə bağlı məsələlər müzakirə olunmayıb. xəbər verir ki, bu barədə Yerevan Observer Telegram kanalı məlumat yayıb. Məlumata görə, Rusiyanın baş naziri Mixail Mişustin erməni həmkar

11:48 150
.

İşəgötürən işçinin xəbəri olmadan əmək müqaviləsini dəyişə bilərmi?

"Əmək müqaviləsinin məzmunu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 43-cü maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələbləri gözlənilməklə tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilir. Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa

12:17 155
.

Alimlərdən mühüm kəşf: Sirli yeraltı "külək" ABŞ-dakı supervulkanı qidalandırır

Alimlər ABŞ-da yerləşən Yellouston supervulkanını qidalandıran mexanizmlə bağlı mühüm kəşf etdiklərini bildiriblər. Araşdırmaya görə, vulkanın fəaliyyəti Yer mantiyasında formalaşan və "yeraltı külək" adlandırılan genişmiqyaslı axınla əlaqəli ola bilər. Qaynarinfo xəbər verir ki, "India

02.07.2026 308
.

Tehranda Xamenei ilə vida mərasimi başladı

Bu gün səhər saatlarından İranda ölkənin mərhum Ali Lideri Seyid Əli Xameneinin vida mərasiminə start verilib. "Qafqazinfo" "Mehr" agentliyinə istinadən xəbər verir ki, mərasim paytaxt Tehranın Böyük Müsəlla məscidində başlayıb. Tədbirdə din xadimləri və xarici ölkələrin rəsmilər

10:50 165
.

Tramp Almaniya, Böyük Britaniya və İtaliyanı hədəf aldı

ABŞ prezidenti Donald Tramp Almaniyanın NATO çərçivəsində müdafiə xərclərini "gülünc" adlandırıb. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Handelsblatt nəşri Ağ Ev rəhbərinin açıqlamasını yayıb. Tramp Almaniya ilə yanaşı, Böyük Britaniya və İtaliyanın da NATO çərçivəsində müdafi

11:36 153
.

Əri onun aldığı pendirdən zəhərlənib öldü - Firmadan təzminat TƏLƏBİ

Böyük Britaniyada bir qadın sevgililər günündə həyat yoldaşına hədiyyə etdiyi pendirin onun ölümünə səbəb olduğunu iddia edərək istehsalçı şirkətə qarşı 200 min funt sterlinqdən çox məbləğdə təzminat iddiası qaldırıb. xarici mediaya istinadla xəbər verir ki, iddiaya görə, Karina Parksın həyat yoldaş

02.07.2026 326
.

TOP MP3