Makron və komandası çətin durumda: Paris Azərbaycana möhtacdır - TƏHLİL

Makron və komandası çətin durumda: Paris Azərbaycana möhtacdır - TƏHLİLMərkəzi Asiya ilə Avropanı birləşdirən əsas marşrut hazırda Azərbaycanın üzərindən keçən Orta Dəhlizdir. Makron Mərkəzi Asiyadan uran tədarük edəcəyi təqdirdə yenə də Ermənistanı dəstəkləməklə hədəf aldığı Azərbaycana möhtac olacaq.

Fransanın daxili və xarici siyasətdə uğursuzluqları səngimir. Yay Olimpiya Oyunları ərəfəsində keçirilən etiraz aksiyaları bütün ölkəni bürüyüb. Fermerlər hökumətin aqrar sahədə apardığı islahatlara qarşı çıxır, yolları bağlayır, hakimiyyəti sərt tənqid edirlər.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Xarici siyasətdə də vəziyyət fərqli deyil

Xarici siyasətdə də vəziyyət daxildən fərqlənmir. Bir vaxtlar müstəmləkəsi olduğu ərazilərdən biabırcasına qovulan Yelisey sarayı böyük gəlirlərdən məhrum olub. Müstəmləkələrin talanması ölkə büdcəsinə milyardlarla dollar gəlir gətirməklə yanaşı, həm də nüfuz məsələsi idi. İndi isə bunların heç biri yoxdur. Fransız iflasının əsas səbəbi kimi isə Prezident Emmanuel Makron göstərilir.

İş o yerə çatıb ki, keçmiş müstəmləkələrdə Fransa bayrağı yandırılır, onu xatırladan hər şey məhv edilir. Onun yerini isə Rusiya və Türkiyə kimi dövlətlər tutur. Bu da Yelisey sarayını özündən çıxarır, əks addımlar atmağa vadar edir. Hər iki dövlətə qarşı total hücum kampaniyası da bu səbəbdən start götürüb. Məsələn, Paris Ukraynaya Avropa İttifaqına daxil olan ölkələrin hərbi kontingentini göndərməklə Rusiyanı hədələyir. Bu ideyası Qərb dövlətlərində avantüra kimi qələmə verilsə də, Makron hər vəchlə sözünü yeritməyə çalışır. Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaq da bu planın tərkib hissəsidir. Türkiyəyə gəldikdə isə, Fransa mübarizəni açıq apara bilmir. NATO üzrə müttəfiq olması, Ankaranın nüfuzu və gücü bu planını açıq şəkildə reallaşdırmağa imkan vermir. Ümidi qalır yenə Ermənistana. Paris bu ölkədə anti-Azərbaycan ritorikanı gücləndirir, keçmiş separatçı rejimin tör-töküntülərinə açıq dəstək göstərir.

Makronun yeni hədəfi Qafqaz və Mərkəzi Asiyadır

Bu istiqamətdə ən əsas məsələlərdən biri də Makron Fransasının Mərkəzi Asiyaya nüfuz etməyə çalışmasıdır. Əsas fikir bundan ibarətdir ki, Ankaranın Afrika siyasəti Fransanın müstəmləkə nizamını pozub. Makron da bu səbəbdən Ukrayna-Rusiya müharibəsinə müdaxilə edərək türk dövlətlərini öz hegemonluğu altına almağa çalışırlar. Son zamanlar o, bu istiqamətdə diqqətçəkən açıqlamalar verir. Türkiyənin Afrikada atdığı addımlar, bir çox ölkələrlə siyasi, hərbi və ticari yaxınlaşması, "qazan-qazan" taktikası Fransanı regionda arzuolunmaz ölkəyə çevirib. Planları alt-üst olan Fransa lideri Afrikadakı məyusluqdan sonra marşrutunu Qafqaza dəyişib, eləcə də Qazaxıstan və Özbəkistana da səfər edib.

Türkiyə Fransanın planlarını pozur

Makron hökuməti Qarabağda və Liviyada Türkiyəyə qarşı ağır məğlubiyyətə uğrayıb, müdafiə sahəsində türk şirkətlərinə qarşı ciddi itkilər verib. Bunlar faktlardır. Mövcud vəziyyətlə bağlı "Türkiyə" qəzetinə danışan ekspertlər qeyd edir ki, türk ordusu Fransanın Suriya və İraqdakı oyununu ciddi şəkildə pozub. Fransızlar da qisas almaq üçün Ermənistanı və Cənubi Qafqazı qızışdırmağa çalışırlar. Fransanın məqsədi uzunmüddətli müharibədir.

KAFKASSAM rəhbəri Həsən Oktay hesab edir ki, "Fransa Suriya və Ermənistanda məskunlaşaraq Türkiyəyə qonşu olmaq istəyir. Fransızların Qafqaza marağının ən mühüm məqsədlərindən biri Türkiyənin diqqətini Aralıq dənizi başda olmaqla, bütün enerji və strateji əhəmiyyətli bölgələrdən yayındırmaqdır. Fransanın yandırmaq istədiyi atəş Türk Dövlətləri Təşkilatına böyük ziyan vuracaq. Makron yeni istismar sahələri açmağa çalışır. Onun türk cümhuriyyətlərinə səfərləri bu kontekstdə dəyərləndirilməlidir", - deyə H.Oktay bildirib.

Fransanın uran arzusu

Qeyd edək ki, Emmanuel Makronun ötən il noyabrın 1-də Qazaxıstana səfəri zamanı uran alışı məsələsi prioritet olub. Enerji ehtiyacının 60 faizini Atom Elektrik Stansiyaları hesabına təmin edən Fransa üçün Qazaxıstanın əhəmiyyəti həm də bu ölkənin uranla zəngin olması ilə əlaqəlidir. Uranla zəngin olan və Fransanı təmin edən Nigerdə baş vermiş hərbi çevrilişdən sonra Paris üçün Qazaxıstanın önəmi daha da artıb. Bundan əlavə, Qazaxıstan Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ABŞ və Norveçdən sonra Avropanı yanacaqla təmin edən üçüncü əsas ölkəyə çevrilib. Fransa Qazaxıstan iqtisadiyyatına 17 milyard dollar həcmində sərmayə qoymaqla beş ən böyük investor ölkə sırasında yer alıb. Özbəkistan da Fransa ilə əməkdaşlığı genişləndirməkdə maraqlı görünür. Ötən il Prezident Şavkat Mirziyoyev Fransa səfərindən 6 milyard dollarlıq müqavilələr portfeli ilə qayıtmışdı. Bu müqavilələrin əksəriyyəti enerji sektoruna aid idi.

Paris Azərbaycana möhtacdır

Beləliklə, müsəlman və türk ölkələrin inkişafını gözü götürməyən Makron yenə də elə türk dövlətlərinə minnətçi düşüb. İstəyi odur ki, Mərkəzi Asiyadan uran tədarük etsin. Bir faktı da deyək ki, uranın hava nəqliyyatı ilə daşınması qadağandır. Quru yolların sahibi ölkələrlə də Makron hakimiyyəti qərəz və düşmənçilik yaşayır. Mərkəzi Asiya ilə Avropanı birləşdirən əsas marşrut hazırda Azərbaycanın üzərindən keçən Orta Dəhlizdir. Makron Mərkəzi Asiyadan uran tədarük edəcəyi təqdirdə yenə də Ermənistanı dəstəkləməklə hədəf aldığı Azərbaycana möhtac olacaq.

Beləliklə, ölkəsində müsəlmanlara qarşı "səlib yürüşü"nə çıxan Makron və komandası çətin durumdadır. Yoxsa min kilometrlərlə uzaqda yerləşən regiona üz tutmazdı - özü də, müsəlman və türk dövlətlərinə. Görünən odur ki, onlar vasitəsilə problemlərini həll etməyə çalışır. Belə baxanda problemdən çıxış yolu var. Bu yol da sadədir - birtərəfli siyasət yürütməkdən əl çəkmək, şəxsi mənafeyə yox, dövlət mənafeyinə əsaslanan praqmatik siyasətə üstünlük verilməlidir. Əks təqdirdə, Nigerdə olduğu kimi, ayaq basdığı hər yerdən qovulacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 856   Tarix: 17 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.