Bu gün İlaxır çərşənbədir
Bu gün Azərbaycanda Novruz çərşənbələrindən sonuncusu, Torpaq çərşənbəsi qeyd olunur.
BiG.AZ xəbər verir ki, bu çərşənbə el arasında "Yer çərşənbəsi", "İlaxır Çərşənbə" və ya "Torpaq çərşənbəsi" kimi adlandırılır. İnanclara görə, Novruz bayramı ərəfəsi, sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. İlaxır çərşənbədə bağ-bostan yerləri əkinə hazırlanır. Evlərdə süfrəyə təbiətin canlanmasının rəmzi olan səməni qoyulur. İlaxır çərşənbədə hamı 7 dəfə - ya 1 tonqalın üstündən 7 dəfə və yaxud da 7 tonqalın hərəsinin üstündən 1 dəfə tullanmalıdır. Tonqalın üzərindən tullanarkən bu sözlər deyilməlidir:
"Sarılığım sənə, qırmızılığın mənə", yaxud da "Ağırlığım odda yansın". Tonqal su ilə söndürülməməlidir. Tonqal özü sönəndən sonra isə cavan qız və oğlanlar tonqalın külünü yığıb, evdən kənar yerə atırlar. İnanca görə, bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır.
Torpaq çərşənbəsində bayram süfrəsi açılır, şirniyyat bişirilir, məcməyi və sinilərdə xonça hazırlanır. Bayram xonçasının ortasına səməni qoyulur, ətrafı isə boyanmış yumurta, qoz, fındıq, badam və şirniyyatlarla bəzədilir. Deyilənə görə, ilin axır çərşənbə gecəsini hamı öz evində qeyd etməlidir. Əks halda Novruzu yeddi il dalbadal başqa yerdə qarşılaya bilərsən. İlaxır çərşənbə axşamı qulaq falları qurulur. Subaylar qonşu evlərin qapısının arxasında gizlənərək ilk eşitdikləri sözə uyğun təzə ildə onları gözləyən hadisələri öncədən bilməyə çalışırlar. Bu səbəbdən də, axır çərşənbə axşamı ancaq yaxşı sözlər danışılması adət hesab olunur.
Qeyd edək ki, Azərbaycana yaz fəsli martın 20-si Bakı vaxtı ilə saat 07:06:21-də daxil olacaq. Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1217 Tarix: 19 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qızıl və gümüş ucuzlaşdı
Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.71% azalaraq 4,690 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.63% ucuzlaşaraq 75.03 ABŞ dolları təşkil edib
24.04.2026 1 Ukrayna Aİ-də: Danışıqlar yaxın həftələrdə başlaya bilər
Ukraynanın Aİ-yə qəbulu ilə bağlı danışıqlar yaxın həftələrdə başlaya bilər. "Yeni Sabah" Bloomberg-ə istinadla xəbər verir ki, mənbə Aİ liderləri danışıqların birinci mərhələsinin başlanması üçün şərtlərin artıq yerinə yetirildiyi qənaətinə gəldiyini bildirib. O əlavə edib ki, potensial qoşulm
24.04.2026 91 Çin Filippinin Luzon adası yaxınlığındakı sularda döyüş atışları təlimləri keçirir
Çin ordusu cümə günü Filippinin Luzon adasının şərqindəki sularda döyüş atışları da daxil olmaqla hərbi təlimlər keçirdiyini bildirib və bunu mövcud regional vəziyyətə cavab olaraq "zəruri əməliyyat" adlandırıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, ordu , Çinin Cənubi Çin dənizindək
24.04.2026 179 "Atəşgah Sığorta" vətəndaşı necə get-gələ salıb?- "UZAQ DURUN!"
"Ateshgah Insurance-dan uzaq durum". xəbər verir ki, bunu sığorta şirkətindən şikayətçi olan Bakı sakini Royal Babayev deyib. Onun sözlərinə görə, 3 aydır şirkət onu, get-gələ salıb. "Düz 3 aydır bu sığorta şirkəti bir qapı, bir güzgü məsələsini həll edə bilməyib. Gülünc bir məbləğ təkli
24.04.2026 85 Elvin Cəfərquliyevlə bağlı YENİ XƏBƏR - "Neftçi"yə gedir
"Qarabağ"da intizam qaydalarını pozduğuna görə, klubun əvəzedici heyətinə göndərilən müdafiəçi Elvin Cəfərquliyevlə bağlı yeni məlumat yayılıb. -a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan iddialara görə, Elvin Cəfərquliyev "Neftçi" klubuna keçə bilər. Məlumata görə, mövsümü
24.04.2026 229 Mingəçevir Dövlət Universitetində böyük azərbaycanlı yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunmuş konfrans keçirilib
2026-cı ilin 24 aprel tarixində Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı ilə böyük azərbaycanlı yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin yaradıcılığına və anadan olmasının 118-ci ildönümünə həsr olunmuş "Mir Cəlal Paşayev yaradıcılığı: Ədəbi-estetik düşüncə, milli kimlik və müasir interpreasiyalar"
24.04.2026 132 Şənbə günü yağış yağacaq
Bakıda və Abşeron yarımadasında aprelin 25-də səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy
24.04.2026 264 "Kiminlə tanış oluramsa, sonradan əziyyət çəkirəm"
Müğənni Samirə ƏliMəryəm insanlardan uzaq olmasının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, müğənni "Gün ortası" verilişində buna görə vaxtında əziyyət çəkdiyini deyib:. "Kiminləsə tanış olub, ünsiyyət qururamsa, həddindən artıq çox istəyirəmsə, səmimi oluram. Onun mənfisini görənd
24.04.2026 91 Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Bakı Ağır Cinayətlər Məhkəməsində dayısını qətlə yetirməkdə təqsirləndirilən Rəhim Qasımova hökm oxunub. xəbər verir ki, hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən Rəhim Qasımovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Qısa müşavirədən sonr
24.04.2026 165