"Qlobal Bakı Forumu ən müxtəlif məsələlərin müzakirə olunduğu mühüm bir beynəlxalq platformadır"

"Qlobal Bakı Forumu ən müxtəlif məsələlərin müzakirə olunduğu mühüm bir beynəlxalq platformadır""Bu gün Azərbaycan müxtəlif beynəlxalq əhəmiyyətli dövlətləri özündə cəmləşdirən, ölkələri narahat edən məsələlərlə bağlı forumların, konfransların keçirildiyi mühüm bir mərkəzə çevrilib. Bakıda beynəlxalq tədbirlər dünyanın diqqətini özünə cəlb edir. XI Qlobal Bakı Forumu da çox mühüm əhəmiyyətli beynəlxalq tədbirlərdən biridir. Azərbaycanda 2013-cü ildən keçirilməsinə başlanan Qlobal Bakı forumlarının bu dəfə on birincisi keçirilir. XI Forumda 68 ölkədən 400-dən çox qonaq iştirak edir. Problemlərin həlli istiqamətində dünyanın tanınmış şəxsləri, liderləri öz fikirlərini və münasibətlərini geniş şəkildə bildirirlər. Bu prosesdə Azərbaycan növbəti dəfə öz ciddi töhfəsini vermiş oldu. Forum Azərbaycanın dünyanı narahat edən problemlərə nə qədər həssas yanaşdığını, nə qədər diqqətlə yanaşdığını bir daha göstərir. Azərbaycanın beynəlxalq imicini və sülhsevərliyini bir daha açıq-aydın göstərir".

Bu sözləri BiG.AZ-A deputat Ceyhun Məmmədov deyib.

O bildirib ki, Qlobal Bakı Forumu ən müxtəlif məsələlərin müzakirə olunduğu mühüm bir beynəlxalq platformadır. XI Qlobal Bakı Forumu zamanı cari qlobal problemlərin həlli yollarının modelləşdirilməsi vacib hesab olunur.

"Qlobal Bakı Forumunda müzakirə edilən məsələlərdən biri də iqlim dəşiklikləridir: "Qlobal iqlim dəyişmələri bugünümüzün reallığıdır və onun ağır fəsadları artıq planetimizin çox yerində insanların həyatını təhdid edir. İqlim dəyişikliyi qida təhlükəsizliyini və əlçatan su tədarükünü təhlükə altına alır, iqtisadi itkilərə gətirib çıxarır. Onun eyni zamanda, insanların yer-yurdlarından olması hallarını artıracağı da düşünülür. O cümlədən iqlim dəyişiklikləri Azərbaycanda da fəsadlarsız keçmir. Ölkəmizin şirin su ehtiyatları azalmaqdadır. O cümlədən Xəzər dənizinin səviyyəsinin sürətlə azalması bizi və Xəzəryanı ölkləri yeni problemlərlə üzləşdirir. Bu baxımdan iqlim dəyişiklikləri ilə bağlı məsələ heç də davam edən müharibələrdən az aktual məsələ deyil.
Azərbaycan qlobal iqlim dəyişikliklərə qarşı mübarizədə könüllü öhdəlik götürmüşdür. Belə ki, 2030-cu ilə qədər istehsal olunan elektrik enerjisinin 35%-ni, yəni 5 qiqavatı bərpa olunan enerji üzərinə keçirilməsi planlaşdırılmışdır. Bu ilin noyabrında Bakıda keçiriləcək COP 29 beynəlxalq konfransa da iqlim dəyikliklərinin müzakirəsinə dünyanın liderleri qoşulacaqdır. COP 29-un yüksək səviyyədə keçirilməsi iqlim dəyişikliklərinə qarşı mübarizədə həmrəyliyin əldə olunmasının nə qədər vacib olduğunu göstərir".
Forumda müzakirə olunan mövzular dünya üçün çox əhəmiyyətli məsələlərdir: "Ümumdünya Səhiyyə Təşkilatı COVİD infeksiyasının yeni növlərinə qarşı mübarizənin qlobal şəkildə aparılması üçün çağırışların edəcəyi gözləniləndir. COVİD -19 -un dünya üçün yaratdığı problemlərin yenidən təkrarlanmaması üçün vaxtında qabaqlayıcı tədbirlərin görülməsi vacibdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 435   Tarix: 19 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Qisasçılar" "Avatar"ı geridə qoydu - Kino tarixinin ən böyük rekordu yeniləndi

"Qisasçılar: Final" ("Avengers: Endgame") filmi yenidən dünya kino tarixinin ən çox gəlir gətirən ekran əsəri olub. xarici mediaya istinadən xəbər verir ki, 2019-cu ildə nümayiş olunan film təkrar kinoprokat sayəsində Ceyms Kemeronun məşhur "Avatar" filmini geridə qoyub

23.10.2026 374
.

"Ulduzlu Gecə"nin 137 illik sirri açıldı - Fotolar

Niderlandlı dahi rəssam Vinsent van Qoqun 1889-cu ildə çəkdiyi məşhur "Ulduzlu Gecə" tablosunda təsvir etdiyi səmanın real astronomik müşahidələrlə üst-üstə düşdüyü müəyyən edilib. Yeni araşdırma rəssamın əsəri nə vaxt yaratdığı və üzərində nə qədər müddət işlədiyi ilə bağlı müzakirələrə yen

23.10.2026 354
.

Deputatın oğlunun adı qətldə hallanır: Atası və qardaşı vəzifələrini itirə bilərlər?

Bakıda ölümlə nəticələnən kütləvi davanın iştirakçılarından birinin, daha doğrusu qətli törətməkdiyi deyilən şəxsin - Əhməd Əlizadənin deputat Arzuxan Əlizadənin oğlu olduğu müəyyənləşib. Deputatın digər oğlu Orxan Əlizadə isə Xətai Rayon Məhkəməsinin hakimidir. Bəs, şəxsin cinayət törətməsi atasını

14:54 157
.

"Siz də, maşallah, çox yaxşı görünürsünüz"

"Əlbəttə ki, Ulu Öndər mənim həyatımda həmişə bir nümunə olub, örnək olub. Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edərkən bildirib

23.10.2026 433
.

Xəzər sahilində yüzlərlə balıq öldü - Səbəb bilinmir

Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Balıqların tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirlərlə bağlı suallar yaradıb. Balıqçılıq və Akvakultura Mərkəzində

10:15 258
.

Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə görüşüb. APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə məlumat partiyanın "X" sosial şəbəkə hesabında paylaşılıb

23.10.2026 373
.

Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb

Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə, insan haqlarına və din azadlığına hörmət etməyə çağırıb. "Report" xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi sözügedən məsələ ilə bağlı açıqlama yayıb. Qeyd olunub ki, Yunanıstan Gümülcine və İskeçədə qondarma müftilər təyin etməkl

16:50 0
.

İordaniyada kilsədə baş verən terror aktı nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb

İordaniyada cümə günü Əl-Kərək əyalətindəki kilsə yaxınlığında dəfn mərasimi zamanı terrorçuların hücumu nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə "Al Mamlaka" telekanalı məlumat yayıb. Həmçinin 27 nəfərin yaralandığı bildirilir. Zərərçəkənlərdə

16:20 39
.

"Yaşıl enerji dəhlizi"nə investisiyalar 22 milyard avro məbləğində qiymətləndirilib

Xəzər regionundan Avropaya bərpa olunan enerjinin tədarükü üzrə "Yaşıl enerji dəhlizi" (Caspian-Black Sea-Europe Green Energy Corridor) layihəsinə ümumi investisiyalar təxminən 22,1 milyard avro məbləğində qiymətləndirilir ki, bunun da 14,3 milyard avrosu ötürücü infrastrukturun yaradılmas

16:10 54
.