Üzərlik yandırmaq, ağıza su alıb oturmaq – Bu axşam doğru çıxan FALLAR
Hə əzizlərimiz, gəldik çıxdıq ilin axır çərşənbəsinə.
Bu gün torpağın və həyatın oyandığı İlaxır çərşənbə - Torpaq çərşənbəsidir. İlaxır çərşənbə Su, Od və Yel çərşənbələrindən sonra gəlir. Bu gün yerin oyanıb, torpağın nəfəs aldığı gündür.
Ta qədimdən ilaxır çərşənbədə hər həyətdə 7 tonqal qalanardı. Şəkərbura, səməni , paxlava, boyanmış yumurta, qorğa, meyvə quruları ilə doldurulmuş bayram xonçaları süfrəyə düzülərdi.
Bu günün ən gözəl adəti küsülülərin barışması, bir evdə hazırlanan nemətin bütün qohum qonşularla paylaşılması, hər kəsin evində qazan qaynaması, hamının süfrəsində nemət olmasıdır.
İlaxır çərşənbədə qulaq falı çox düz çıxar deyirlər. Bu axşam ürəyində dilək tutub qonşuların qapısını pusmaq, eşitdiyin ilk kəlmə ilə diləyinin çin olub- olmayacağını yoxlamaq olar. Qonşu qapısı pusmağa imkanı olmayanlar şər qarışan vaxtı yolda dayanıb gəlib-gedəni dinləyər, bununla niyyət tutarlar.
Heç buna da imkanı olmayanlar evdə qulaq falı edər. Bir qurtum suyu ağzına alar, susub oturar. Heç kimə niyyəti barədə bir kəlmə deməz. Evdəkilər danışarkən ilk cümlələri nə olarsa qulaq falının cavabı da ona uyğun yozular.
Bəzi ellərimizdə bayram öncəsi qəbir üstünə gedilər, ölülərin ruhuna Quran oxunar, dua edilər. Axşam isə tonqalın üstündən yeddi dəfə o yan bu yana atılar, bununla da insanlar köhnə ilin azar-bezarını, dərd-bəlasını özlərindən qovardılar.
Novruz ənənələrindən biri unudulmuş üzərlik yandırmadır.
Novruz tonqalına üzərlik atar, bununla da ev-eşiyə, mal-qaraya, ev sakinlərinə yönəlmiş hər hansı mənfi nəzərin təsirini aradan qaldırarmışlar.
Axır çərşənbənin əsas adətlərindən biri "qurşaqatdı" adətidir. Buna bəzi yerlərdə qurşaqsallama, şalsallama, baca-baca, yaxud nünnünü də deyilir. Məzmunu axır çərşənbə gecəsi evlərə papaq atıb, pay istəməkdir.
Bu ənənəni bəziləri tənqid etsələr də Novruzun simvolu olan Keçəllə Kosa əslində evlərdən topladıqları bayram payını sonda xalq meydanında hamıya ərməğan edər, hamıya bayram payı verərdilər.
Axır çərşənbənin məşhur fallarından biri "üzüksalma" adlanır. "Bundan irəli ilaxır çərşənbədə ərgən qızlar bir otağa yığışıb dilək tası qurardılar. Ortalığa dərin bir mis qab qoyar, sonra hər qız öz üzüyünü həmin qabın içinə atardı. Üzükləri qabın içində iki-üç kərə qarışdırıb, balaca bir oğlan uşağını da gətirərdilər yığnağa. Uşağa başa salardılar ki: – Bax, indi biz növbə ilə bayatı oxuyacağıq. Hər dəfə bayatı oxunub başa çatanda, sən gedib tasın içindəki üzüklərdən birini götürərsən. Biz də baxıb görərik üzük kimindir. Bayatıdan sonra kimin üzüyü qabdan çıxarılsa, onun diləyi həmin bayatıdakı mətləbə yaxın bir axarda yozulardı.
Bayram fallarından biri də yumurta falıdır. İki yumurtanı götürüb gizlicə təndirin içinə və ya su başına qoyardılar. Bir tərəfinə qırımızı, bir tərəfinə qara karandaş qoyulardı. Deyərdilər mələklər taleyimiz yazacaq. Sübh tezdən baxardılar ki,yumurtanın üzərində narın xətlər çəkilib. Əgər xətlər qırmızıdırsa, bəxtin gözəl, qaradırsa qara olacaq deyə inanardılar.
Bütün diləkləriniz çin, bəxtiniz gözəl, fallarınız uğura aparsın, əzizlərimiz.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1174 Tarix: 19 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHindistanla iqtisadi əməkdaşlıq: Azərbaycanın qeyri-neft sektorunun inkişafı və ixrac imkanları
Hindistanla iqtisadi əlaqələrin güclənməsi Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və xarici investisiyaların cəlb edilməsi baxımından əhəmiyyətli imkanlar yarada bilər. Hindistan böyük bazara və güclü sənaye potensialına malik ölkədir. Azərbaycan isə əlverişl
23.10.2026 353 "Qisasçılar" "Avatar"ı geridə qoydu - Kino tarixinin ən böyük rekordu yeniləndi
"Qisasçılar: Final" ("Avengers: Endgame") filmi yenidən dünya kino tarixinin ən çox gəlir gətirən ekran əsəri olub. xarici mediaya istinadən xəbər verir ki, 2019-cu ildə nümayiş olunan film təkrar kinoprokat sayəsində Ceyms Kemeronun məşhur "Avatar" filmini geridə qoyub
23.10.2026 374 Dalaşan qadınları ayırmaq istədi, klinik ölüm keçirdi
Rusiyanın paytaxtı Moskvada iki qadının davasına müdaxilə edən 63 yaşlı kişi klinik ölüm keçirib. xəbər verir ki, küçədə iki qadın arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib. Həmin vaxt oradan keçən 63 yaşlı kişi qadınları ayırmağa çalışıb. Lakin qadınlardan biri kişinin üzünə zərbə endirib
23.10.2026 398 "Siz də, maşallah, çox yaxşı görünürsünüz"
"Əlbəttə ki, Ulu Öndər mənim həyatımda həmişə bir nümunə olub, örnək olub. Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edərkən bildirib
23.10.2026 433 Keşişlər Tramp üçün dua etdilər
ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı Ağ Evdə, Oval kabinetdə ölkənin aparıcı Katolik kilsəsi xadimlərini qəbul edib. "Yeni Sabah" xəbər verir ki, görüş zamanı katolik yepiskoplar dövlət başçısının ətrafına toplaşaraq onun və ölkənin rifahı üçün xüsusi dua ediblər. Ağ Evin rəsmisi Marq
23.10.2026 357 İordaniyada kilsədə baş verən terror aktı nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb
İordaniyada cümə günü Əl-Kərək əyalətindəki kilsə yaxınlığında dəfn mərasimi zamanı terrorçuların hücumu nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə "Al Mamlaka" telekanalı məlumat yayıb. Həmçinin 27 nəfərin yaralandığı bildirilir. Zərərçəkənlərdə
16:20 39 Azərbaycan-Hindistan münasibətləri: siyasi dialoq, iqtisadi əməkdaşlıq və yeni ixrac perspektivləri
"Azərbaycan Prezidenti İlham Əliyevin Hindistan Respublikasının xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul etməsi iki ölkə arasında münasibətlərin gələcək inkişafı baxımından əhəmiyyətli hadisədir. Bu görüşü Azərbaycanın xarici siyasətində milli maraqlara əsaslanan, bütün istiqamətlər üzr
23.10.2026 300 Lamin Yamal "Qızıl top" mükafatına getmək üçün təyyarə icarəyə götürdü
"Barselona"nın 19 yaşlı qanad oyunçusu Lamin Yamal ailəsi ilə birlikdə İngiltərənin London şəhərində keçiriləcək "Qızıl top" mərasiminə getmək üçün şəxsi təyyarə icarəyə götürüb. -ın xarici mediaya istinadən məlumatına görə, ispaniyalı oyunçunun əsas namizəd olduğu mükafat oktyabrı
23.10.2026 370 Xəzər sahilində yüzlərlə balıq öldü - Səbəb bilinmir
Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Balıqların tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirlərlə bağlı suallar yaradıb. Balıqçılıq və Akvakultura Mərkəzində
10:15 258