2030-Dünya Çempionatının finalı üçün ən böyük stadion tikilir
Tarixi dünya çempionatının həlledici matçı tayı-bərabəri olmayacaq arenada keçirilə bilər.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, ötən ilin oktyabrında Beynəlxalq Futbol Federasiyası (FİFA) 2030-cu il Dünya Çempionatının final hissəsinin üç ölkənin: İspaniya, Portuqaliya və Mərakeşin meydanlarında keçiriləcəyini rəsmən elan edib. Turnirin yaranmasının 100 illiyində baş tutacağı üçün tarixi olacaq Dünya Kuboku ilk oyunlarını öz stadionlarında keçirməyə icazə verilən Argentina, Uruqvay və Paraqvay milli komandaları üçün də xüsusi olacaq. Çünki 1930-cu ildə futbol üzrə dünya çempionatına ev sahibliyi edən ilk qitə Cənubi Amerika olub.
Bununla belə, 2030-cu il Dünya Kuboku Mərakeş üçün çox xüsusi ola bilər və təkcə bu ölkənin tarixdə ilk dəfə turnirin ev sahibi olacağına görə deyil, həm də dövlətin başçısı Məhəmmədin yaratdığı möhtəşəm planlara görə. Məsələ burasındadır ki, 60 yaşlı monarx 2030-cu il dünya çempionatının finalına ev sahibliyi etməli olacaq planetin ən böyük futbol stadionunun ölkəsində görünməsi arzusunu ifadə edib.
Mərakeşin nəhəng, ultra müasir futbol arenası qurmaq istəyi ötən ilin payızında məlum olub. Bundan əvvəl ölkədə uzun illər idi ki, Kasablanka ərazisində (Mərakeşin ən böyük və ən sıx məskunlaşdığı şəhər) yeni arenanın tikintisinin nəzərdə tutulduğu barədə şayiələr gəzirdi, lakin son vaxtlara qədər bu istiqamətdə ciddi irəliləyiş əldə olunmayıb.
2023-cü ilin oktyabrında Mərakeş Kral Futbol Federasiyasının rəhbərləri dekabrda Kasablanka ərazisində yeni stadionun tikintisi ilə bağlı planlaşdırma işlərinə başlanacağını bildiriblər. Prosesin ən azı iki il çəkəcəyi gözlənilirdi, baxmayaraq ki, planlar sonradan düzəldilib və arenanın artıq 2028-ci ildə açılması planlaşdırılır.
Hazırda mövcud olan məlumata görə, kral Kasablankadan 38 kilometr şimalda yerləşən Benslimane əyalətinin El Mansuriya şəhəri yaxınlığında 115 min tamaşaçı tutumuna malik ən müasir stadionun tikilməsini istəyir. Bunun sayəsində "Gran Stade de Casablanca", tutumuna görə hazırkı lider - Şimali Koreyanın paytaxtı Pxenyanda yerləşən "Neungnado May Day" stadionunu üstələyərək dünyada istismarda olan və təyinatı üzrə istifadə edilən ən böyük stadiona çevriləcək. Pxenyandakı stadion 2014-cü ildə yenidənqurmadan sonra 114 min tamaşaçı qəbul edib.
Mərakeş hökuməti iddialı layihənin həyata keçirilməsi üçün ötən ilin payızında artıq müvafiq maliyyə vəsaiti ayırıb. Kasablanka ərazisində ən yeni stadionun tikintisinə 500 milyon dollara yaxın vəsait tələb olunacağı gözlənilir. Lakin qiymətin artacağı istisna edilmir.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 1779 Tarix: 12 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÇempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
"Sabah" klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində ev oyunlarının Bakı Olimpiya Stadionunda keçirəcək. "Report" xəbər verir ki, bu barədə məlumat UEFA-nın rəsmi saytında təsdiqini tapıb. Azərbaycan çempionu 4 rəqibini Bakı Olimpiya Stadionunda qəbul edəcək. "Sabah"ı
05.09.2026 281 "Formula 1"ə görə Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı
"Formula 1" üzrə Azərbaycan Qran-prisi zamanı şəhər sakinlərinin və sürücülərin rahatlığını təmin etmək üçün bir sıra əsas yollar müəyyən saatlarda nəqliyyatın hərəkəti üçün açıq olacaq. Bu barədə BİG.AZ-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib. Həmçinin, Üzeyir Hacıbəyl
18.09.2026 175 "Fənərbağça" Çağlar Söyüncü ilə yollarını ayırdı
"Fənərbağça" müdafiəçi Çağlar Söyüncü ilə qarşılıqlı razılıq əsasında yollarını ayırıb. xəbər verir ki, bu barədə İstanbul komandasının mətbuat xidməti məlumat yayıb. 2023/2024 mövsümündə "Fənərbağça"ya qoşulan Çağlar Söyüncü klubun heyətində 75 matça çıxaraq dörd qol vurub və ü
06.09.2026 233 Azərbaycan üzgüçülüyünün institusional inkişafı davam edir
Sloveniya Üzgüçülük Assosiasiyasının keçmiş prezidenti ASF-də fəaliyyətə başlayıb. Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin (GİN), Milli Olimpiya Komitəsinin (MOK), eləcə də Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi proqramının dəstəyi il
25.08.2026 371 PSJ Luis Enrike ilə müqaviləni uzadıb
Fransanın PSJ klubu baş məşqçi Luis Enrike ilə müqavilənin müddətinin 2030-cu ilə qədər uzadıldığını açıqlayıb. "Report"un məlumatına görə, bu barədə klubun "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım olunub. İspan məşqçi 2023-cü ilin yayından Paris komandasına rəhbərlik edir. PS
06.09.2026 240 Formula 1 altı illik fasilədən sonra İstanbula qayıdır - Tarix açıqlandı
Formula 1 yarışları altı illik fasilədən sonra yenidən İstanbulda keçiriləcək. Qaynarinfo xəbər verir ki, 2027-ci il FIA Formula 1 Dünya Çempionatının təqvimi açıqlanıb. Təqvimə əsasən, "Formula 1 Turkish Grand Prix" 1-3 oktyabr 2027-ci il tarixlərində TOSFED İstanbul Parkda təşkil olunacaq
17.09.2026 172 Azərbaycan UEFA reytinqində neçəncidir?
Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib. Qaynarinfo xəbər verir ki, ölkə 23.687 əmsalla 25-ci pillədə qərarlaşıb. Ötən gün "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununun əlavə vaxtında Bakıda "Tvente"yə uduzub - 1:4. Azərbaycanın cari mövsüm qazandığ
28.08.2026 283 İnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub
İspaniyanın "Atletik" klubunun forvardı İnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub. "Report" xəbər verir ki, 32 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. İdmançı millini təmsil etməkdən böyük qürur duyduğunu bildirib və bu müddətdə ona dəstək ola
12.09.2026 193 "Barselona" "Sabah"a rəqib oldu - Bakıya gələcək-Video-Yenilənib
Bu gün UEFA Çempionlar Liqasında 2026/27 mövsümünün Liqa mərhələsinin püşkatma mərasimi keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, Monakoda baş tutacaq mərasim Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Liqa mərhələsinin 36 iştirakçısı 4 səbətə bölünüb. Azərbaycan çempionu "Sabah" 4-c
27.08.2026 591