Bakıda ildırımvurma təhlükəsi: "Bundan heç kim sığortalanmayıb"

Bakıda ildırımvurma təhlükəsi: "Bundan heç kim sığortalanmayıb"Son vaxtlar ildırımdüşmə halları çoxalıb. Hətta dünən ölkə ərazisində dörd nəfəri ildırım vurub, onlardan üçü həyatını itirib. Əvvəl ildırım ən çox bölgələrdə müşahidə olunardı, son vaxtlar Bakıda və Abşeron yarımadasında ildırım və şimşəklərin intensivliyi artıb.

Bu isə öz növbəsində müəyyən suallar yaradır. Məsələn, ildırım çaxmasının artmasının səbəbi nədir? Paytaxtda ildırımöturənlərin sayı kifayət qədərdirmi? Bakıda ildırımvurma ola bilərmi və s.

Yaranan suallarla bağlı ekspertlərə müraciət etdik.

Ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov Oxu.Az-a açıqlamasında bildirdi ki, son günlər atmosferdə toz miqdarının artması və havanın rütubətli olması bu cür qısaqapanmalara və elektriklənmə hadisələrinin yaranmasına təkan verə bilər.

"Ötən gündən etibarən Bakı şəhərində atmosferdə yenə də transsərhəd toz kütlələri artıb. Ümumilikdə bütün respublika ərazisində son on gündür ki, tozlanma artıb. Bu tozun əsas mənbəyi isə Türkmənistan və İranın şimalıdır. Atmosferdə tozlanmaların artması və havanın rütubətli olması şəraitində belə qısaqapanmalar və elektriklənmə hadisələri daha tez-tez baş verir", - deyə ekspert bildirib.

Bakıda ildırımötürənlərin sayının kifayət qədər olub-olmamasına gəlincə, R.Abbasov qeyd edib ki, iri şəhərlərdə ildırımötürənlər, demək olar ki, bütün ərazini əhatə edir və sayları kifayət qədər olur:

"İldırım hadisələri daha çox açıq ərazilərdə baş verir. İldırım çaxanda, adətən, vətəndaşlar ya tək ağacın altında durur, ya da çöldə dayanıb telefonla danışırlar. Bunu qətiyyən etmək olmaz.

Əgər həmin vaxt sükan arxasındadırlarsa, həm avtomobili, həm radionu, həm də telefonu söndürməlidirlər. Çünki ildırım yaranan zaman Yer səthi ilə əlaqə saxlamağa çalışır və iti ucları olan, məsələn, şalban kimi obyektləri, hündür çardaqları və müşahidə məntəqələrini, tək və hündür ağacları daha çox vurur. İldırım zamanı qətiyyən radiodan istifadə etmək olmaz, evdə televizorları söndürmək lazımdır. Antenlərin yanında da dayanmaq olmaz".

Meteoroloq Cavidan Əliyev isə Oxu.Az-a açıqlamasında may-iyun aylarında ildırım və şimşək hallarının baş verməsinin normal hal olduğunu qeyd edib:

"Bildiyiniz kimi, bu hadisələr, adətən, ilin isti dövründə olur. Qışda çox nadir hallarda rast gəlinir. Bunun da səbəbi odur ki, ilin isti dövründə Günəş şüaları Yer səthini daha çox qızdırır. Yer daha çox enerji alır ki, bu da konduktiv axınların çoxalmasına səbəb olur. Yəni isti, rütubətli hava ilin bu fəslində çox gur şəkildə yuxarı qalxır.

Bu baxımdan, bu cür isti aylarda şimşək çaxması halları normaldır, sadəcə, qlobal istiləşmə ilə bağlı konduktiv axınlar daha da gücləndiyi üçün şimşək çaxması halları bir qədər artıb.

Ümumilikdə, şimşəyin çaxması üçün topa yağış buludunun əmələ gəlməsi lazımdır ki, o da doqquz, on, hətta on bir kilometr hündürlüyə kimi qalxa bilir. Qışda buludun qalınlığı iki, üç kilometr olur və şimşək çox nadir hallarda çaxır.

Bu da səbəbsiz deyil. Şimşəyin çaxması üçün belə bir qayda var ki, buludun yuxarı hissəsində temperatur, heç olmasa, mənfi 20 dərəcə olmalıdır.

Düşünə bilərsiniz ki, yayda nə mənfi 20 dərəcə? Ancaq o bulud o qədər yüksəkliyə qalxır ki, qeyd etdiyim kimi, səkkiz, doqquz, on kilometr və bəzən ondan da yüksəyə - o yüksəklikdə həmişə, hətta ilin ən isti dövründə belə, güclü şaxtalar olur. Ona görə qeyd edirəm ki, şimşəyin çaxması üçün temperatur, heç olmasa, mənfi 20 dərəcə olmalıdır".

"Paytaxtda ildırımötürənlərin sayının kifayət qədər olduğunu bilirəm. Bakıda ildırımvurma ola bilərmi məsələsinə gəlincə, bu, elə bir prosesdir ki, bundan heç kim sığortalanmayıb. Sadəcə, hər kəs təhlükəsizlik qaydalarına riayət etməlidir. Məsələn, belə hava şəraitində ən çox telefonlardan istifadə edirlər, amma bu, çox təhlükəlidir. Ənənəvi səhvlərdən biri də ağacların altında daldalanmaqdır. Bu da olmaz, çünki ağaclar ildırımı özünə çəkə bilir.

İldırım çaxması Bakıda çox tez-tez müşahidə olunmasa da, güclü ildırım çaxması halları olur. Burada ildırımçaxma hallarının il ərzində nisbətən az olmasının səbəbi odur ki, Bakı dəniz sahilindədir. Dəniz də öz növbəsində qalxan hərəkətləri bir qədər yavaşladır. Düzdür, bu o demək deyil ki, ildırım olmur, o deməkdir ki, ildırımçaxmaların sayını azaldır. Buna görə də Bakıda ildırımlı günlərin sayı nisbətən azdır. Güclü ildırım çaxmaları isə müşahidə olunub və olunacaq.

Ümumiyyətlə, şimşəkçaxma hallarının çox olması üçün, əsasən, dağlıq və dağətəyi ərazilər çox əlverişlidir, bir də aran rayonlarımız. Bu ərazilərdə Abşerona nisbətən daha çox ildırım çaxmalarının qeydə alınmasının səbəbi də dənizdən uzaq olmalarıdır. Dənizdən uzaq ərazilərimizdə qalxan hərəkətlər üçün, yəni konveksiya axınları üçün daha əlverişli şərait var", - deyə C.Əliyev vurğulayıb.

Bəs ildırımdan necə qorunmalı? Belə bir sualla Fövqəladə Hallar Nazirliyinə müraciət etdik. Qurumun mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, bu barədə nazirliyin saytında geniş izah verilib və insanların maariflənməsi üçün videoçarxlar çəkilib.

Qurumun tövsiyələrinə görə, ildırım zamanı:

- qazı bağlayın, elektrik cihazlarını şəbəkədən ayırın;

- evin pəncərə və qapılarını örtün, pəncərənin qarşısında dayanmayın;

- telefonla danışmayın;

- elektrik xətti, ildırımötürən, navalça və antenə yaxınlaşmayın;

- daldalanmaq üçün hündür ağacların altında gizlənməyin;

- ⁠nəzərə alın ki, ildırım düşməsi ağacların hündürlüyü ilə düz mütənasibdir. Belə ki, məsələn, ağacın hündürlüyü dörd metrdirsə, həmin ağacdan ən azı dörd metr aralı dayanmaq lazımdır;

- düzəngahdasınızsa, yüksək nöqtə kimi ildırımı cəlb etməmək üçün çuxurda çöməlib dizlərinizi qucaqlayaraq oturun;

- yüksəklikdəsinizsə, çökək yerə enin;

- su hövzəsində çimirsinizsə və ya qayıqdasınızsa, dərhal sahilə çıxın;

- yadda saxlayın ki, metal əşya ilə təmas təhlükəlidir (o cümlədən, saat, sırğa, üzük, idman əşyaları və s.);

- avtomobildəsinizsə, hərəkəti dayandırın, onu tərk etmədən şüşələri qaldırıb ildırımın bitməyini gözləyin;

- bağlanan şüşələri olmayan nəqliyyat vasitəsindəsinizsə (bəzi kənd təsərrüfatı texnikası, motosiklet, velosiped və s.), dərhal düşün və ən azı 30 metr aralanın;

- qrup halındasınızsa, aranızda ən azı 1,5 metr məsafə saxlayın.

Təhlükə zamanı "112"yə zəng edin.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1157   Tarix: 01 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azyaşlı bağçada döyülüb? - Foto-Video

Sumqayıtda fəaliyyət göstərən "Nauka Tədris Mərkəzi"ndə azyaşlının döyüldüyü iddia edilir. Bu barədə "Qafqazinfo"ya bağçanın yay düşərgəsində oğlunun zorakılığa məruz qaldığını iddia edən valideyn Nuranə Mehraliyeva bildirib. Onun sözlərinə görə, hadisə nəticəsində uşağın üz və bədə

16:55 143
.

Kirayə yolu ilə mənzilə sahib olmaq ipotekadan nə ilə fərqlənir?

"Kirayə yolu ilə mənzilə sahibolma vətəndaşın mənzildə kirayəçi kimi yaşaması və müqavilə üzrə aylıq ödənişlərini vaxtında həyata keçirməsi nəticəsində müəyyən müddətin sonunda həmin mənzilin mülkiyyət hüququnu əldə etməsinə imkan verən mexanizmdir". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələlər

14:39 175
.

AzTU-da elektron diplomlar verilir - Rektor ilk diplomları imzaladı

İyulun 30-da Azərbaycan Texniki Universitetində (AzTU) elektron diplomların verilməsinə başlanılıb. "Qafqazinfo" xəbər verir ki, proses "Təhsil haqqında" Qanunun 27-ci maddəsinə, həmçinin Nazirlər Kabinetinin təsdiq etdiyi "Ali təhsil pilləsinin bakalavriat, əsas (baza ali) tib

14:06 159
.

Süni intellektə etibar etmək olarmı? Şəxsi məlumatlar nə dərəcədə qorunur?

Son illərdə süni intellekt əsaslı platformalardan istifadə sürətlə artıb. İnsanlar bu sistemlərdən təkcə məlumat almaq üçün deyil, həm də şəxsi problemlərini bölüşmək, sənədlərini yoxlatdırmaq, hətta iş və maliyyə ilə bağlı məsləhətlər almaq üçün istifadə edirlər. Bu isə vacib bir sualı gündəmə gətirir

12:22 161
.

"Cəbiş müəllim"in qızı banka etiraz etdi - Bu reklama görə

"Bizim Cəbiş müəllim" filminin məşhur obrazından reklam çarxında istifadə edilib. "Qafqazinfo" xəbər verir ki, "Rabitəbank" tərəfindən hazırlanan reklamda Cəbiş müəllim obrazı pul krediti şərtlərinin təqdimatını edir. Süni intellektlə hazırlanan videonun prosesi zamanı müəlli

13:30 243
.

Azərbaycan və Qırğızıstan iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edir

İyulun 30-da Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasına dövlət səfərinə gəlib. Bu səfər iki ölkə arasında yaranmış sıx dostluğun, əməkdaşlığın, qardaşlığın nümunəsidir. Səfərin məqsədi hər iki ölkənin hər sahədə gələcək inkişafını daha yüksək səviyyəyə çatdırmaq, xalqların birliyini, dostluğun

15:42 142
.

HƏMAS-ın tərksilah planı açıqlandı: Silahlar Milli Qəzza Komitəsinə veriləcək

Fələstinin HƏMAS hərəkatının tərksilah edilməsi planı, BMT Təhlükəsizlik Şurasının qətnaməsinə və ABŞ Prezidenti Donald Trampın münaqişəyə son qoyulması ilə bağlı planına uyğun olaraq, bu ilin yanvar ayında yaradılmış Milli Qəzza İdarəetmə Komitəsinə silahların təhvil verilməsini nəzərdə tutur. xəbə

11:12 137
.

The Guardian: "Kubada enerji böhranı su qıtlığını daha da dərinləşdirir"

Kubada uzun müddətdir davam edən elektrik kəsintiləri ölkədə içməli su problemini də ağırlaşdırıb. The Guardian yazır ki, elektrik enerjisinin olmaması səbəbindən su nasosları işləmir və milyonlarla insan gündəlik su tələbatını qarşılamaq üçün uzun məsafələr qət etməyə məcbur qalır. Nəşrin məlumatın

15:37 152
.

Bakıdakı bu universitet bağlandı

Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb. Axşam.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, akkreditasiya təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunu

10:40 193
.

TOP MP3