Gənclərin iş həyatına keçidi asanlaşdırılmalıdır - TƏKLİF

Gənclərin iş həyatına keçidi asanlaşdırılmalıdır - TƏKLİF"Gənclərin gələcəklə bağlı narahatlığının arxasında həm həyatın real çətinlikləri, həm də özlərindən gözlədikləri ilə mövcud imkanları arasındakı fərq dayanır".

Bu sözləri BiG.AZ-a açıqlamasında psixoloq Elnur Rüstəmov bildirib. O qeyd edib ki, gənclik insanın peşəsini, cəmiyyətdə yerini və müstəqil həyatını qurmağa çalışdığı dövrdür:

"Bu mərhələdə "İş tapa biləcəyəmmi?", "Özümü təmin edə biləcəyəmmi?", "Seçdiyim yol doğrudurmu?" kimi sualların yaranması təbiidir. Lakin gələcəklə bağlı çoxsaylı sualın eyni vaxtda cavabsız qalması narahatlığı gücləndirə bilər. İş tapmaq məsələsi gənc üçün yalnız gəlir əldə etmək demək deyil. Bu, həm də aldığı təhsilin qarşılığını görmək, bacarıqlarının qəbul olunduğunu hiss etmək və özünə inam qazanmaqdır. İş axtarışının uzanması, təcrübə tələbləri və gözləntilərə uyğun imkanların məhdudluğu bəzən "Hələ uyğun iş tapmamışam" düşüncəsini "Mən bacarıqsızam" qənaətinə çevirir. Halbuki əmək bazarında yaşanan çətinlik insanın şəxsi dəyərinin göstəricisi deyil. Maddi müstəqillik də mühüm amildir. Gənc öz qərarlarını vermək, ailəsinə yük olmamaq, yaşayışını təmin etmək və gələcəyini planlaşdırmaq istəyir. Bu arzuların reallaşması çətinləşəndə həyatının sanki təxirə düşdüyünü hiss edə bilər. Ona görə də bu narahatlığı yalnız özünəinamın zəifliyi ilə izah etmək doğru olmaz".

Müsahibimiz əlavə edib ki, iş imkanları, gəlirlə xərclər arasındakı münasibət və inkişaf perspektivləri də nəzərə alınmalıdır:

"Uğursuzluq qorxusu isə bəzən nəticənin özündən çox, həmin nəticəyə veriləcək qiymətlə bağlı olur. "Alınmasa, nə öyrənərəm?" sualının yerini "Alınmasa, haqqımda nə düşünərlər?" sualı tutur. Ailədə və sosial mühitdə səhvə yer verilməyəndə gənc seçim etməkdən, təşəbbüs göstərməkdən çəkinə bilər. Beləcə, uğursuzluqdan qorunmaq cəhdi onun təcrübə və inkişaf imkanlarını daraldır. Sosial müqayisə bütün bu təzyiqləri artıra bilər. Sosial şəbəkədə gənc başqasının uğurunu görür, amma həmin uğura gedən yolun çətinliklərini, ailə dəstəyini və uğursuz cəhdlərini çox vaxt görmür. Öz həyatının bütün çətinliklərini başqasının seçilmiş uğurlu anları ilə müqayisə edir. Nəticədə "Hamı irəliləyir, mən isə gecikirəm" hissi yarana bilər. Halbuki eyni yaşda olmaq eyni başlanğıc imkanlarına sahib olmaq demək deyil. Burada ailələrin münasibəti xüsusilə əhəmiyyətlidir. "Filankəs artıq iş tapıb, sən niyə tapa bilmirsən?" kimi müqayisələr əvəzinə, "Hansı çətinliklə qarşılaşırsan, növbəti addımın nədir, sənə necə dəstək ola bilərik?" yanaşması daha faydalıdır. Dəstək gəncin yerinə bütün problemləri həll etmək deyil; onun qərar verməsinə, məsuliyyət götürməsinə və səhvlərindən öyrənməsinə imkan yaratmaqdır".

Elnur Rüstəmov vurğulayıb ki, təhsil müəssisələri və işəgötürənlər də təcrübə, karyera istiqamətləndirilməsi və ilk iş imkanları ilə bu keçidi asanlaşdıra bilərlər:

"Gənclərə isə gələcəyi bir dəfəyə həll etməli olduqları böyük problem kimi deyil, mərhələli şəkildə qurulan proses kimi görməyi tövsiyə edərdim. Konkret bacarıq qazanmaq, təcrübə toplamaq, real iş planı hazırlamaq və kiçik addımların nəticəsini izləmək nəzarət hissini gücləndirə bilər. Narahatlıq yuxuya, diqqətə, münasibətlərə və gündəlik fəaliyyətə davamlı mane olursa, psixoloji dəstək almaq məqsədəuyğundur.
Əsas məsələ gəncə "Narahat olma" deməklə kifayətlənməməkdir. Onun narahatlığını dinləmək, real maneələri anlamaq və çıxış yollarını birlikdə müəyyənləşdirmək lazımdır. Gəncin gələcəyə inamı həm öz bacarıqlarına güvənəndə, həm də həmin bacarıqları həyata keçirmək üçün imkan gördükdə möhkəmlənir".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 120   Tarix: 22 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi

Elçin Mustafa oğlu Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o, 2024-cü ildə dövlət başçısının Sərəncam

12:48 0
.

Prezident bu sazişi təsdiq etdi

"Azərbaycan Respublikası Hökuməti ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb. Qanuna əsasən, sentyabrı

21.10.2026 389
.

"Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğu yaradılır

"Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğu yaradılır. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Xocavənd rayonunda yerləşən Azıx və Tağlar mağara düşərgələrinin ərazisi "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğ

21.10.2026 317
.

Fatih Terim "Tuzlu kahve"də çəkiləcək?

Türkiyə milli futbol komandasının keçmiş baş məşqçisi Fatih Terim "Tuzlu kahve" serialında rol alacaq. Axşam.az xəbər verir ki, iddiaların yaranmasına səbəb məşqçinin serialda Hatun Aydınoğlu obrazını canlandıran Binnur Kayanın paylaşımına "Ümid edirəm, yaxın zamanda sizinlə bir duzl

21.10.2026 260
.

Tünzalənin özünə 50 yaş hədiyyəsi

Xalq artisti Tünzalə Ağayeva 50 illik yubileyini xüsusi bir musiqi hədiyyəsi ilə qeyd edib. Axşam.az xəbər verir ki, müğənni yaş günündə özünə yeni mahnı hədiyyə edib. "100 dəfə 100 dəfə" adlanan mahnının musiqisi Tünzalənin özünə, sözləri isə Cavid Şahbazbəyova məxsusdur. Qeyd edək ki, yen

21.10.2026 390
.

Yaşayış binalarında elektrik sobalarına keçid tələbi

Yaşayış binalarında elektrik sobalarına keçid tələbi qoyulur. APA-ya istinadən xəbər verir ki, bu, "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" sənədində əksini tapıb. Sənədə əsasən, təbii qazla işləyən avadanlıqların elektrikləşdirilməsi çərçivəsində 2035-ci ilədək yaşayı

12:19 59
.

Qadınların ən uzun yaşadığı ölkələr açıqlandı (SİYAHI)

Dünyada qadınların ən yüksək ömür uzunluğuna malik olduğu ölkələr açıqlanıb. Siyahının zirvəsindəki ölkə isə çoxlarının ilk ağlına gələn yerlərdən biri olmaya bilər. Qaynarinfo xəbər verir ki, Avropanın kiçik ölkələrindən Asiyanın inkişaf etmiş iqtisadiyyatlarına qədər uzanan bu sıralama qadınların ort

21.10.2026 361
.

Ərdoğan İlham Əliyevə zəng etdi

Oktyabrın 21-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. "Qafqazinfo" xəbər verir ki, telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərini, regional və qlobal məsələləri müzakirə ediblər. Prezident Rəcəb Tayyi

21.10.2026 395
.

Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı

Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista

11:47 108
.