Mərhum sənətkarın oğlu: "Ölümündən altı ay əvvəl yaşananlar bizə hələ də qaranlıq qalır"

Mərhum sənətkarın oğlu: "Ölümündən altı ay əvvəl yaşananlar bizə hələ də qaranlıq qalır""Aktyor var ki, Xalq artistidir, oynadığı rolların sayı-hesabı yoxdur, amma yaddaşlarda qalmayıb. Aktyor da var ki, bir rolu ilə tanınıb və bu gün də sevilir. Mənim atam da həmin aktyorlardan olub. Baxmayaraq ki, uzun müddət teatrda fəaliyyət göstərib, amma "Bəyin oğurlanması" filmindəki Ələsgər rolu ilə bu gün də tamaşaçılara xatırlanır. Halbuki o filmdə də epizodda oynayıb. O, elə bir sənətkar olub ki, rolları onu hər zaman yaşadıb və yaşadacaq. Adı hər zaman mənə dayaq olub, köməyimə gəlib".

Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist, mərhum sənətkar Ələsgər Məmmədoğlunun oğlu Ceyhun Məmmədov deyib.

Aktyorun oğlu deyir ki, atası insanlarla daim sıx əlaqədə olub.

"İnanın, biz şəhərə çıxanda hamı gəlib başına yığışırdı. Hər kəs onu sevdiyini bildirib, şəkil çəkdirirdi. Xalqın içərisində olan adam idi. Xəstəliyi ilə bağlı onu İrana müalicəyə aparmışdıq. Bir də gördük ki, otelin qarşısında nə qədər sevənləri gəlib. Eşidiblər ki, Ələsgər Məmmədoğlu İrandadır, sevinərək otelə gəliblər. "Bəyin oğurlanması" filmindəki "Ay Ələsgər" səsini maşınlara siqnal əvəzi qoymuşdular. Bilirdilər ki, harada yaşayır, binamızın qarşısından keçəndə bilərəkdən həmin siqnalı səsləndirirdilər. Bir dəfə də taksiyə minib. Sürücü həmin siqnalı verib. Atam irad tutub ki, niyə qəfil siqnalı verib, insanları qorxudursuz? Sürücü deyib ki, mən o siqnala 300 manat pul vermişəm. Atam zarafatca deyib ki, mənə 150 manat verərdiniz sizin üçün deyərdim də", - deyə sənətkarın oğlu bildirib.

Ceyhun Məmmədov deyir ki, atası üçün heç vaxt rolun böyüyü-kiçiyi olmayıb.

"O illərdə bilirsiniz ki, tanınmaq, sevilmək çətin idi. Çünki hər biri peşəkar sənətkarlar idi. Onların içərisində baş çıxarmaq müşkül məsələ idi. Amma atam bunu bacarmışdı. Həmişə deyirdi ki, sənətimi təmənnasız sevirəm, hətta pul verməsələr belə, səhnəyə çıxıb oynayaram. Fəaliyyəti boyu daha çox epizodik rollar oynamasına baxmayaraq heç vaxt şikayət etməzdi. Hətta şükür edirdi. Onun son videosu var, gəlib teatrda dostları ilə görüşür. Sanki ürəyinə dammışdı ki, o, sonuncu dəfə onları görür. Sənət yoldaşlarından biri ondan soruşur ki, nə demək istərdin dostlarına? Deyir ki, çalışın xəstələnməyin, sağlam olun. Biz onun həmin görüntüsünə baxa bilmirik", - deyə sənətkarın oğlu bildirib.

Ceyhun Məmmədov atasının arzularından da danışıb.

"Həmişə deyirdi ki, kaş sənin toyunu görərdim. Biz övladlarından nigaran getdi. Xəstə olanda da ona demədik ki, xəstəsən. Xəstəliyini ondan gizlətdik, amma hiss edirdi. Hər şey 40 günün içində oldu. Həmişə soruşurdu ki, sağalacağam? Deyirdik ki, hə, 40 günə sağalacaqsan. İrana apardıq onu, orada da dedilər ki, artıq gecdir. Ölümündən 6 ay əvvəl müayinədən keçmişdi, hər şey yaxşı idi. Bu, bizə hələ də qaranlıq qalır. Danışa-danışa, gülə-gülə keçindi", - deyə sənətkarın oğlu bildirib.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1420   Tarix: 02 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.