Əhmədin xüsusi amansızlıqla qətlə yetirdiyi ailə üzvlərinin məzarları - VİDEO, FOTOLAR

Əhmədin xüsusi amansızlıqla qətlə yetirdiyi ailə üzvlərinin məzarları - VİDEO, FOTOLARFevralın 13-də paytaxtın Xətai rayonunda ailə üzvlərini xüsusi amansızlıqla qətlə yetirən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlunun 31 mayda xüsusi tibb müəssisəsinə yerləşdirildiyi barədə artıq məlumat verilib.

Xatırladaq ki, ikisi uşaq olmaqla beş nəfər ailə üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovun dəhşətli cinayəti anlaqsız vəziyyətdə törətdiyi barədə rəy açıqlanıb.

25 yaşlı Ə.Əhmədov barəsində Xətai Rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Xətai Rayon Məhkəməsi prokurorluğun təqdimatı əsasında belə qərar qəbul edib.

Musavat.com Əhməd Əhmədovun Hövsandakı qəbiristanlıqda dəfn edilən ailə üzvlərinin məzarlarının foto və videoçəkilişini təqdim edir.

Ürəkparçalayan kadrları oxucularımıza təqdim edirik.

Azyaşlılar analarının yanında dəfn edilib, bütün ailə üzvlərinin məzarları götürülüb, qəbirlər üzərində şeir parçaları yazılıb.

Allah rəhmət eləsin!

Məlum olduğu kimi, Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Ə.Əhmədov ekspert rəyləri ilə cəmiyyət üçün təhlükəli olduğu üçün təhlükəsizlik tədbirlərinin görülməsi qaçılmaz olub. O, saxlanıldığı istintaq təcridxanasından birbaşa xüsusi tibb müəssisəsinə etap edilib.

Təkrar ekspertiza rəyinə əsasən, Əhmədin hadisəni anlaqsız vəziyyətdə törətdiyi təsdiqini tapıb. Hazırda cinayət işi üzrə ibtidai istintaq hərəkətləri aparılır.

Qanuni qüvvəyə minmiş məhkəmə hökmünə qədər Ə.Əhmədov haqda xüsusi tibb müəssisəsinə yerləşdirmə təhlükəsizlik tədbiri qüvvədə qalacaq. Həmin vaxtdan sonra Əhmədovun gələcək taleyinə aydınlıq gətiriləcək.

Əhmədin xüsusi amansızlıqla qətlə yetirdiyi ailə üzvlərinin məzarları - VİDEO, FOTOLARƏhmədin xüsusi amansızlıqla qətlə yetirdiyi ailə üzvlərinin məzarları - VİDEO, FOTOLARƏhmədin xüsusi amansızlıqla qətlə yetirdiyi ailə üzvlərinin məzarları - VİDEO, FOTOLAR


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1447   Tarix: 02 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda evdə soyuducuya görə dava: 65 yaşlı kişi gəlinini döydü

Bakıda 65 yaşlı kişi gəlinini döyüb. -ın məlumatına görə, hadisə Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində baş verib. Qəsəbə sakini, 1961-ci il təvəllüdlü Akif Ramazanovun (ad və soyadlar şərtidir) oğlu Sakit və Aqil ailə qursalar da, bir müddət ata evində yaşayıblar. Bir müddətdən sonra Sakit qonşuluqd

21.10.2026 441
.

Xəyyamın beşinci övladı doğulub

Əməkdar artist Xəyyam Nisanovun beşinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Kəşfət" proqramında danışıb. O, beşinci övladının da oğlan olduğunu bildirib. "Bu il bir övladım da dünyaya gəlib. Hər il mənim üçün önəmli və fərqlidir. Mənə ən çox kiçik qızım bənzəyir"

21.10.2026 495
.

Tünzalənin özünə 50 yaş hədiyyəsi

Xalq artisti Tünzalə Ağayeva 50 illik yubileyini xüsusi bir musiqi hədiyyəsi ilə qeyd edib. Axşam.az xəbər verir ki, müğənni yaş günündə özünə yeni mahnı hədiyyə edib. "100 dəfə 100 dəfə" adlanan mahnının musiqisi Tünzalənin özünə, sözləri isə Cavid Şahbazbəyova məxsusdur. Qeyd edək ki, yen

21.10.2026 379
.

Fatih Terim "Tuzlu kahve"də çəkiləcək?

Türkiyə milli futbol komandasının keçmiş baş məşqçisi Fatih Terim "Tuzlu kahve" serialında rol alacaq. Axşam.az xəbər verir ki, iddiaların yaranmasına səbəb məşqçinin serialda Hatun Aydınoğlu obrazını canlandıran Binnur Kayanın paylaşımına "Ümid edirəm, yaxın zamanda sizinlə bir duzl

21.10.2026 259
.

Saç tökülməsinə qarşı kökündən HƏLL YOLU

Kişilərdə saç tökülməsinin müalicəsi üçün hazırlanan yeni dərman klinik sınaqlarda müsbət nəticələr göstərib. Tədqiqat zamanı preparatın saçların sayını artırmağa kömək etdiyi müəyyənləşdirilib. BİG.AZ xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. ABŞ-ın Veradermics şirkəti tərəfində

21.10.2026 389
.

Leyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin

10:41 135
.

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - Siyahı

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxslər" siyahısına daxil edib. xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının suverenliyinə, milli təhlükəsizliyinə

21.10.2026 287
.

Azərbaycanı "ikinci Ukrayna" ilə hədələyənlər Türkiyənin aqibətini düşünsünlər!

Azərbaycanı "Ukrayna aqibəti" ilə hədələyənlərin diqqətinə!. Türkiyənin "Yeni Şəfəq" qəzeti Ankara-Bakı münasibətlərinə dair növbəti - son həftələrin isterik fonunda Türkiyə mediasında yazılan bəlkə də yüz birinci - məqaləsini dərc etdi. Normalda, bunu media səhifələrində hər gü

21.10.2026 416
.

Dondurulmuş çörəyi yenidən yumşaq etmək üçün mütəxəssis məsləhəti

Dondurucuda saxlanılan çörəyi yenidən yumşaq və xırtıldayan hala gətirmək mümkündür. Mütəxəssislər bunun üçün bir neçə sadə üsul açıqlayıblar. xarici mediaya istinadən xəbər verir ki, çörəyi dondurmaq onun xarab olmasının qarşısını almağın və qida israfını azaltmağın ən asan yollarından biridir. Mütəxəssisləri

21.10.2026 358
.