Universtetlərdə bu ixtisaslar LƏĞV OLUNA BİLƏR - AÇIQLAMA

Universtetlərdə bu ixtisaslar LƏĞV OLUNA BİLƏR - AÇIQLAMAAli təhsil müəssisələrində kadr hazırlığı zamanı bir-birini təkrarlayan universitetlər və fakültələr mövcuddur. Azərbaycan Dövlət Pedaqoji Universitetindü müəllimlik ixtisası tədris olunursa, bu peşə digər ali məktəblərdə də tədris olunur. O cümlədən bunu hüquqşünaslıq, humanitar yönümlü ixtisaslar daxildir. Belə olan halda əmək bazarında ciddi geriləmə yaranır və universiteti bitirən məzunlar özlərinə iş tapa bilmirlər. Belə olan halda, Azərbaycanda hansı fakültələr ləğv edilə bilər?

Mövzu iləağlı Sonxeber.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, bir-birini təkrarlayan, lazımı maddi- texniki bazaya, müvafiq infrastruktura, peşəkar pedaqoji potensiala malik olmayan, sağlam rəqabətə dözməyən və xüsusi ilə də əmək bazarının tələbinə cavab verməyən ixtisaslar üzrə kaadr kazırlığı həyata keçirilməməlidir:

"Hazırda ali təhsil müəssisələrində bir birini təkrar edən, yaxın ixtisaslar var. Onların ayrı ayrı ad altında fəaliyyət göstərməsi məqsədə müvafiq deyil. Müasir tələbata uyğun olmayan ixtisaslar təsnifatdan çıxarılıb və əmək bazarının tələbatına uyğun bir sıra yeni ixtisaslar əlavə edilib. Məqsəd müasir əmək bazarının tələblərinə uyğun yeni məzmunlu təhsil proqramlarının hazırlanmasıdır. Əvvəllər hər bir sahədə yalnız insanların əməyi lazım olurdusa, texnologiyanın inkişaf etdiyi bir zamanda çox işçi qüvvəsinə ehtiyac qalmır.
Xüsusi ilə qeyd edim ki, tibb üzrə oxuyan tələbələrin yiyələndiyi ixtisasın məzun olduqdan sonra cəmiyyətə lazımsız olduğunu görürük. Bir çox fakültələrdən məzun olan insanların sonrakı fəaliyyəti ilə bağlı analiz göstərir ki, 20-30 il ərzində oxuduqları ixtisaslar üzrə aldıqları təhsil bu gün və ya sabah lazımsız olur. Onlar üçün həm iş yerləri tapmaq çətin olur, həm də əlavə sosial problemlər yaradır. Nəyə görə hüquqşünas, diplomat nüfuzlu ixtisas olmalıdır, zootexnik, baytar nüfuzsuz? Axı niyə biz meyvə bağlarımıza aqrotexniki xidmət göstərilməsi sirlərinə yiyələnmək üçün Hollandiya və ya digər başqa bir ölkədən mütəxəssis cəlb etməliyik? Bəzi insanlar bəzi ixtisasların aktuallığının tamamilə itirdiyini və bu istiqamətdə kadr hazırlığına ehtiyac qalmadığını düşünürlər, vəziyyət isə başqadır".

Ekspert vurğulayıb ki, bir çox ixtisaslar üzrə həm peşə məktəblərində, həm kolleclərdə, həm də ali təhsil müəssisələrində kadr hazırlığı həyata keçirilir və bu zaman əlavə təkrarçılığa və əlavə məsrəflərə yol verilir:

"Elə ixtisaslar var ki, buna yiyələnmək üçün təhsilin elə bir pilləsi, aşağı-peşə və ya orta ixtisas-kollec təhsili də kifayət edər. Bu həm də peşə məktəblərində, kolleclərdə canlanma yaradar. Nəticədə ali məktəblərimizin xidmətinə ehtiyac duyulmayan işsizlər ordusu yetişdirməsinə də ehtiyac qalmaz. Texnologiya nə qədər inkişaf etsə də, robotlar insan işini görsələr də yerli mütəxəssisin bir işə can yandırmağı başqa məsələdir. Ekspertimiz də elə onu deyir. "Məgər bizə zootexnik, baytar, aqronom lazım deyil? Hesab edirəm ki, iqtisadiyyatımızın dinamik inkişafı naminə, sosial ədalət və sosial rifah naminə bütün ixtisaslara və peşələrə eyni gözlə baxmalıyıq. Bunun üçün kifayət qədər müxtəlif üsul və vasitələr, habelə stimullaşdırıcı imkanlar axtarıb tapmaq olar. Bununla belə, bütün hallarda tələb və təklif prinsipi əsas götürülməlidir.Bir qayda olaraq oğlan abituriyentlər texniki və iqtisad, qız abituriyentlər isə humanitar ixtisaslara üstünlük verir. Bununla belə ixtisas saçimində müəyyən məqam və nüanslar var ki, bunu da seçimin məhz abituriyentin sırf maraq və istəkləri ilə əlaqələndirmək düzgün olmazdı. Belə ki, arzu və istəklərin fərqli olması, gənclərin ən yaxşı bildikləri fənnin daha çox əhəmiyyət kəsb etdiyi ixtisas qrupuna üstünlük verməsi, valideyn və repetitor reaksiyası və təsiri, ödənişin olub-olmaması və ya azlığı, çoxluğu, regional xüsusiyyətlər, gələcəkdə işlə təmin olunmaq, erkən karyera qurmaq perspektivləri, keçid balının əlçatanlığı, plan yerlərinin limiti və digər şərtlər də abituriyentin ixtisas seçiminə təsirsiz ötüşmür".

Kamran Əsədovun sözlərinə görə, dünyada gedən qlobal prosesləri dərindən təhlil etdikdə o qənaətə gəlmək olar ki, bu fikirlər köhnəlib. 50 il bundan qabaq deyilsəydi, aktual görünərdi:

"Bir ara insanlar elə hesab edirdilər ki, texniki elmlər həlledici rol oynayır, humanitar sahəyə isə diqqət azalıb, arxa plana keçib. Hətta ortaya suallar çıxırdı ki, fəlsəfə elmdirmi, lazımdır, ya yox? Yeni qloballaşmanın gətirdiyi problemlər onu göstərir ki, beyni artıq informasiya ilə yükləyən elmlər sıradan çıxacaq. Hansılar ki, bir mövzunu öyrənmək üçün saysız -hesabsız nəzəriyyələri qədimdən indiyə kimi öyrədirlər. Bunlar insanın beynini lazımlı və lazımsız informasiyalarla yükləyir. Tələbələr elə kitab olur oxuyur, əzbərləyir ki, imtahan verib canını qurtarsın. Məsələn, "Ustad məktəbi"deyilən bir modelim var. Aşıq Ələsgər ustad yanında şagird olub. Heç bir universitet bitirməyib, amma yüzlərlə universitet qurtarandan savadlıdır. Daha dərindən bildiyi məsələlər var idi. Çünki ustad həmişə şagirdin beynində ən vacib informasiyaları yerləşdirir. Sonra beyin işləyir, özü qalan şeyləri dartıb gətirir. Çində, Yaponiyada qədimdən bu üsul öndə olub. Bunlar doğru strateji yoldur. Yəni prinsip belədir ki, beyində əsas, vacib baza informasiyalarını yerləşdirmək. Qalan şeyləri beyin özü axtarıb tapacaq. Yeni dövr bunu zəruri hesab edir. Buna görə hansı fənlərin sıradan çıxacağını bir-bir saymıram. O fənlər ki, faydasız informasiyalarla beyni doldurur onlar olmayacaq. Min illər əvvəl çox önəmli ixtira arasında yüz illərlə yol gedilirdisə, indi iki böyük kəşf arasında gedilən yol aylarla, günlərlə ölçülür. Yəni, hazırda aprel ayını yaşayırıq, amma mayda elə güclü ixtira ola bilər ki, o bəşəriyyəti tamamilə dəyişsin. Məsələn, indi telefonlardan fotoaparat kimi istifadə edə bilərik. Amma 150 il foto sənayedə "Kodak", "Alfa" firmaları hegemon idi; lentli fotoaparatlar istehsal edirdilər. Amma son 10 ildə onların hamısı sıradan çıxdı, çünki rəqəmli fotaparatlar yarandı. Bu baxımdan gələcəkdə Azərbaycanda da hansısa ixtisaslar, sənətlər sıradan çıxacaq və yeniləri yaranacaq.

Ekspert deyib ki, 50 il bundan qabaq ali təhsil almaq, yəni 5 il oxumaq 25-35 il ondan istifadə etməyə bəs edirdi. İndi isə öz ixtisasımızı ən azı 4-5 dəfə dəyişməliyik:

"Bir ali təhsil kifayət etmir. Məsələn, mən güman edirəm ki, gələcəkdə taksi sürücüləri yoxa çıxacaq. Çünki maşınlar elektronlaşacaq. Əslində, avtomobil olmayacaq, 4 təkər üzərində kompüter olacaq, yəni maşının sükanı olmayacaq. Buna görə şoferə ehtiyac qalmayacaq. Proqram olacaq, qoşacıq maşın özü bizi aparacaq. "Asan xidmət" çox şeyi dəyişdi. Onun kimi informasiya kommunikasiya sına dayanan yeni xidmətlər əmələ gələcək. Elektron hökümət olacaq ki, məmura çox da ehtiyac qalmayacaq. Bu problem televeziyalarda müzakirəyə qoyulmur. Bəs əhali necə dolanacaq? Variantlardan biri budur ki, 2 günlük istirahət həftəsindən 3 günə keçirilsin. 5,6 və bazar günlər insanlar işləməyəcək və yeni iş yerləri yaranacaq. Təbabət, təhsil sahələrində hələ texnoloji sinqulyarlıq görünmür. Əvvəlki üsulumuzla dərsimizi deyəcəyik. Amma burda yeni bir problem ortaya çıxacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1302   Tarix: 03 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Azərsun Holdinq"in dəstəyi ilə "Vikipediya"nın 25 illiyi qeyd olundu - Fotolar

"Azərsun Holdinq" doğma dilimizin qorunması və xüsusən də rəqəmsal məcrada inkişaf etdirilməsi məqsədilə layihələrini davam etdirir. Bu layihələr çərçivəsində şirkətlər qrupu "Vikimedia Azərbaycan" İstifadəçi Qrupu ilə birgə "Azərbaycan dilinin rəqəmsal ensiklopediyası: 25"

12:52 270
.

Şəhidin atası vəfat etdi - Foto

Vətən müharibəsi şəhidi, kapitan İlkin Nəcəfovun atası Misirxan Nəcəfov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, o, yaşadığı Salyan rayonunda dünyasını dəyişib. Qeyd edək ki, İ.Nəcəfov 1989-cu ildə Salyanın Şikarlı kəndində anadan olub. Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirdikdən sonr

12:18 281
.

Süni intellektlə təxribat törədənlər həbs olunacaq

Azərbaycanda süni intellektlə təxribat törədənlər həbs ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, Azərbaycan Respublikasını

13:33 251
.

"Əhmədin xəstəxanadan buraxılması tamamilə cəfəngiyyatdır" - Rəsmi

Baş Prokurorluq 5 ailə üzvünü qətlə yetirmiş Əhməd Əhmədovun həbsdən buraxılması ilə bağlı iddialara cavab verib. "Qafqazinfo" xəbər verir ki, açıqlamada deyilir:. "Bəzi sosial şəbəkə subyektləri tərəfindən 13.02.2024-cü il tarixdə paytaxtın Xətai rayonunda 5 nəfər ailə üzvünü qəsdən öldürmü

13:55 440
.

Simonyan: Qaz bahalaşarsa, Ermənistan AİB və KTMT-dən çıxa bilər

Ermənistan Parlamentinin sədri Alen Simonyan Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində Türkiyədə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb. xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb. Görüş zamanı Simonyan bildirib ki

11:43 208
.

Vado Karovinin "vurulmasında" korrupsiya izi

"Space" Televiziyasının baş direktoru Vado Korovin tutduğu vəzifədən azad olunmasının detalları bəlli olub. -nun xəbərinə görə, Vado Korovinin "vurulmasının" əsas səbəbi korrupsiya imiş. Belə ki, Korovin telekanal üçün ayrılan vəsaitlərin böyük əksəriyyətini müxtəlif vasitələrlə mənimsəyib

21:30 1
.

Tramp İranı atəşkəsi pozmaqda ittiham edib

ABŞ Prezidenti Donald Tramp İranı atəşkəsi pozmaqda ittiham edib. APA xəbər verir ki, o, bu barədə "Truth Social" hesabında yazıb. "İran atəşkəs rejimini dəfələrlə pozub", - Tramp bildirib. Qeyd edək ki, İran da ABŞ-ı dəniz blokadası tətbiq etməklə atəşkəsi pozmaqda günahlandırır

20:45 1
.

¼ finalda rekord göstərici - Yarımfinala bu nəticə ilə çıxdı - VİDEO

ATV-nin "Kəlmə-kəlməyə" meyxana şousunda sonuncu yarımfinalçının adı məlum olub. xəbər verir ki, ¼ mərhələnin son qarşılaşmasında meyxanaçılar Tərlan Xəlilov və Valeh Musayev üz-üzə gəlib. Gərgin keçən "söz savaşında" Tərlan Xəlilov rəqibini rekord göstərici ilə qabaqlayaraq adın

12:20 313
.

Yaponiyada 8 baldan yuxarı ZƏLZƏLƏ XƏBƏRDARLIĞI

Yaponiyada baş verən güclü zəlzələdən sonra daha böyük təkanlarla bağlı xəbərdarlıq edilib. xəbər verir ki, ölkənin şimal-şərq sahilləri yaxınlığında 7,7 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların episentri İvate prefekturası yaxınlığında, 10 kilometr dərinlikdə yerləşib. Zəlzələdən sonra mümkü

22:30 1
.

TOP MP3