"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti - "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti - "AzerGold Uzbekistan" təsis edilib"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb.

İki ölkə arasında dağ-mədən sənayesi və geoloji kəşfiyyat sahələrində strateji əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək yeni şirkətin əsas fəaliyyət istiqaməti Özbəkistanın Qaşqadərya vilayətində yerləşən "Akba" qızıl yatağının geoloji kəşfiyyatı, mineral ehtiyatlarının qiymətləndirilməsi və gələcək istismar imkanlarının müəyyənləşdirilməsi üzrə layihənin həyata keçirilməsidir.

Hazırda "Akba" qızıl yatağında geoloji kəşfiyyat işlərinin aparılması üçün zəruri icazələrin alınması üzrə prosedurlar həyata keçirilir. Özbəkistan hökumətinin müvafiq qərarı əsasında lisenziya əldə edildikdən sonra 18 ay davam etməsi nəzərdə tutulan geoloji kəşfiyyat işlərinə başlanılacaq.

Bu müddət ərzində yataq üzrə mövcud geoloji məlumatların təhlili, əlavə geoloji kəşfiyyat işlərinin aparılması, mineral ehtiyatların beynəlxalq "Joint Ore Reserves Committee" (JORC) standartlarına uyğun qiymətləndirilməsi, metallurgiya sınaqlarının keçirilməsi, ətraf mühitə təsirin qiymətləndirilməsi, eləcə də mümkün hasilat və emal texnologiyalarının araşdırılması nəzərdə tutulur. Yatağın sənaye miqyasında işlənməsinin texniki və iqtisadi baxımdan məqsədəuyğunluğunu qiymətləndirmək üçün yekun texniki-iqtisadi əsaslandırma hazırlanacaq. Nəticələrə uyğun olaraq, qızıl yatağının gələcək istismarına dair investisiya təklifi hazırlanaraq Özbəkistanın aidiyyəti dövlət qurumlarına təqdim ediləcək.

Xatırladaq ki, cari ilin 17 iyun tarixində "AzerGold" QSC ilə Özbəkistan Respublikasının Dağ-Mədən Sənayesi və Geologiya Nazirliyi arasında Qaşqadərya vilayətində yerləşən "Akba" qızıl yatağının birgə inkişafına dair çərçivə müqaviləsi imzalanıb. Sənəd iki ölkə arasında dağ-mədən sahəsində əməkdaşlığın genişləndirilməsi və yatağın potensialının qiymətləndirilməsi üçün hüquqi zəmin yaradıb.

Qeyd edək ki, "AzerGold" QSC-nin Özbəkistanda həyata keçirməyi planlaşdırdığı digər mühüm istiqamət ölkənin perspektivli mineral ehtiyatlarının birgə geoloji kəşfiyyatıdır. Bu məqsədlə 17 iyul 2026-cı il tarixində "AzerGold" QSC, "Uzbekgeologorazvedka" Səhmdar Cəmiyyəti və Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti arasında üçtərəfli əməkdaşlığın əsas şərtlərini müəyyən edən sənəd imzalanıb.

Layihə çərçivəsində Özbəkistanın Nəvai və Nurata şəhərləri arasında yerləşən perspektivli sahələrdə geoloji kəşfiyyat işlərinin aparılması məqsədilə birgə müəssisənin yaradılması nəzərdə tutulur. Hazırda müəssisənin təsis sənədlərinin razılaşdırılması və zəruri dövlət icazələrinin alınması istiqamətində müvafiq işlər davam etdirilir. Birgə müəssisə yaradıldıqdan sonra perspektivli sahələrdə geoloji tədqiqatların və kəşfiyyat işlərinin mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır. Layihə üzrə ilkin ikiillik dövrü əhatə edən geoloji kəşfiyyat və maliyyələşmə planı hazırlanıb. Tədqiqatların nəticəsində iqtisadi cəhətdən istismara yararlı mineral ehtiyatlar müəyyən edilərsə, tərəflər həmin yataqların birgə işlənməsi və müvafiq investisiya layihələrinin həyata keçirilməsi imkanlarına baxacaq. Bununla yanaşı, hazırda tərəflər arasında Azərbaycan və Özbəkistan ərazilərində yerləşən, qarşılıqlı maraq doğuran digər mineral yataqlarının birgə geoloji kəşfiyyatı və işlənməsi imkanları da müzakirə olunur.

"AzerGold" QSC-nin Özbəkistanda fəaliyyətə başlaması Azərbaycanın dağ-mədən sahəsində qazandığı institusional və texniki təcrübənin beynəlxalq əməkdaşlıq çərçivəsində tətbiqi baxımından mühüm addımdır. Həyata keçirilməsi nəzərdə tutulan təşəbbüslər ölkələr arasında iqtisadi tərəfdaşlığın daha da möhkəmləndirilməsinə, dağ-mədən sənayesi sahəsində bilik və təcrübə mübadiləsinin genişləndirilməsinə, eləcə də "AzerGold" QSC-nin beynəlxalq fəaliyyətinin yeni mərhələyə yüksəlməsinə töhfə verəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 137   Tarix: 21 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.