"Ermənistandan fərqli olaraq rəsmi Bakı okeanın o tayına boylanmır" - Politoloq

"Ermənistandan fərqli olaraq rəsmi Bakı okeanın o tayına boylanmır" - PolitoloqABŞ Prezidenti Cozef Bayden Bakı və İrəvan arasında sülh sazişinin Cənubi Qafqazı dəyişəcəyini deyib. O qeyd edib ki, eyni zamanda Azərbaycanın da regiondakı rolunu əsaslı şəkildə dəyişəcək.

Politoloq Elşən Manafov BiG.AZ-a bildirib ki, ABŞ prezidentinin sülh sazişinin imzalanmasından sonra Azərbaycanın regiondakı rolunun dəyişəcəyi ilə bağlı fikri hazırda regionda yaşanan proseslərə rəsmi Bakının təsir imkanlarına Vaşinqtondan olan baxışın göstəricisidir.ABŞ gerçəkdən bölgədə dayanıqlı sabitliyin bərqərar olmasında maraqlıdırsa, Ermənistanda iqtidara gətirdiyi rejimə təzyiq edib onu tez bir zamanda sülh müqaviləsinin imzalanmasına təhrik edə bilər:
"Ermənistandan fərqli olaraq rəsmi Bakı okeanın o tayına boylanmır" - Politoloq"Azərbaycan sülh sazişi imzalanmasa belə regionun lider dövlətidir,regionun UDM-nin 75% Azərbaycana aiddir,Ermənistan üzərində Azərbaycanın əldə etdiyi qələbədən sonra isə Azərbaycanın regional proseslərə təsir imkanlarının artması faktı beynəlxalq birlik tərəfindən qəbul edilir.Azərbaycanın Ermənistanla müharibədə əldə etdiyi qələbə regional geosiyasi dəyişikliklərə səbəb olub və kollektiv Qərb bu dəyişikliklərə müəyyən korrektələr etmək, regionun geosiyasi konfiqurasiyasını dəyişmək istəyir.Hazırda regionda yaşanan hadisələr xüsusilə Ermənistan və Gürcüstanda siyasi tərəflər arasında mübarizənin kəskinləşməsi beynəlxalq güclərin regional geosiyasi dəyişikliklərə nail olmaq istəklərindən irəli gəlir.Regionda geosiyasi maraqları olan tərəflər,xüsusilə Qərb Ermənistan və Gürcüstan vasitəsilə region ətrafı geosiyasi dəyişiklikləri həyata keçirmək istəyirlər.
Regiondakı dövlətlər sırasında məhz Azərbaycan müstəqil və suveren siyasət sərgiləyir,qərarlar qəbul olunarkən Ermənistandan fərqli olaraq rəsmi Bakı bu qərarlara Qərbdən reaksiyanın necə olacağını müəyyənləşdirmək üçün okeanın o tayına boylanmır.
Sülh müqaviləsi əlbəttə regional sabitliyin dayaniqlı olmasına öz təsirini göstərəcək,amma Azərbaycan qalib dövlətdir,müqavilənin imzalanmasında Ermənistan və onun Qərbdəki havadarları da maraqlı olmalıdırlar. Münasibətlərin normallaşdırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü 5 məlum şərt var,Erməni tərəfi daim bu şərtlərlə bağlı Qərblə məsləhətləşmələr aparır.ABŞ gerçəkdən bölgədə dayanıqlı sabitliyin bərqərar olmasında maraqlıdırsa, Ermənistanda iqtidara gətirdiyi rejimə təzyiq edib onu tez bir zamanda sülh müqaviləsinin imzalanmasına təhrik edə bilər.Amma təəssuf ki,digər beynəlxalq oyunçular kimi rəsmi Vaşinqton yenə ikili siyasət aparır və ədalətli sülhdə deyil,Qərbi razı salacaq müqavilənin mətni üzərində hələ də işləyir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 711   Tarix: 04 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda evdə soyuducuya görə dava: 65 yaşlı kişi gəlinini döydü

Bakıda 65 yaşlı kişi gəlinini döyüb. -ın məlumatına görə, hadisə Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində baş verib. Qəsəbə sakini, 1961-ci il təvəllüdlü Akif Ramazanovun (ad və soyadlar şərtidir) oğlu Sakit və Aqil ailə qursalar da, bir müddət ata evində yaşayıblar. Bir müddətdən sonra Sakit qonşuluqd

21.10.2026 441
.

Xəyyamın beşinci övladı doğulub

Əməkdar artist Xəyyam Nisanovun beşinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Kəşfət" proqramında danışıb. O, beşinci övladının da oğlan olduğunu bildirib. "Bu il bir övladım da dünyaya gəlib. Hər il mənim üçün önəmli və fərqlidir. Mənə ən çox kiçik qızım bənzəyir"

21.10.2026 495
.

Tünzalənin özünə 50 yaş hədiyyəsi

Xalq artisti Tünzalə Ağayeva 50 illik yubileyini xüsusi bir musiqi hədiyyəsi ilə qeyd edib. Axşam.az xəbər verir ki, müğənni yaş günündə özünə yeni mahnı hədiyyə edib. "100 dəfə 100 dəfə" adlanan mahnının musiqisi Tünzalənin özünə, sözləri isə Cavid Şahbazbəyova məxsusdur. Qeyd edək ki, yen

21.10.2026 379
.

Fatih Terim "Tuzlu kahve"də çəkiləcək?

Türkiyə milli futbol komandasının keçmiş baş məşqçisi Fatih Terim "Tuzlu kahve" serialında rol alacaq. Axşam.az xəbər verir ki, iddiaların yaranmasına səbəb məşqçinin serialda Hatun Aydınoğlu obrazını canlandıran Binnur Kayanın paylaşımına "Ümid edirəm, yaxın zamanda sizinlə bir duzl

21.10.2026 259
.

Saç tökülməsinə qarşı kökündən HƏLL YOLU

Kişilərdə saç tökülməsinin müalicəsi üçün hazırlanan yeni dərman klinik sınaqlarda müsbət nəticələr göstərib. Tədqiqat zamanı preparatın saçların sayını artırmağa kömək etdiyi müəyyənləşdirilib. BİG.AZ xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. ABŞ-ın Veradermics şirkəti tərəfində

21.10.2026 389
.

Leyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin

10:41 135
.

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - Siyahı

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxslər" siyahısına daxil edib. xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının suverenliyinə, milli təhlükəsizliyinə

21.10.2026 287
.

Azərbaycanı "ikinci Ukrayna" ilə hədələyənlər Türkiyənin aqibətini düşünsünlər!

Azərbaycanı "Ukrayna aqibəti" ilə hədələyənlərin diqqətinə!. Türkiyənin "Yeni Şəfəq" qəzeti Ankara-Bakı münasibətlərinə dair növbəti - son həftələrin isterik fonunda Türkiyə mediasında yazılan bəlkə də yüz birinci - məqaləsini dərc etdi. Normalda, bunu media səhifələrində hər gü

21.10.2026 416
.

Dondurulmuş çörəyi yenidən yumşaq etmək üçün mütəxəssis məsləhəti

Dondurucuda saxlanılan çörəyi yenidən yumşaq və xırtıldayan hala gətirmək mümkündür. Mütəxəssislər bunun üçün bir neçə sadə üsul açıqlayıblar. xarici mediaya istinadən xəbər verir ki, çörəyi dondurmaq onun xarab olmasının qarşısını almağın və qida israfını azaltmağın ən asan yollarından biridir. Mütəxəssisləri

21.10.2026 358
.