"Azərbaycan böyük quruculuq və bərpa prosesində müdafiə və təhlükəsizlik amilinə konseptual yanaşır"

"Azərbaycan böyük quruculuq və bərpa prosesində müdafiə və təhlükəsizlik amilinə konseptual yanaşır""Cənab Prezidentin 2021-ci il 2 fevral tarixli Sərəncamında da ifadə olunduğu kimi "qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən insanların vətənə qayıdışı təmin olunmalıdır". Böyük Qayıdışın uğurla reallaşdırılması üçün isə dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya zəruridir. Daha sadə desək, insanların təhlükəsiz yaşayışı təmin edilməli, Qarabağ və Şərqi Zəngəzur ölkənin ən abad guşələrindən birinə çevrilməlidir".

Bu sözləri BiG.AZ-a deputat Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, vətəndaşın layiqli həyat şəraiti dövlətimizin konstitusion səviyyədə təsbit edilmiş ali məqsədlərindən biridir. Ona görə də işğaldan azad olunmuş torpaqlarımızda ilk növbədə hərtərəfli təhlükəsiz və əlverişli həyat şəraitinin yaradılması, müasir infrastrukturun qurulması və müasir xidmətlərə əlçatanlılığın təmin olunması qarşıya hədəf kimi qoyulub. Qısa müddət keçməsinə baxmayaraq, deyə bilərəm ki, bu istiqamətdə çox əhəmiyyətli nəticələrimiz var. Cəmi 8 aya müasir standartlara uyğun inşa edilən Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib, 2022-ci il iyulun 19-da Zəngilan rayonunun Ağalı kəndinə, 2023-cü il martın 16-da Tərtər rayonunun Talış kəndinə, mayın 27-də Laçın şəhərinə, avqustun 18-də Füzuli rayonuna, avqustun 25-də Laçın rayonunun Zabux, 2024-cü il may ayının 9-da Şuşa şəhəri və Laçın rayonunun Sus kəndinə, may ayının 27-də isə Xocalı şəhərinə ilk köç reallaşıb və proses uğurla davam edir.

"Bütövlükdə mövcud mənzərə deməyə əsas verir ki, istər infrastruktur, istər kommunikasiya xətləri baxımından Qarabağ və Şərqi Zəngəzur yenidən ən müasir standartlara uyğun qurulur. Bərpa-quruculuq işlərinə və qayıdış coğrafiyasına baxsaq, aydın şəkildə görərik ki, proses bütün amillərin uzlaşdırılması şəraitində həyata keçirilir. Yəni nəqliyyat, kommunikasiya və kommunal infrastrukturun ardıcıllığı təmin olunur. Bu, həm xərclərin effektivliyi, həm qayıdışın təhlükəsizliyinin səmərəli formada təmininə imkan yaradır. Bu işlərin mühüm xüsusiyyətlərindən biri də odur ki, işğaldan azad edilmiş ərazilərin bərpası zamanı hər bir iqtisadi rayonun iqlim şəraiti və profili nəzərə alınır, azad olunan ərazilərdə heyvandarlıq, bağçılıq, tərəvəzçilik, üzümçülük və taxılçılıq sahələrinin inkişaf etdirilməsi, milli dövriyyəyə inteqrasiya edilən torpaqlarda ən müasir suvarma sistemlərinin yaradılması prioritet kimi müəyyən edilir. Həmçinin infrastruktrur layihələrinin tikintisinin məşğulluq məsələlərinə təsiri öyrənilir, bölgə iqtisadiyyatına mühüm töhfə olacaq turizm marşrutlarının işlənib hazırlanması, azad edilmiş ərazilərin "yaşıl enerji" zonasına çevrilməsi əsas hədəflər sırasında yerini qoruyur.

Digər tərəfdən, unutmamalıyıq ki, biz təsadüfi seçdiyimiz əlverişli bir zonada yaşayış məskənləri salmırıq. Söhbət vandallar tərəfindən qəsdən yerlə-yeksan edilmiş və üstəlik dünyanın mina ilə ən çox çirklənmiş ərazisində quruculuq və bərpadan gedir. Proses çevik və səmərəli, eyni zamanda çox ehtiyatlı yanaşma tələb edir. Ötən üçillik zamanı göstərir ki, Azərbaycan bu vəzifənin öhdəsindən gözlənildiyindən daha yaxşı gəlir, lakin bütün bunlar üçün vaxt lazımdır. Son zamanlar Ermənistandan müəyyən müsbət meyillər görünməsinə baxmayaraq, bütövlükdə İrəvanın təcavüzkar mahiyyəti dəyişmədiyi üçün hazırda Böyük Qayıdış yolunda ən böyük əngəl də məhz bu təcavüzkarlıqdan doğan maneə, yəni minalı ərazilərdir. Möhtərəm Prezident ötən ilin may ayında bildirmişdi ki, "Azərbaycanın üzləşdiyi mina təhlükəsi kütləvi qırğın silahlarının doğurduğu dəhşət ilə müqayisə oluna bilər".

30 illik işğal dönəmində ilkin qiymətləndirmələrə görə Ermənistan Qarabağ və Şərqi Zəngəzura 1,5 milyondan artıq mina basdırmışdır. Minaların yollar, qəbiristanlıqlar, mülki təyinatlı digər obyektlərdə basdırılması prosesin sülh və insanlıq əleyhinə, o cümlədən müharibə cinayətlərinin tərkib hissəsi kimi həyata keçirildiyini göstərir. Üstəlik, Ermənistan tərəfindən minaların xəritəsinin hələ də Azərbaycana təqdim olunmaması, bir sıra Qərb dövlətlərinin və aidiyyəti beynəlxalq təsissatların isə prosesdə məqsədli hərəkətsizliyi bu cinayətlərin daha geniş miqyasda mütəşəkkil mahiyyət daşıması və Qərbin açıq formada terror və müharibə cinayətlərinə ortaqlığı deməkdir. Postmüharibə dövründə 400-ə yaxın vətəndaşımız davam edən mina terrorunun qurbanına çevrilib, tələfatlar isə gündən-günə artmaqdadır. Təbii ki, mina terrorunda bu və ya digər formada rolu olan hər kəs cəzasını alacaq və öz növbəsində Azərbaycan qarış-qarış bu əraziləri təmizləyəcək. Lakin buna zaman lazımdır və ümumi prosesi gecikdirən də budur. Azərbaycan vətəndaşını işğaldan azad olunmuş ərazilərdə taleyin ümidinə buraxa bilməz, məhz buna görə də köçürmə mərhələli şəkildə həm minalar təmizləndikdən sonra, həm də ən müasir infrastruktur qurulduqca reallaşır. Bu, bizim üçün prinsipial məsələdir və ortada çox ciddi siyasi iradə var. Hər kəs də əmindir ki, mövcud siyasi iradə bütün zəruri tədbirləri görərək vətəndaşların işğaldan azad olunmuş torpaqlarda əbədi və təhlükəsiz şəraitdə məskunlaşmasını təmin edəcək.

Aydındır ki, məhz Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır. Bu mənada, işğaldan azad olunmuş ərazilərdəki fəaliyyətdə planlı və vahid konsepsiyaya əsaslanan hazırkı yanaşmanın alternativi yoxdur. Eyni zamanda Ermənistan və havadarlarının mahiyyətinə yaxşı bələd olduğumuz üçün işi şansa buraxa bilmərik, Azərbaycan böyük quruculuq və bərpa prosesində müdafiə və təhlükəsizlik amilinə konseptual yanaşır. Bu il mayın 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə Xocalı şəhərinə köçən sakinlərlə görüşündə ifadə etdiyi kimi, "Bütün Qarabağ və Şərqi Zəngəzur çox möhkəm bir istehkam zonası olacaq və burada artıq bu istiqamətdə işlər görülür ki, Azərbaycan xalqı əbədi əmin olsun, bir daha bu faciələr bizim xalqımızın başına gəlməyəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 714   Tarix: 04 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda evdə soyuducuya görə dava: 65 yaşlı kişi gəlinini döydü

Bakıda 65 yaşlı kişi gəlinini döyüb. -ın məlumatına görə, hadisə Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində baş verib. Qəsəbə sakini, 1961-ci il təvəllüdlü Akif Ramazanovun (ad və soyadlar şərtidir) oğlu Sakit və Aqil ailə qursalar da, bir müddət ata evində yaşayıblar. Bir müddətdən sonra Sakit qonşuluqd

21.10.2026 441
.

Xəyyamın beşinci övladı doğulub

Əməkdar artist Xəyyam Nisanovun beşinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Kəşfət" proqramında danışıb. O, beşinci övladının da oğlan olduğunu bildirib. "Bu il bir övladım da dünyaya gəlib. Hər il mənim üçün önəmli və fərqlidir. Mənə ən çox kiçik qızım bənzəyir"

21.10.2026 495
.

Tünzalənin özünə 50 yaş hədiyyəsi

Xalq artisti Tünzalə Ağayeva 50 illik yubileyini xüsusi bir musiqi hədiyyəsi ilə qeyd edib. Axşam.az xəbər verir ki, müğənni yaş günündə özünə yeni mahnı hədiyyə edib. "100 dəfə 100 dəfə" adlanan mahnının musiqisi Tünzalənin özünə, sözləri isə Cavid Şahbazbəyova məxsusdur. Qeyd edək ki, yen

21.10.2026 379
.

Fatih Terim "Tuzlu kahve"də çəkiləcək?

Türkiyə milli futbol komandasının keçmiş baş məşqçisi Fatih Terim "Tuzlu kahve" serialında rol alacaq. Axşam.az xəbər verir ki, iddiaların yaranmasına səbəb məşqçinin serialda Hatun Aydınoğlu obrazını canlandıran Binnur Kayanın paylaşımına "Ümid edirəm, yaxın zamanda sizinlə bir duzl

21.10.2026 259
.

Saç tökülməsinə qarşı kökündən HƏLL YOLU

Kişilərdə saç tökülməsinin müalicəsi üçün hazırlanan yeni dərman klinik sınaqlarda müsbət nəticələr göstərib. Tədqiqat zamanı preparatın saçların sayını artırmağa kömək etdiyi müəyyənləşdirilib. BİG.AZ xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. ABŞ-ın Veradermics şirkəti tərəfində

21.10.2026 389
.

Leyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin

10:41 135
.

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - Siyahı

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxslər" siyahısına daxil edib. xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının suverenliyinə, milli təhlükəsizliyinə

21.10.2026 287
.

Azərbaycanı "ikinci Ukrayna" ilə hədələyənlər Türkiyənin aqibətini düşünsünlər!

Azərbaycanı "Ukrayna aqibəti" ilə hədələyənlərin diqqətinə!. Türkiyənin "Yeni Şəfəq" qəzeti Ankara-Bakı münasibətlərinə dair növbəti - son həftələrin isterik fonunda Türkiyə mediasında yazılan bəlkə də yüz birinci - məqaləsini dərc etdi. Normalda, bunu media səhifələrində hər gü

21.10.2026 416
.

Dondurulmuş çörəyi yenidən yumşaq etmək üçün mütəxəssis məsləhəti

Dondurucuda saxlanılan çörəyi yenidən yumşaq və xırtıldayan hala gətirmək mümkündür. Mütəxəssislər bunun üçün bir neçə sadə üsul açıqlayıblar. xarici mediaya istinadən xəbər verir ki, çörəyi dondurmaq onun xarab olmasının qarşısını almağın və qida israfını azaltmağın ən asan yollarından biridir. Mütəxəssisləri

21.10.2026 358
.