Toyundan bir gün qabaq özünü asan bəyin ölümündə yeni DETALLAR: Nişanlısına dəfələrlə mesaj yazıbmış
Qazaxda toy axşamında özünü mağardan asaraq intihar edən bəyin ölümü ilə bağlı bəzi yeni detallar məlum olub.
Bu barədə oğlunun cansız bədənini aşkarlayan atası İsmayıl Omarov referans.az-a danışıb:
"Heç kimdən şübhələnmirəm. İki ildir istəkli idi, qız toyunu da elədik sevinə- sevinə. Oğlumun telefonu hazırda araşdırma üçün prokurorluqdadır. Yazışmalarda bir neçə nəfərlə xoş danışığı olub. Nişanlısı yatandan sonra hadisə olub, gecə saat 5-ə işləmiş. Mən də bir saat sonra oğlumun meyitini görmüşəm. Nə qədər axtardıq məktub yazmayıb, telefonunun kodunu da açıq qoyub. Kimsə onu özünü öldürməyə məcbur edə bilməz. Oğlum mənimlə birgə arıçılıqla məşğul olurdu. İki il öncə otlaq sahəmizi biçmək üçün traktor aldıq. Oğlum oxuyub sürücülük vəsiqəsi alandan sonra traktoru o işlətdi. Lazım olanda başqasının da sahəsini biçirdi".
Ata bildirib ki, oğlunun nişanlısı yatandan sonra oğlu ona dəfələrlə mesaj yazıb, sonra silib:
"Nişanlısını danışdırdıq. Bizə dedi ki, yatana kimi danışıb-gülüblər".
İsmayıl Omarov qeyd edib ki, oğlunun intihar etdiyi gün içkili olması ilə bağlı yayılan xəbərlər yalandır:
"Hadisə ciyər axşamından bir gün əvvəl olub. İçki məclisi də olmayıb, nə də uşaqlar içməyiblər. Bakıdan tay-tuşları toyuna gəlirdi, yasına çatdılar. İstəyəndə qayınatası gilə gedirdi, ailə oğlumu yaxşı tanıyırdı".
Qeyd edək ki, hadisə may ayının 31-i Qazaxda baş verib. Orta Salahlı kənd sakini 27 yaşlı Əhliman Omarov özünü asaraq canına qıyıb. Onun intiharından üç gün əvvəl isə qız toyu olub. Qazax Rayon Prokurorluğu hadisənin baş vermə səbəblərini araşdırır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1946 Tarix: 05 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBir selfi ilə xərçəngin SONU
Süni intellekt texnologiyası xərçəng xəstələrinin sağqalma ehtimalını üzlərinin bir fotoşəkli əsasında proqnozlaşdıra bilər. ABŞ-da aparılan araşdırmada hazırlanmış yeni sistemin həkimlərə xəstələrin vəziyyətini qiymətləndirmək və müalicə qərarları verməkdə kömək edə biləcəyi bildirilib. BİG.AZ xaric
21.10.2026 369 Azərbaycanda ərzaq bahalaşması: Daha hansı məhsulların qiyməti artacaq?
Azərbaycanda kərə və duru yağların qiyməti artıb. Bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər. Mövzu ilə bağlı BİG.AZ-a açıqlamasınd
21.10.2026 310 Həmin ada 5 milyona satılır - Fotolar
Egey dənizində, Türkiyə sahillərinə yaxın yerləşən Yunanıstana məxsus Strongilo adası 5 milyon dollara satışa çıxarılıb. Təxminən 219 min kvadratmetr ərazisi, üç təbii çimərliyi və toxunulmamış təbiəti ilə seçilən ada şəxsi mülk və ya turizm layihəsi üçün potensial imkanlar vəd edir. "Qafqazinfo"
21.10.2026 316 Süni intellektdə yeni mərhələ: Ən güclü deyil, ən səmərəli texnologiya qalib gələcək
Son vaxtlar süni intellektlə bağlı müzakirələrdə bir məqam diqqətdən kənarda qalır. İnsanlar əsasən süni intellektin hansı peşələri əvəz edəcəyindən danışırlar. Halbuki böyük texnologiya şirkətləri artıq başqa bir sualla da üz-üzədirlər: süni intellektdən uzunmüddətli istifadə iqtisadi baxımdan nə dərəcəd
21.10.2026 243 Leyla Əliyeva Zimbabvenin birinci xanımı ilə görüşdü
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün Özbəkistanın Səmərqənd şəhərində Zimbabvenin birinci xanımı Oksiliya Mnanqaqva ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüşdə Azərbaycanla Zimbabve arasında ikitərəfli əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməs
21.10.2026 273 Azərbaycanlılar yaşayan bu kənddə nəfəs almaq çox təhlükəlidir
Gürcüstanın üç şəhərində, o cümlədən Tbilisi, Qardabani və Rustavidə atmosfer havasında çirkləndirici hissəciklərin konsentrasiyası yüksəlib. Bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyi məlumat yayıb. Məlumata görə, oktyabrın 18-də saat 16:00-a olan göstəricilərə əsasən, Tbilisini
21.10.2026 375 Bu gündən qripə qarşı peyvəndləmə başlayır
Payız-qış aylarında havaların soyuması ilə əlaqədar kəskin respirator virus infeksiyalarının, o cümlədən mövsümi qripin yayılma riskinin artması müşahidə olunur. Səhiyyə Nazirliyindən -a bildirilib ki, əhali arasında qrip və digər respirator infeksiyaların yayılmasının qarşısının alınması, eləcə də profilakti
21.10.2026 341 CeyLo tərəf müqabili ilə sevgilidir?
Dünyaca məşhur müğənni və aktrisa Cennifer Lopezin britaniyalı aktyor və komediya ustası Bret Qoldstinlə sevgili olduğu iddia edilir. Axşam.az xəbər verir ki, bu barədə "Page Six" nəşri məlumat yayıb. Bildirilib ki, birgə rol aldıqları "Office Romance" filminin çəkilişlərindən sonr
21.10.2026 354 Bakıda evdə soyuducuya görə dava: 65 yaşlı kişi gəlinini döydü
Bakıda 65 yaşlı kişi gəlinini döyüb. -ın məlumatına görə, hadisə Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində baş verib. Qəsəbə sakini, 1961-ci il təvəllüdlü Akif Ramazanovun (ad və soyadlar şərtidir) oğlu Sakit və Aqil ailə qursalar da, bir müddət ata evində yaşayıblar. Bir müddətdən sonra Sakit qonşuluqd
21.10.2026 406