Gündə beş dəfə məscidə getməyən dövlət qulluqçuları CƏZALANDIRILACAQ

Gündə beş dəfə məscidə getməyən dövlət qulluqçuları CƏZALANDIRILACAQ"Taliban" lideri Heybətullah Axundzadə üzrlü səbəb olmadan ardıcıl olaraq camaat namazını buraxan dövlət qulluqçularının Hənəfi məzhəbinə uyğun olaraq cəzalandırılacağı barədə fərman verib.

Oxu.Az xəbər verir ki, bu barədə "Tolo News" telekanalı məlumat yayıb.

Qeyd olunur ki, fərmana əsasən, dövlət qurumlarının bütün işçiləri və məsul şəxsləri müəyyən olunmuş vaxtlarda beş vaxt namaz qılmalıdırlar. Eyni zamanda, qanunu pozanların hansı cəza ilə üzləşəcəkləri barədə məlumat verilmir.

Xatırladaq ki, 2021-ci il avqustun əvvəlində "Taliban" islamçı radikal dini-siyasi hərəkatı Əfqanıstan hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirərək avqustun 15-də Kabilə daxil olub və ertəsi gün müharibənin başa çatdığını elan edib. İki həftə ərzində Qərb ölkələrinin vətəndaşları və onlarla əməkdaşlıq edən yerli sakinlər fəal şəkildə təxliyə ediliblər. 2021-ci il avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək, ABŞ-nin Əfqanıstanda təxminən 20 illik hərbi mövcudluğuna son qoyub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 633   Tarix: 09 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nicat Məhərrəmova ağır itki

Müğənni Nicat Məhərrəmova ağır itki üz verib. OLAY yazır ki, sənətçinin atası vəfat edib. Bu barədə o, instaqramda məlumat yayıb. Qeyd edək ki, bir neçə il öncə Nicatın anası dünyasını dəyişmişdi

10:42 294
.

Zığ yolunda dəhşətli qəza - Anbaan video

Aprelin 12-si gecə saatlarında paytaxtın Suraxanı rayonu, Zığ şosesində ağır yol qəzası olub. "Qafqazinfo" xəbər verir ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hadisənin görüntülərini yayıb. Bildirilib ki, baş verən bu yol-nəqliyyat hadisəsi sükan arxasında olarkən diqqətli olmağı

12:24 344
.

Fərdi yaşayış evlərinin tikintisi: qanun nə tələb edir?

"Fərdi yaşayış evinin tikilməsi üçün ilk növbədə əsas tələb torpağın təyinatının düzgün olmasıdır. Bəzən vətəndaşlar təyinatı uyğun olmayan torpaqlarda fərdi yaşayış evi tikmək istəyirlər ki, bu da qanunvericiliklə yolverilməzdir". Bunu BİG.AZ-a açıqlamasında vəkil Ramil Süleymanov bildirib

15:52 126
.

İran XİN: "ABŞ ilə danışıqlarda iki-üç mühüm mövzuda fikirlər ayrılıb"

"İran və ABŞ bəzi məsələlərdə anlaşma əldə ediblər, lakin iki-üç mühüm mövzuda fikirlər ayrılıb". "Tasnim" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai bildirib. "Bir sıra məsələlər üzrə qarşılıqlı anlaşma əldə olunub

12.04.2026 408
.

Orxan Səttarov Prezidentin Mətbuat katibi təyin edildi

Orxan Rəcəb oğlu Səttarov Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb

14:33 208
.

Bu tarixdə meteor yağışı olacaq

Aprelin sonunda "π-Puppid" meteor yağışı müşahidə ediləcək. Bu barədə -a Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Məlumata görə, meteor yağışının maksimum aktivliyi isə 22-24 aprel tarixlərinə təsadüf edəcək. Bu meteor axını əsasən Cənu

14:52 183
.

Ayanın 42 min dollarlıq ad günü hədiyyəsi

Müğənni Ayan Babakişiyevanın ad günü olub. Axşam.az xəbər verir ki, sənətçi aldığı bahalı hədiyyəni izləyiciləri ilə bölüşüb. Ayana ad günündə məşhur "Rolex" brendinə məxsus saat hədiyyə edilib. Saatın dəyəri 42 min dollar, təxminənə 71 400 manatdır

11:00 367
.

Vens: ABŞ və İran İslamabadda keçirilən danışıqlarda razılığa gələ bilməyib

Amerika tərəfi İslamabadda İran nümayəndə heyəti ilə görüşdə yekun razılığa gələ bilməyib. "Report"un məlumatına görə, bunu ABŞ-nin Vitse-prezidenti Cey Di Vens İslamabadda İran nümayəndə heyəti ilə danışıqların yekunlarına dair keçirilən mətbuat konfransında bildirib. "İranlılarla bi

12.04.2026 460
.

Ötən gün Tərtərdə qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Ötən gün Tərtər rayonunda qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. "Report"un Qarabağ bürosunun xəbərinə görə, polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində 199-cu il təvəllüdlü, əslən Ağdam rayonunun İlxıçılar kəndindən olan Aslanov Nabil Saleh oğlunu bıçaqlayaraq qətlə yetirməkd

12.04.2026 309
.

TOP MP3