Əhaliyə RƏSMİ XƏBƏRDARLIQ edildi: Bu ərazilərdə çimməyin, TƏHLÜKƏLİDİR

Əhaliyə RƏSMİ XƏBƏRDARLIQ edildi: Bu ərazilərdə çimməyin, TƏHLÜKƏLİDİR"Azərbaycan üzrə bizim xidmətin sularda 37 xilasetmə məntəqəsi mövcuddur. Bunlar Nabran, Neftçala, Şirvan, Lənkəran, Astara, Mingəçevir, Yevlax , Qəbələ, Xəzər, Xaçmaz rayonu və Siyəzən rayonlarında yerləşir. Həmçinin 8 dalğıc-axtarış qruplarımız var".

Musavat.com xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaətlə əlaqələr və təbliğat şöbəsinin böyük inspektoru, baş leytenant Fərid İlhamoğlu deyib.

O bildirib ki, çimərlik kimi nəzədə tutulmayan ərazilərdə çimmək insan həyatına birbaşa təhlükə yaradır:

"FHN tərəfindən aparılan maarifləndirmə işlərinə baxmayaraq, təəssüflər olsun ki, yenə də bəzi vətəndaşlarımız tərəfindən , əsasən də yeniyetmə və gənclər arasında qeyri-iş günlərində çimərlik və qeyri-çimərlik ərazilərdə təhlükəsizlik qaydalarının pozulmasına rast gəlinir. Bu da bir çox hallarda acı sonluqla nəticələnir. Xidmətin texnika və avadanıqlarından başqa suda digər hərəkət vasitələrinin: qayıqların, skuterlərin çimərlik ərazisinə daxil olması qadağandır. Qızmar günəş altında dayanmaq, küləkli havada və sərxoş halda dənizə girmək qadağandır. Hava qaraldıqdan onra suya daxil olmaq olmaz. İnsan həyatı üçün təükəlidir".

Böyük inspektorun sözlərinə görə, xidmət yay fəslində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir:

"Xilasedicilərimiz səhər saat 9-dan axşam saat 8-dək xidmət aparırlar. Axşam 8-dən sonra hava qaralır və görüntü məhdudiyyəti yaranır. Xilasedicilərimiz səsgücləndiricilər vasitəsi ilə istirahət edən vətəndaşlara bildirirlər ki, artıq hava qaraldıqdan sonra suya dalmaq, gecələmək, çimərliklərdə qalmaq həyat üçün təhlükəli ola bilər. Bölgələrimizdə yerləşən su hövzələri: suvarma kanalları, çaylar, göllər, arxlar və bir çox hövzələr çimərlik üçün nəzərdə tutlmayıb. Odur ki, vətəndaşlarımıza xahişimiz odur ki, həmin su hövzələrinə daxil olmasınlar. Çünki həmin su hövələri naməlum mürəkkəb dərinliyə, sürəti axına malikdir. Suyu altında hansı yad cismin bizi gözlədiyini bilmirik.

Vətənaşlarımız həmin su hövzələrinə daxil olub, həyatlarını təhlükəyə atmasınlar. Ölüm halları çox zaman bilinməyən su hövzələrində baş verir. Həyatını itirən vətəndaşlarımız təəssüflər olsun ki, suvarma kanallarında göllərdə və süni yaradılmış arxlarda həyatlarını itirirlər. Bakı şəhərinə gəlincə isə Xəzərin nəzarət olunmayan ərazilərində küləkli hava şəraitində suya daxil olaraq həyatlarını təhlükəyə atırlar və batırlar. Çimərlik kimi nəzərdə tutulmayan ərazlərə getməsinlər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 789   Tarix: 10 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İtinizə bu 7 sözü deməyin

İtin tərbiyəsi səbir tələb edir. Xüsusilə evə yeni küçüyün gəlməsi ilə yerdə yaranan ləkələr, gəmirilmiş ayaqqabılar, davamlı hürmə və qonaqların üstünə tullanmaq sahibini əsəbiləşdirə bilər. Lakin mütəxəssislərin fikrincə, qışqırmaq iti düzgün davranmağa öyrətməyin yaxşı üsulu deyil. xarici mediay

19.10.2026 347
.

"Heç kimin inancımı sorğulamağa haqqı yoxdur"

Türkiyədə məşhurlaşan aktrisa Nəsrin Cavadzadə son günlər sosial mediada haqqında yazılanlara münasibət bildirib. Axşam.az xəbər verir ki, aktrisa Azərbaycanda vahid məktəbli forması ilə bağlı paylaşıma dəstək olduqdan sonra ünvanına yazılan tənqidlərə etiraz edib:. "Son günlər sosial şəbəkələrd

19.10.2026 458
.

Sabah pensiyalar tam ödəniləcək

Oktyabrın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. xəbər verir ki, bununla bağlı Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək

19.10.2026 399
.

Tramp: Fransa ələ keçirilib, təcili sərhədlər bağlanmalıdır

ABŞ Prezidenti Donald Tramp miqrantların Fransada nəzarəti ələ keçirdiyini və hakimiyyətin təcili sərhədləri bağlamalı olduğunu bildirib. Teleqraf xəbər verir ki, Amerika lideri bu barədə "Truth Social"da yazıb. "Miqrantlar Fransanı ələ keçiriblər. Sərhədlər təcili bağlanmalıdır"

19.10.2026 405
.

Baş nazirin müavinlərinin sayı 4 oldu

Xəbər verdiyimiz kimi, Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bununla da Baş nazirin müavinlərinin sayı 3-dən 4-ə yüksəlib. Hazırda Baş nazirin birinci müavini Yaqub Eyyubovdur. O, 199-2003-cü ilə qədər Ba

19.10.2026 449
.

Azərbaycan heç kimin siyasi-ideoloji sınaq meydanı deyil

Qardaşlıq adı altında təzyiq göstərmək dostluq deyil, siyasi məsuliyyətsizlikdir. Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bəzi nümayəndələrinin Azərbaycana münasibətdə son vaxtlar sərgilədikləri mövqe bir sıra ciddi suallar doğurur. Azərbaycanda məktəblilərin geyim qaydalarından tutmuş ölkəmizi

19.10.2026 321
.

"Kupça"sız evə bu yolla sənəd almaq olar

Müxtəlif mənbələrdəki məlumatlara görə, Azərbaycanda, xüsusilə Bakı və Abşeron ərazilərində çıxarışı olmayan yüzminlərlə fərdi yaşayış evi mövcuddur. Belə yaşayış sahələrinin bir hissəsi müəyyən sənədləri olan, lakin həmin sənədləri hüquqi baxımdan legitim hesab edilməyən evlərdir. Digər hissəsi is

11:01 150
.

Litvanın PUA iddiası Polşanın etirazına səbəb olub

Polşa Ukrayna istehsalı olduğu bildirilən pilotsuz uçuş aparatı (PUA) ilə bağlı insidentə görə Litvanın irəli sürdüyü ittihamları əsassız hesab edir. xəbər verir ki, bu barədə Polsat News telekanalı məlumat yayıb. Litva tərəfinin məlumatına görə, oktyabrın 18-də ölkənin şimalında hava məkanını pozara

10:48 149
.

Meyxanaçı İlkin Çərkəzoğlu vəfat etdi

Azərbaycan meyxana sənəti daha bir nümayəndəsini itirib. BİG.AZ -a istinadən xəbər verir ki, tanınmış meyxanaçı İlkin Çərkəzoğlu vəfat edib. İ. Çərkəzoğlu uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında yolda olarkən qəfil dünyasını dəyişib. Allah rəhmət eləsin!

10:14 259
.