Bakıda qadınları qorxu içində saxlayan manyak həbs edildi
Bu günlərdə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsinin ərazisində seksual manyakın olması ilə bağlı sakinlər arasında məlumat yayılıb.
"Qafqazinfo" xəbər verir ki, ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə müraciət edən qadınlar tanımadıqları şəxsin onları izlədiyini, ictimai yerdə qeyri-adekvat hərəkətlər etdiyini bildirib.
Həyata keçirilən tədbirlərlə əməli törədən Maştağa qəsəbəsinin Ləhiş bağları yaşayış massivinin sakini 1996-cı il təvəllüdlü Orxan Babayev (ad-soyad şərtidir) saxlanılıb. O saxlanılarkən polisə müqavimət göstərib.
Barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilən gənc oğlan avqustun 8-də Sabunçu Rayon Məhkəməsinə çıxarılıb. Protokola hakim Samirə Məmmədli tərəfindən baxılıb.
Şahid kimi ifadə verən qızlar Orxandan şikayətçi olduqlarını bildiriblər.
N.Hüseynova adlı şikayətçinin sözlərinə görə, Orxan onu israrla təqib edib:
"Kollecə gedərkən bu oğlanın gözünü məndən çəkmədiyini, telefonla danışaraq keçdiyini gördüm. Daha sonra axşam evə qayıdanda da onu marketin qarşısında telefon qulağında gördüm. Həmin şəxs avtobusla elektrik yerinin arasında üzü yola tərəf yarıçılpaq vəziyyətdə dayanmışdı. Mən çox qorxmuşdum, bu barədə evə gedərkən əmimgilə dedim. Onlar marketin kameralarından görüntüləri əldə edərək dərhal bu barədə polisə məlumat verdilər".
Digər şikayətçi Ə.Vəliyeva yaşadığı qəsəbədə seksual manyakın peyda olması barədə əvvəlcədən eşitdiyini deyib:
"Hadisə günü maşından düşüb evə gedərkən bir nəfər oğlanın döngənin üzərində olan boş yarımtikiliyə keçdiyini gördüm. Təxminən 2-3 həftə əvvəl məhəllədə manyakın peyda olduğunu eşitmişdim. Ona görə ehtiyatlı davranaraq əlimə yerdən daş götürdüm. Həmin obyektin qarşısından keçəndə bu oğlanın çılpaq vəziyyətdə dayandığını gördüm. Evə necə getdiyimi heç özüm də bilmədim. Anama telefonla zəng edərək olduğum yeri dedim ki, başıma nəsə gəlsə, harada olduğumu bilsinlər".
Orxan Babayev isə ifadəsində özünü müdafiə edib. O bu hərəkətləri böyrəyində problem olduğu üçün etdiyini söyləyib.
Sabunçu Rayon Məhkəməsinin 8 avqust tarixli qərarı ilə Orxana bir ay inzibati həbs cəzası verilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1421 Tarix: 13 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYasamalda qanunsuz tikinti narazılıq yaratdı
Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 131A ünvanında aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub. Sərhəd.az xəbər verir ki, sakinlərin sözlərinə görə, "ASAN xidmət" mərkəzinin yaxınlığında, təxminən 300 kvadratmetr ərazidə aparılan tikintinin təyinatı məlum deyil. Şikayətçilə
19.10.2026 273 Peşəkar makler necə olmalıdır? Təcrübə, etika və etimad
Daşınmaz əmlak bazarında şəffaflıq dedikdə, ilk növbədə, məlumatların düzgün təqdim olunması, qiymətlərin əsaslandırılması, xidmət haqqının əvvəlcədən razılaşdırılması, eləcə də tərəflərin hüquq və öhdəliklərinin aydın şəkildə müəyyənləşdirilməsi nəzərdə tutulur. Təcrübədə müştərilərin qarşılaşdığı əsa
19.10.2026 262 Hədəf Türkiyə dövləti və xalqı deyil: AKP hakimiyyəti üzərindən Azərbaycan-Türkiyə münasibətlərinə zərbə vurmaq cəhdləri
Azərbaycan-Türkiyə münasibətləri ayrı-ayrı siyasi qüvvələrin, ideoloji qrupların və informasiya kampaniyalarının gündəlik maraqlarından qat-qat üstün olan strateji dəyərə malikdir. Bu münasibətlər iki dövlətin siyasi iradəsinə, xalqların tarixi qardaşlığına, qarşılıqlı etimada və ortaq təhlükəsizli
19.10.2026 240 Sabah yağış yağacaq
Oktyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şər
19.10.2026 549 "Mançester Siti"nin futbolçusu iki ay yaşıl meydanlardan uzaq qala bilər
İngiltərə təmsilçisi "Mançester Siti"nin futbolçusu Antuan Semenyo zədə səbəbindən iki aya qədər yaşıl meydanlardan kənarda qala bilər. Teleqraf xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Enzo Mareska məlumat verib. Onun sözlərinə görə, Qana millisinin üzvünün təxminən səkkiz həftə meydan
19.10.2026 317 Kreditləşmə sürətlənir: Borc yükü hansı riskləri yaradır?
İstehlak kreditlərinin həcminin artmasının əsas səbəblərindən biri əhalinin gəlirləri ilə gündəlik xərcləri arasında yaranan fərqdir. İnsanlar mənzil, avtomobil, məişət texnikası, təhsil, səhiyyə və digər ehtiyaclarını qarşılamaq üçün böyük məbləğdə vəsaitə ehtiyac duyduqda, həmin pulu uzun müddət toplama
19.10.2026 377 "Məni həyata bağlayan qüvvəm"
Xalq artisti Məleykə Əsədova qızı Gülərlə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, aktrisa övladına olan sevgisini bu sözlərlə ifadə edib:. "Qızım, dünyam, nəfəsim! Qızım, məni həyata bağlayan qüvvəm. Allahdan ən böyük istəyim onu qorumaqdır". Qeyd edək ki, Məleykə Əsədovanın qızı Gülə
19.10.2026 398 Azərbaycan heç kimin siyasi-ideoloji sınaq meydanı deyil
Qardaşlıq adı altında təzyiq göstərmək dostluq deyil, siyasi məsuliyyətsizlikdir. Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bəzi nümayəndələrinin Azərbaycana münasibətdə son vaxtlar sərgilədikləri mövqe bir sıra ciddi suallar doğurur. Azərbaycanda məktəblilərin geyim qaydalarından tutmuş ölkəmizi
19.10.2026 313 İlk tək səyahət üçün ən ideal 5 istiqamət
Solo səyahətlər dünya turizmində güclü tendensiyaya çevrilib. Xaricə tək səyahət edən turist istirahət formatını ailə üzvlərinin və ya dostlarının deyil, məhz öz maraqlarına uyğun seçə bilər. Lakin psixoloji baxımdan belə bir addım atmaq bəzən olduqca çətin olur. Qaynarinfo xəbər verir ki, dünyanın 100-də
19.10.2026 314