Bu il İran "Şimal-Cənub" dəhlizi ilə yük tranzitinin 3 dəfə artacağını gözləyir
Bu il İran "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin şərq istiqaməti üzrə yüklərin tranzitini 3 dəfə - 2 milyon tona qədər artırmağı planlaşdırır.
"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib.
"Biz 2023-cü ildə Rusiya, Qazaxıstan və Türkmənistanın köməyi ilə bu (şərq - red.) istiqamətdə yüklərin daşınması əməliyyatına başladıq. 2023-cü ildə bu həcmlər 650 min ton idi. Potensialı nəzərə alaraq, biz Rusiya tərəfi ilə razılığa gəldik və 2024-cü ilə - 2 milyon ton hədəf qoyduq", - deyə Cəlali Həştərxanda keçirilən IX Xəzər Media Forumunda jurnalistlərə bildirib.
K.Cəlali əlavə edib ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin şərq istiqamətinin tutumu 15 milyon ton yük təşkil edir, ona görə də bu qolun potensialından tam istifadəyə doğru getmək lazımdır.
Xatırladaq ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılması haqqında saziş Rusiya, İran və Hindistan hökümətləri arasında 12 sentyabr 2000-ci il tarixində imzalanıb. Azərbaycan bu sazişə 20 sentyabr 2005-ci il tarixli Qanun əsasında qoşulub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 613 Tarix: 17 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiyada qorxunc mənzərə: Sahillərdə yüzlərlə ölü delfin tapıldı
Rusiyanın Krasnodar diyarı sahillərində 100-dən çox ölü delfin aşkarlanıb. "Mash"a istinadən xəbər verir ki, Taman yarımadasından Siriusadək sahilboyu 132 ölü dəniz məməlisi tapılıb. Bildirilib ki, onlardan 82-si aprelin ilk ongünlüyündə tələf olub. Delfa Mərkəzinin mütəxəssisləri əsas səbə
12.04.2026 419 Çad 1,3 milyon sudanlı qaçqına ev sahibliyi edir
Sudanda döyüşlər davam etdiyi üçün Çad hazırda 1,3 milyon sudanlı qaçqına ev sahibliyi edir. "Report" xəbər verir ki, bu barədə məlumat BMT-nin "X" sosial şəbəkə hesabında paylaşılıb. "Dünya Qida Proqramı təcili zəruri dəstəyi təmin etmək üçün çalışır, lakin maliyyələşdirmə kifayə
12.04.2026 203 Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa edib
Aprelin 12-də Azərbaycanın İrandakı səfirliyi öz fəaliyyətini bərpa edib. BİG.AZ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Qeyd olunub ki, səfirlik ilkin mərhələdə səfir daxil olmaqla, məhdud sayda diplomatik və inzibati heyətlə fəaliyyət göstərəcək. Təhlükəsizlik və təşkilat
12.04.2026 218 Xəzər dənizində 3.2 maqnitudalı zəlzələ oldu
Xəzər dənizində 3.2 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə BİG.AZ-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Bildirilib ki, aprelin 12-də yerli vaxtla 23:45-da qeydə alınan zəlzələnin ocağı 32 kilometr dərinlikdə olub
10:16 71 ABŞ qoşunlarını Böyük Britaniyadan çıxarmayacaq
ABŞ Londonun İrana qarşı əməliyyatda iştirakdan imtina etməsinə görə öz qoşunlarını Böyük Britaniyadan çıxarmayacaq. "Report" xəbər verir ki, bu barədə Birləşmiş Krallığın müdafiə naziri Con Hili "Sky News"un efirində bildirib. Onun sözlərinə görə, Vaşinqton Londona qarşı cavab addımlar
12.04.2026 210 Rusiyada həkimlər divan yeyən uşağı xilas ediblər
Rusiyanın paytaxtı Moskva şəhərinin Morozov Uşaq Xəstəxanasının həkimləri qeyri-adi vərdiş səbəbindən kəskin qida pozuntusu yaranan uşağı xilas ediblər. -ın -ya istinadən xəbərinə görə, bu barədə Moskva Səhiyyə Departamentindən məlumat verilib. Məlumata görə, oğlan uşağı bir neçə gün ərzində divan örtüy
12.04.2026 259 Dağıstanda güclü yağışlardan sonra 500-dən çox ev su altında qalıb
Xilasedicilər Dağıstanda (Rusiya) güclü yağışın fəsadlarını aradan qaldırmağa davam edirlər. "Report" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Məlumata görə, beş bələdiyyədə 516 yaşayış binası, 556 həyətyanı sahə və 45 avtomobil yolu sahəsi su altınd
12.04.2026 411 Kim Çen In Çinlə münasibətləri möhkəmləndirmək istəyir
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In Çinin xarici işlər naziri Van İ ilə görüş keçirib və ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi zərurətini vurğulayıb. "Report" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb. Agentliyi
12.04.2026 215 ABŞ danışıqlarda razılığa gəlmədikdən sonra İran limanlarını blokadaya alacaq
ABŞ ordusu bazar ertəsi günü İran limanlarına və sahil ərazilərinə daxil olan və çıxan bütün dəniz nəqliyyatının blokadasına başlayacağını bildirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu, həftəsonu danışıqlarının İranla müharibəyə son qoymaq üçün razılığa gəlməməsi və iki həftəlik kövrək atəşkəs
10:23 0