Xaricdə işləmək istəyənlər nələrə diqqət yetirməlidirlər? - ARAŞDIRMA

Xaricdə işləmək istəyənlər nələrə diqqət yetirməlidirlər? - ARAŞDIRMASon illərdə Avropa ölkələrində işləmək istəyən azərbaycanlıların sayı artıb. "Qoca qitə"də iş axtaranlar müxtəlif yollarla bu arzularını reallaşdırmağa çalışırlar. Hazırda Bakıda "Avropada işə düzəldirik" deyən çox sayda şirkət fəaliyyət göstərir. Vətəndaşlar müəyyən ödənişlər qarşılığında bu şirkətlərin xidmətlərindən istifadə edirlər. Lakin, zaman-zaman bu şirkətlərin qanunsuz fəaliyyət göstərdiyini və vətəndaşları yalançı vədlərlə aldadığını görürük. Ekspertlər "qoca qitə"də işləmək istəyənlərin diqqətli olmalarını, hər şeyi yüz ölçüb bir biçmələrini tövsiyə edirlər. Əks halda, dələduzların qurbanı ola bilərlər.

Bəs, xaricdə həqiqətən real iş təklif edən şirkətlər varmı? Bunun arzusunda olanlar nələrə diqqət yetirməlidirlər?

"Kaspi" qəzeti bu və digər suallara cavab axtarıb.

Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması İctimai Birliyinin sədri Azər Allahverənov bildirib ki, Azərbaycanda belə şirkətlər 1990-cı illərin ortalarından fəaliyyətə başlayıb: "2000-ci illərin əvvəllərində Azərbaycanda bu sahədə fəaliyyət göstərən dörd rəsmi şirkət var idi ki, müvafiq dövlət qurumlarından lisenziya almışdılar. Lakin həmin şirkətlərdən üçünün fəaliyyəti qeydə alınmadı. Yalnız bir şirkət dövlətlərarası proqram çərçivəsində Səudiyyə Ərəbistanına kiçik tibb işçilərinin göndərilməsini təmin edə bildi. Digər fəaliyyətlər isə daha çox MMC-lər tərəfindən həyata keçirilir. Onların sayı çox olsa da, fəaliyyətləri yetərli deyil".

A. Allahverənovun sözlərinə görə, bu sahədə çoxsaylı şikayətlər mövcuddur: "Əsas şikayətlər insanların aldadılaraq pullarının mənimsənilməsi, verilən vədlərin reallıqdan fərqli olması və iş axtaranların qeyri-qanuni vəziyyətə düşməsidir. Nəticədə iş üçün xaricə üz tutan şəxslər çətin vəziyyətdə qalır və qeyri-qanuni miqrant səviyyəsinə düşürlər. Eyni zamanda, mütəşəkkil cinayətkar qrupların qurbanına çevrilirlər. Təəssüf ki, bu cür problemlər xaricdə işləmək istəyənlərin vasitəçi şirkətlərə müraciət etmə meyilini azaltmayıb. İnsanlar hələ də vasitəçi şirkətlər axtarırlar".

Ekspert tövsiyə edir ki, vətəndaş xaricdən iş təklifi alıbsa, bütün sənədləşmə işlərini və danışıqları hüquqşünasların iştirakı ilə həyata keçirsin: "Hüquqşünaslar təklif olunan müqavilədəki təhlükələri dərhal müəyyən edə bilirlər. Təhlükələrdən sığortalanmaq üçün xarici dil biliyi də mütləqdir. Namizədin dil biliyi olmalıdır ki, kommunikasiya zamanı aldadılmasın. Dəfələrlə şahidi olmuşuq ki, insanlar dil bilmədikləri üçün aldadılıblar. Bundan əlavə, iş təklifi olunan şirkətin fəaliyyəti ilə hərtərəfli maraqlanmaq lazımdır. Şirkətin qanuni olub-olmadığını, əcnəbi miqrantlarla iş təcrübəsini və digər vacib məlumatları araşdırmaq lazımdır. Bu məlumatları toplamağın müxtəlif yolları var. Məsələn, getmək istədiyiniz ölkədə miqrasiya üzrə ixtisaslaşmış ictimai təşkilatlara müraciət edə bilərsiniz. Bu təşkilatlar bu şirkətlər barədə dəqiq məlumatlara malikdirlər. Eyni zamanda, Beynəlxalq Miqrasiya Təşkilatına, həmin ölkədəki Azərbaycanın səfirliyinə və ya digər diplomatik qurumlara, diaspora təşkilatlarına müraciət edə bilərsiniz. Bu yolla mümkün təhlükələri neytrallaşdırmaq olar. Ümumiyyətlə, soydaşlarımız xaricdə iş təklifi alanda dərhal evlərini və ya maşınlarını satıb köçməsinlər. Təklifi dəyərləndirməzdən əvvəl yaxşıca araşdırma aparsınlar".

Slovakiyadan iş vizası gözləyən Fərid Ələkbərov bildirib ki, xaricdə işləmək arzusunda olanlar vasitəçi şirkətləri mütləq araşdırmalıdırlar: "Öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, təxminən bir aydan çox bu şirkətləri araşdırdım. Sosial şəbəkələrdə həmin şirkətlərlə bağlı yazılan şərhləri oxudum və şərh yazarları ilə birbaşa əlaqə saxladım. İş vizası aldıqları ölkədə olub-olmadıqları, hansı şərtlərlə getdikləri ilə maraqlandım. Nəhayət, Polşaya işləməyə yollandım və orada Böyük Britaniyaya məxsus bir zavodda çalışdım. Vizamın müddəti başa çatdığından geri döndüm və hazırda Slovakiyadan iş vizası gözləyirəm".

İşədüzəltmə üzrə mütəxəssis Vüsal Yusifov bildirib ki, işaxtaranlar vasitəçi şirkətlərin fəaliyyətini araşdırmaqla yanaşı, viza məsələsinə də diqqət yetirməlidirlər: "Birbaşa viza alınması mümkün olmayan ölkələrə müraciət etmək doğru deyil. Məsələn, bəzi şirkətlərin elanlarında Norveç, Niderland, Almaniya kimi ölkələrdən iş təklifləri görmək mümkündür. Dünyagörüşü və az-çox araşdırma qabiliyyəti olan insan bilməlidir ki, bu ölkələrə Azərbaycandan birbaşa viza almaq çox çətindir. Bəzi ölkələrə ümumiyyətlə mümkünsüzdür. Amma bəzi şirkətlər bu ölkələrdə işlə təminat təklif edirlər. Həmin ölkələrdə vakansiyalar ola bilər, lakin Azərbaycandan birbaşa viza almaq mümkün deyil. İşaxtaran yalnız Şengen ölkələrindən birinə gedib orada oturum aldıqdan sonra həmin ölkələrə keçib özü iş tapa bilər. Təbii ki, bəzi qanunsuz yollar da mövcuddur. Məsələn, vizaları yararsız hala salmaq, pasportları yandırmaq və s. Qeyri-leqal yolları tövsiyə etmirik, çünki bu yollarla çox əziyyət çəkilir və qaçqın düşərgələrinə düşülür. Hazırda iş üçün ən məsləhətli ölkələr Polşa, Çexiya, Latviya, Litva və Slovakiyadır".

İşçi qüvvəsinin beynəlxalq miqrasiyasını xarici tərəfdaşlar vasitəsilə həyata keçirən şirkətlərin rəhbəri Elməddin Əliyev bildirib ki, Azərbaycan vətəndaşları vasitəçi şirkət seçməzdən əvvəl ölkəni seçməlidirlər: "Onlar seçdikləri ölkənin viza qaydaları ilə bağlı məlumatları rəsmi mənbələrdən toplamalıdırlar. Məsələn, seçilən ölkənin viza qaydalarında dəyişikliklər baş verə bilər. Bu məlumatları "TikTok"dan deyil, rəsmi platformalardan əldə etmək lazımdır. Hər ölkənin miqrasiya siyasətini əhatə edən saytlar mövcuddur. Vətəndaşlar niyə aldanırlar? Çünki məlumatları qeyri-rəsmi mənbələrdən əldə edirlər. Bəzi vasitəçilər də bundan sui-istifadə edərək "cəlbedici təkliflər" irəli sürürlər. Məsələn, iş axtaranlara elə maaş vəd edirlər ki, əslində həmin ölkədə belə bir əməkhaqqı mövcud deyil. Məsələn, şirkət Slovakiyada zavodda 3 000 avro maaş təklif etdiyini bildirir. Ən sadə variantda iş axtaran "Google"da Slovakiyada 2024-cü ildə minimum əməkhaqqının nə qədər olduğunu axtarış edə bilər. Axtarış nəticəsində həmin maaşın olub-olmadığını başa düşmək mümkündür".

Ekspert vurğulayıb ki, hazırda azərbaycanlıların ən rahat iş tapdığı Avropa ölkəsi Slovakiyadır: "Slovakiyada işləyir və istədikləri vaxt məzuniyyətə gələ bilirlər. Bu ölkədə minimum aylıq əməkhaqqı 1 000 avrodan başlayır və iş rejimi gündə 8 saatdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 580   Tarix: 18 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mehmet Ali Erbil hönkür-hönkür ağladı - "Bunu uşaqlığıma bağışlayın"

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil səhnədə hönkür-hönkür ağlayıb. xarici KİV-ə istinadən xəbər verir ki, məşhur şoumen "Hayatım Yalan" adlı təkadamlıq tamaşasında tamaşaçılar qarşısında uşaqlıq illərindən danışarkən duyğulu anlar yaşayıb. Erbil valideynləri ilə münasibətlərindən söz açara

19.10.2026 280
.

İqlim dəyişikliyi Norveçdə içməli su böhranına səbəb oldu

Norveçin Svalbard arxipelaqında yerləşən Lonqyirbyen qəsəbəsinin sakinlərinə ağır metallarla çirklənmə səbəbindən kran suyunu içməmək barədə xəbərdarlıq edilib. Qaynarinfo xəbər verir ki, dünyanın ən sürətlə istiləşən bölgələrindən birində yerləşən qəsəbədə temperaturun artması daimi donmuş torpaqları

19.10.2026 155
.

Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?

Astronomlar indiyədək aşkar edilmiş ən uzaq sürətli radio partlayışını müəyyən ediblər. Bu siqnal kainatın cəmi 3 milyard il yaşı olduğu dövrdə yaranıb. Ən böyük sürpriz isə onun yarandığı qalaktika olub: tədqiqatçılar çoxsaylı ulduzları olan böyük qalaktika əvəzinə, ulduzların fəal şəkildə yarandığ

19.10.2026 157
.

Həkimlikdən nazir postuna...

Xəbər verdiyimiz kimi, Anar Bayramov səhiyyə naziri təyin edilib. "Qafqazinfo" yeni nazirin dosyesini təqdim edir:. Yeni təyin olunan nazir Azərbaycan Tibb Universitetinin, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. O, 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur. A.Bayramo

19.10.2026 354
.

Baş nazirin müavinlərinin sayı 4 oldu

Xəbər verdiyimiz kimi, Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bununla da Baş nazirin müavinlərinin sayı 3-dən 4-ə yüksəlib. Hazırda Baş nazirin birinci müavini Yaqub Eyyubovdur. O, 199-2003-cü ilə qədər Ba

19.10.2026 351
.

Azərbaycanda avtomobil idxalı kəskin azaldı: Bahalaşma nə vaxta qədər davam edəcək?

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən 1 milyard 132,2 milyon dollarlıq 57 min 275 avtomobil idxal olunub. Avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ ifadəsində 472,8 milyon dollar (29,5, miqdar ifadəsində 27 min 982 ədəd (32,8%) azalıb. . Hesabat dövründə idxal oluna

19.10.2026 250
.

Astronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi

Alimlər Günəş sistemindən kənarda çoxlu suyun olduğu və hava şəraiti Yer kürəsindəkilərə müəyyən qədər bənzəyən bir kosmik obyekt aşkar ediblər. Qaynarinfo xəbər verir ki, yeni tədqiqatın nəticələri barədə BGR nəşri məlumat yayıb. Məlumata görə, "James Webb" kosmik teleskopu WISE 0855 qəhvəy

19.10.2026 142
.

"Məni həyata bağlayan qüvvəm"

Xalq artisti Məleykə Əsədova qızı Gülərlə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, aktrisa övladına olan sevgisini bu sözlərlə ifadə edib:. "Qızım, dünyam, nəfəsim! Qızım, məni həyata bağlayan qüvvəm. Allahdan ən böyük istəyim onu qorumaqdır". Qeyd edək ki, Məleykə Əsədovanın qızı Gülə

19.10.2026 243
.

İtinizə bu 7 sözü deməyin

İtin tərbiyəsi səbir tələb edir. Xüsusilə evə yeni küçüyün gəlməsi ilə yerdə yaranan ləkələr, gəmirilmiş ayaqqabılar, davamlı hürmə və qonaqların üstünə tullanmaq sahibini əsəbiləşdirə bilər. Lakin mütəxəssislərin fikrincə, qışqırmaq iti düzgün davranmağa öyrətməyin yaxşı üsulu deyil. xarici mediay

19.10.2026 221
.