DƏHŞƏTLİ FAKT: 400 yaşayış binası çökə bilər
Türkiyənin ən böyük şəhəri olan İstanbulda yüzlərlə yaşayış binasının gözlənilmədən uçulma təhlükəsi ilə üz-üzə olduğu barədə şok bir açıqlama gəlib. Məlum olub ki, meqapolisdə təxminən 400-ə yaxın bina hər an çökə bilər.
Bu dəhşətli faktı Gölcük zəlzələsinin 25-ci ildönümü münasibətilə keçirilən tədbirdə türkiyəli mütəxəssis, professor İhsan Karagöz dilə gətirib.
Professor bildirib ki, 1999-cu ildə baş vermiş dağıdıcı Gölcük zəlzələsindən 25 il keçməsinə baxmayaraq, İstanbulda hələ də ciddi problemlər qalmaqdadır.
"Hazırda İstanbulda özbaşına uçulmaq təhlükəsi olan 400-ə yaxın bina var və təəssüf ki, o binalarda hələ də insanlar yaşayırlar", - deyə o xəbərdarlıq edib.
İhsan Karagöz bu məsələdə tikintiyə nəzarət qurumlarını, İstanbul Böyükşəhər bələdiyyəsini və yerli bələdiyyələri sərt şəkildə tənqid edib.
O, statistik məlumatlara əsaslanaraq qeyd edib ki, İstanbulda mövcud binaların sayı təxminən 1,5 milyona çatır və onlardan 800 mini məhz 17 avqust 1999-cu il zəlzələsindən əvvəl keyfiyyətsiz beton, düzgün olmayan dəmir işlədilərək və heç bir nəzarət olmadan inşa edilib. Hətta bəzi tikililərdə dəniz qumundan istifadə edildiyi də məlum olub.
Professor İhsan Karagöz riskləri minimuma endirmək və binaları möhkəmləndirmək üçün aidiyyəti qurumlara mütləq şəkildə yaxşı bir mühəndisə müraciət etməyi tövsiyə edib. Əks halda İstanbulda böyük bir fəlakətin qaçılmaz olduğunu vurğulayıb.
Qeyd edək ki, Gölcükdə 1999-cu ilin 17 avqustunda baş verən 7,4 bal gücündə zəlzələdə 18,3 min nəfər ölüb, 48,9 min nəfər yaralanıb. Gölcük zəlzələsi təxminən 45 saniyə davam edib və Türkiyənin zəlzələ tarixində "ən uzun zəlzələ" kimi tanınır. (Oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 583 Tarix: 18 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDivar kağızını zədələmədən ləkələri təmizləmək üçün effektli üsullar
Evin görünüşünü gözəlləşdirən divar kağızları zaman keçdikcə toz, yağ, barmaq izləri və müxtəlif ləkələrlə çirklənə bilər. Xüsusilə uşaqlı evlərdə divar kağızlarının təmiz saxlanılması daha çətin olur. Lakin düzgün üsullardan istifadə etməklə divar kağızlarını zədələmədən təmizləmək mümkündür. xaric
19.10.2026 243 "44"ün nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaq
Mədəniyyət Nazirliyi yanında Kino Agentliyi "44" bədii filmi ilə bağlı ictimaiyyətə müraciət edib. Bu barədə Axşam.az-a agentlikdən məlumat verilib. Bildirilib ki, seanslar zamanı mobil telefon və ya digər cihazlarla filmin çəkilməsi, görüntülərin icazəsiz qeydə alınması və yayılması yolverilməzdir:
19.10.2026 311 "Mançester Siti"nin futbolçusu iki ay yaşıl meydanlardan uzaq qala bilər
İngiltərə təmsilçisi "Mançester Siti"nin futbolçusu Antuan Semenyo zədə səbəbindən iki aya qədər yaşıl meydanlardan kənarda qala bilər. Teleqraf xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Enzo Mareska məlumat verib. Onun sözlərinə görə, Qana millisinin üzvünün təxminən səkkiz həftə meydan
19.10.2026 212 Trampın Özbəkistana səfəri planlaşdırılır
Vaşinqton 2027-ci ildə ABŞ Prezidenti Donald Trampın Özbəkistana səfərini təşkil etmək niyyətindədir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət katibi Marko Rubio Səmərqənddə jurnalistlərə açıqlamasında bildirib. "Biz səfərin baş tutmasını istərdik
19.10.2026 241 Payızda bu qidaları süfrənizdən əskik etməyin - Ürəyə faydalıdır
Payız mövsümündə yetişən meyvə və tərəvəzlər yalnız süfrələrə rəng qatmaqla kifayətlənmir, həm də orqanizmin ehtiyac duyduğu bir sıra vacib qida maddələrini təmin edir. Bəzi məhsullar lif, kalium, antioksidantlar və faydalı yağlarla zəngin olduğundan ürək-damar sağlamlığının qorunmasına dəstək verə bilər
19.10.2026 324 Payızda xəstələnməmək üçün bunları EDİN - Həkimdən tövsiyələr
Fəsil dəyişikliyi, xüsusilə payızın gəlişi ilə havanın temperaturunda baş verən tez-tez dəyişikliklər insan sağlamlığına təsirsiz ötüşmür. Temperaturun dəyişməsi, soyuq havaların başlaması və mövsümi allergenlər bəzi insanlarda müxtəlif sağlamlıq problemlərinin yaranmasına və ya mövcud xəstəlikləri
19.10.2026 312 Mehmet Ali Erbil hönkür-hönkür ağladı - "Bunu uşaqlığıma bağışlayın"
Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil səhnədə hönkür-hönkür ağlayıb. xarici KİV-ə istinadən xəbər verir ki, məşhur şoumen "Hayatım Yalan" adlı təkadamlıq tamaşasında tamaşaçılar qarşısında uşaqlıq illərindən danışarkən duyğulu anlar yaşayıb. Erbil valideynləri ilə münasibətlərindən söz açara
19.10.2026 280 "Mənim üçün duyğusal təcrübə idi" - Özge Gürel "44"dən danışdı
Vətən müharibəsinə həsr olunan "44" bədii filmində baş rollardan birini canlandıran türkiyəli aktrisa Özge Gürel ekran işi ilə bağlı müsahibə verib. "Qafqazinfo" xəbər verir ki, Ö.Gürel bu barədə "Vogue Türkiye"yə danışıb. Aktrisa bildirib ki, bu prosesi şəxsən yaşamış insanlarl
19.10.2026 283 Azərbaycanda avtomobil idxalı kəskin azaldı: Bahalaşma nə vaxta qədər davam edəcək?
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən 1 milyard 132,2 milyon dollarlıq 57 min 275 avtomobil idxal olunub. Avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ ifadəsində 472,8 milyon dollar (29,5, miqdar ifadəsində 27 min 982 ədəd (32,8%) azalıb. . Hesabat dövründə idxal oluna
19.10.2026 250