Azərbaycan Özbəkistan üçün vacib tərəfdaşdır

Azərbaycan Özbəkistan üçün vacib tərəfdaşdırAzərbaycanın Türk dövlətləri coğrafiyasında həyata keçirdiyi xarici siyasətin əsas mahiyyəti ondan ibarətdir ki, əməkdaşlıq etimada və etibara əsaslanmış olsun, ümumi təhlükəsizlik strategiyası icra edilsin və münasibətlərdə qarşılıqlı asılılıq elementlərinə yol verilməsin. Məhz bu səbəbdəndir ki, Mərkəzi Asiya dövlətləri Azərbaycanla həm ikitərəfli, həm də Türk Dövlətləri Təşkilatı daxilində əməkdaşlığa üstünlük verirlər.
Bir il bundan əvvəl Özbəkistan Prezidentinin Azərbaycana səfəri zamanı imzalanmış bəzi sənədlərin icrası, Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası və strateji münasibətləri daha da dərinləşdirmək istəyi bu görüşün başa tutmasına təsir edən əsas amillərdən hesab oluna bilər. Ümumilikdə qeyd etmək lazımdır ki, hər iki ölkə arasında münasibətlər bütün platformalar üzrə yüksələn xətt üzrə inkişaf edir. İki xalqı birləşdirən milli adətlər, din, dil və ortaq tarixi köklərlə yanaşı, region üzrə ümumi strateji vizyon, təhlükəsizliyin təmin edilməsi və enerji ehtiyatlarının dünya bazarına çıxarılması kimi mühüm, həyati əhəmiyyətli faktorlar da vacib elementlər sırasındadır.
Özbəkistan əhalisinin sayına görə Mərkəzi Asiyada birinci yerədir. Həmçinin dünyada qızıl və uran ehtiyatlarına, təbi qazın istehsalına görə önəmli yerlərdən birini tutur. Özbəkistanın təsdiq edilmiş neft və qaz ehtiyatlarının həcmi təqribən 5 milyard ton qiymətləndirilir. Lakin bu qədər ehtiyata malik ölkənin dənizə çıxışı olmadığı üçün alternativ variantlardan istifadə etmək zərurəti yaranır. Təbii ki, burada ilk olaraq qardaş Azərbaycanın nəqliyyat və kommunikasiya imkanları göz önünə gəlir.
Azərbaycan tranzit imkanlarından istifadə etməklə Avropanın və dünyanın enerji bazarlarına birbaşa çıxış əldə etmiş olur. Bununla yanaşı, Azərbaycan kimi etibarlı tərəfdaşla əməkdaşlıq etmək hər zaman güvənli mövqedə olmağa zəmanət verir. Qeyd olunan faktlardan əlavə, Azərbaycan Özbəkistan üçün təhlükəsizlik və yeni hibrid müharibə aparmaq bacarığına malik ölkə kimi də vacibdir. İkinci Qarabağ müharibəsində qazanılmış Zəfər Özbəkistan üçün də bir örnək sayıla bilər. Çünki Özbəkistan da uzun müddət separatizm və milli zəmində münaqişə ocağı olmaqdan əziyyət çəkən keçmiş postsovet ölkələrindən biridir. Bu baxımdan da Azərbaycanın əldə etdiyi təcrübə Özbəkistana əsl yol xəritəsi ola bilər.
İqtisadi münasibətlərin də inkişafı hər iki ölkə tərəfindən təşviq olunan istiqamətlərdən biridir. Özbəkistanın zəngin kənd təsərrüfatı imkanları Azərbaycan üçün olduqca maraqlıdır. Eyni zamanda, turizm, təhsil və humanitar sahələr də qarşılıqlı əhəmiyyət kəsb edir.
Azərbaycan tərəfindən neft və qaz istehsalı ilə bağlı zəngin təcrübənin və imkanların Özbəkistana transformasiya olunması səfər zamanı müzakirə mövzularından olacaq desək, yanılmarıq. Bu gün Azərbaycan həm dənizdə, həm də quruda neft və qaz yataqlarının kəşfi, resursların onların ixracı sahəsində beynəlxalq təcrübəyə malikdir. Ona görə də Özbəkistan üçün Azərbaycanla bu sahədə əməkdaşlıq olduqca əhəmiyyətlidir.
Bütün bunların fonunda isə hər iki ölkəni birləşdirən əsas məqam siyasi cəhətdən anlaşılan bir atmosferin formalaşmasıdır. Hələ 2004-cü ildə dövlətimizin başçısı Özbəkistana səfəri zamanı "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə" imzalanıb. 2008-ci ildə BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı məsələ gündəliyə çıxarılanda lehinə səs verən Mərkəzi Asiya ölkəsi məhz Özbəkistan olub. Vətən müharibəsi zamanı Özbəkistan tam şəkildə Azərbaycanın haqlı mübarizəsini dəstəklədi. Bundan əlavə, TDT çərçivəsində Özbəkistan hər zaman Azərbaycan tərəfindən irəli sürülən təkliflərə öz dəstəyini verib. Beynəlxalq platformalarda da hər iki ölkə bütün müstəvilərdə bir-birinə dəstək göstərir. Bütün bunlar onu deməyə əsas verir ki, mədəni, dini və dil baxımından bir-birinə yaxın olan Azərbaycan və Özbəkistan bundan sonra da siyasi, strateji, təhlükəsizlik və ümumi əməkdaşlıq formatında münasibətləri davam etdirmək niyyətindədirlər.

İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 703   Tarix: 24 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Soyuducunun üzərinə maqnit yapışdırılması təhlükəlidir?

Soyuducuların üzərinə yapışdırılan maqnitlər çox məşhur suvenirlərdir. İnsanlar onları adətən səfərlərdən gətirir və ya xatirə kimi hədiyyə alırlar. Lakin bəzi hallarda bu maqnitlərin müəyyən soyuducu modellərinin işinə təsir göstərə biləcəyi bildirilir. xarici mediaya istinadən xəbər verir ki, bel

19.10.2026 222
.

Azərbaycan heç kimin siyasi-ideoloji sınaq meydanı deyil

Qardaşlıq adı altında təzyiq göstərmək dostluq deyil, siyasi məsuliyyətsizlikdir. Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bəzi nümayəndələrinin Azərbaycana münasibətdə son vaxtlar sərgilədikləri mövqe bir sıra ciddi suallar doğurur. Azərbaycanda məktəblilərin geyim qaydalarından tutmuş ölkəmizi

19.10.2026 295
.

"Sabah" - "Barselona" matçının biletləri satışda

UEFA Çempionlar Liqasının liqa mərhələsində "Barselona" ilə qarşılaşacaq "Sabah"ın ev oyununun biletləri satışa çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti yayıb. Görüşün bilet satışı " vasitəsilə həyata keçirilir. Qarşılaşma noyabrın 25-d

19.10.2026 313
.

Payızda bu qidaları süfrənizdən əskik etməyin - Ürəyə faydalıdır

Payız mövsümündə yetişən meyvə və tərəvəzlər yalnız süfrələrə rəng qatmaqla kifayətlənmir, həm də orqanizmin ehtiyac duyduğu bir sıra vacib qida maddələrini təmin edir. Bəzi məhsullar lif, kalium, antioksidantlar və faydalı yağlarla zəngin olduğundan ürək-damar sağlamlığının qorunmasına dəstək verə bilər

19.10.2026 324
.

Dünyada əlavə saniyə dövrü başa çatacaq: Vaxt hesablanması dəyişəcək

Dünya üzrə vaxt standartlarına cavabdeh mütəxəssislər Paris yaxınlığındakı Versal şəhərində görüşməyə və əlavə uzun saniyəyə ehtiyac olub-olmadığını müzakirə etməyə hazırlaşırlar. Qaynarinfo xəbər verir ki, "WION" nəşrinin yazdığına görə, bu saniyənin əlavə edilməsindən imtina olunarsa, istifad

19.10.2026 154
.

Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR

Azərbaycanın daşınmaz əmlak və avtomobil bazarlarında lüks seqmentə olan maraq hər zaman öz unikallığı ilə seçilir. Ölkənin əsas elan platformalarında satışa çıxarılan ən bahalı nəqliyyat vasitələrinin siyahısı yenilənib. "Yeni Sabah"ın araşdırmasına əsasən, təqdim olunan siyahıda Britaniy

19.10.2026 263
.

İtinizə bu 7 sözü deməyin

İtin tərbiyəsi səbir tələb edir. Xüsusilə evə yeni küçüyün gəlməsi ilə yerdə yaranan ləkələr, gəmirilmiş ayaqqabılar, davamlı hürmə və qonaqların üstünə tullanmaq sahibini əsəbiləşdirə bilər. Lakin mütəxəssislərin fikrincə, qışqırmaq iti düzgün davranmağa öyrətməyin yaxşı üsulu deyil. xarici mediay

19.10.2026 221
.

Yasamalda qanunsuz tikinti narazılıq yaratdı

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 131A ünvanında aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub. Sərhəd.az xəbər verir ki, sakinlərin sözlərinə görə, "ASAN xidmət" mərkəzinin yaxınlığında, təxminən 300 kvadratmetr ərazidə aparılan tikintinin təyinatı məlum deyil. Şikayətçilə

19.10.2026 257
.

Teymur Musayev Baş nazirin müavini təyin olundu

Teymur Yusif oğlu Musayev səhiyyə naziri vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Teymur Musayev Baş nazirin müavini təyin olunub. Qeyd edək ki, Teymur Musayev 2022-ci ilin yanvar ayında

19.10.2026 434
.