ABŞ və Avropada nasazlıqlar üzündən ən çox geri çağırılan avtomobil brendlərinin ADLARI

ABŞ və Avropada nasazlıqlar üzündən ən çox geri çağırılan avtomobil brendlərinin ADLARIÖtən ilin yekunlarına görə Avropa bazarında "Mercedes-Benz" premium alman brendi texniki zavod çatışmazlıqları ilə birbaşa əlaqəli ən çox geriçağırma kampaniyaları keçirən marka olub.

Bu barədə Oxu.Az nüfuzlu "Autocar" nəşrinin ekspertlərinə istinadən məlumat verib.

"Mercedes-Benz" şirkəti "AMG GT", "CLS", "E" və "C" sinif, eləcə də "EQS" elektromobil modellərini əhatə edən 38 xidmət aksiyasını həyata keçirməli olub. Maraqlıdır ki, 2022-ci ildə "Mercedes-Benz" 2.5 milyon avtomobili müxtəlif nasazlıqlara görə geri çağırıb və bu göstərici son 5 ildə ən yüksək həddə çatıb.

ABŞ-də keçən il analoji reytinqə yerli "Ford" şirkəti başçılıq edib. "Ford "müxtəlif yığım qüsurları və istifadə prosesində aşkar edilmiş qüsurlara görə 56 geriçağırma proqramının təşkili barədə elan verib. Ümumilikdə isə son 5 ildə "Ford" 8 milyondan çox avtomobili geri çağırıb.

Qlobal avtomobil bazarından danışarkən "Takata" təhlükəsizlik yastıqları ilə bağlı xidmət kampaniyasının ciddiliyini qeyd etmək lazımdır. Temperaturun yüksəlməsi ilə qaz generatorundakı təzyiqin səviyyəsinin aşağı enməsi yastığın mexanizminin işə düşməsinə səbəb olurdu. Nəticədə avtomobilin salonuna metal qəlpələri atılırdı.

Ümumilikdə dünya üzrə məhz bu qüsura görə 100 milyondan çox avtomobil geri çağırılıb. Təkcə ABŞ-də 400-dən çox yaralı və 27 ölüm hadisəsi qeydə alınıb. Problem 34 müxtəlif avtomobil markasının maşınlarına toxunub.

Qeyd etmək lazımdır ki, müxtəlif bazarlarda təhlükəli nasazlıqlara görə geriçağırma kampaniyaları hələ də davam edir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 665   Tarix: 25 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

TOP MP3