Zaurun, Xoşqədəmin, Elgizin verilişləri bağlanacaq? – AÇIQLAMA
Bu ilin mart-aprel aylarında televiziyalarda yayımlanan yüksək reytinqli bəzi sosial verilişlər tənqid hədəfi oldu. Bu proqramların gənc nəslin tərbiyəsinə, orta yaşlı insanların psixologiyasına, bütövlükdə cəmiyyətə mənfi təsir göstərdiyi, ailə institutunu zədələdiyi deyildi. Ona görə həmin verilişlərin qapadılmalı, efirdən yığışdırılmalı olduğu fikri irəli sürüldü. İlkin olaraq proqramların efir vaxtının azaldılmasına başladıldı.
Bəs bu məsələdə son durum necədir? Ötən mövsümdə tənqid edilən və vaxtı azaldılan həmin verilişlər yeni sezonda bağlana bilərmi? Ümumiyyətlə bu kimi tənqid edilən layihələrə nə kimi alternativlər təqdim oluna bilər?
Milli.Az news24.az-a istinadən bildirir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib ki, televiziya hər bir vətəndaşın evinə daxil olur, dünyagörüşünə təsir edir:
"İctimai şüura təsir edə bilən ən mühüm vasitədir. Burada ictimai-siyasi proseslər barədə dolğun, düzgün məlumatların yayılması, maarifləndirici proqramların olması vacibdir. Əyləncə xarakterli verilişlərin özü də müəyyən prinsiplərə söykənməlidir. Əyləncəli proqramlar adı ilə yad dünyagörüşlü, yad əxlaqlı, milli-mənəvi dəyərlərə zidd məzmunun yayılması xoş olmayan hadisədir.
Bu baxımdan milli telekanallarda bayağı, ucuz şou proqramların yayımlanmasını əksəriyyət qınayır. Bu verilişlərə çəki-düzən verilməsi yaşadığımız dövrdə daha vacibdir. Çünki qloballaşma prosesi milli dəyərləri ciddi şəkildə təhdid edir. Belə bir şəraitdə bəzi telekanallar milli dəyərlərimizin qorunub saxlanılmasına, modernləşdirilib yeni dövrə ötürülməsinə yardım göstərmək əvəzinə, bayağı verilişlərə yer ayırıb, əksinə hərəkət edirlər".
M.Ələsgərlinin fikrincə, onların öz proqram və efir siyasətlərində dəyişiklik etmələri zəruridir:
"Bu kontekstdə yanaşsaq, bu ilin əvvəlində açılan müzakirələri, şou xarakterli verilişlərin tənqid edilməsini yüksək dəyərləndirirəm. Amma o da faktdır ki, 10 illər ərzində formalaşmış yanlış efir siyasətini bir günün içində kökündən dəyişmək imkansızdır. Bu cür dəyişikliklər peşəkar kadr resursuna, maddi imkanlara və sair zəruri elementlərə bağlıdır. Yəni, yeniləşmə təkcə efir siyasətindən asılı deyil, həm də resurslara bağlı bir məsələdir. Bu baxımdan hesab edirəm ki, əyləncə xarakterli peşəkar proqramların ərsəyə gətirilməsi zaman alacaq. Əsas budur ki, ortada yeniləşməni tələb edən ictimai sifariş və bu sifarişi real dəyərləndirən telekanallar vardır. Tendensiya varsa, nəticəsi də olacaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 4777 Tarix: 29 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Heç kimin inancımı sorğulamağa haqqı yoxdur"
Türkiyədə məşhurlaşan aktrisa Nəsrin Cavadzadə son günlər sosial mediada haqqında yazılanlara münasibət bildirib. Axşam.az xəbər verir ki, aktrisa Azərbaycanda vahid məktəbli forması ilə bağlı paylaşıma dəstək olduqdan sonra ünvanına yazılan tənqidlərə etiraz edib:. "Son günlər sosial şəbəkələrd
19.10.2026 210 1500 illik məzardan qızıl ayaqqabılar çıxdı: Alimləri təəccübləndirən tapıntı
Qazaxıstanın qərbində, Aktau şəhəri yaxınlığındakı qədim məzarlıqda təxminən 1500 il əvvələ aid gənc qadının məzarı aşkarlanıb. Məzarda qızıl örtüklü ayaqqabılar, qızıl bəzəkli baş geyimi və kəmər də tapılıb. Alimlər ayaqqabıların gündəlik istifadə üçün deyil, dəfn mərasimi üçün hazırlandığını ehtima
19.10.2026 190 "44"ün nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaq
Mədəniyyət Nazirliyi yanında Kino Agentliyi "44" bədii filmi ilə bağlı ictimaiyyətə müraciət edib. Bu barədə Axşam.az-a agentlikdən məlumat verilib. Bildirilib ki, seanslar zamanı mobil telefon və ya digər cihazlarla filmin çəkilməsi, görüntülərin icazəsiz qeydə alınması və yayılması yolverilməzdir:
19.10.2026 311 Sabah pensiyalar tam ödəniləcək
Oktyabrın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. xəbər verir ki, bununla bağlı Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək
19.10.2026 297 Qətl şübhəlisinin hadisədən əvvəl süni intellektə verdiyi suallar ortaya çıxdı
Türkiyənin Sakarya vilayətində 14 yaşlı Murat İmrağın odlu silahdan açılan atəş nəticəsində həyatını itirməsi ilə bağlı istintaqda yeni detallar məlum olub. Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ilə əlaqədar həbs edilən 15 yaşlı Yasin Karataşın (ad və soyad şərtidir) cinayətdən əvvəl sün
19.10.2026 225 Türkiyədəki hakim partiyanın maraqları xalqın maraqları ilə eyniləşdirilməməlidir
"AKP hakimiyyətinin bəzi siyasi dairələri anlamalıdırlar ki, Azərbaycan heç kimin ideoloji təsir dairəsi deyil. Ölkəmizin dünyəvi dövlətçilik modeli, müstəqil xarici siyasəti və milli maraqları müzakirə predmeti ola bilər, ancaq kənardan təzyiq və ya siyasi diktə vasitəsinə çevrilə bilməz. Əgə
19.10.2026 243 Kreditləşmə sürətlənir: Borc yükü hansı riskləri yaradır?
İstehlak kreditlərinin həcminin artmasının əsas səbəblərindən biri əhalinin gəlirləri ilə gündəlik xərcləri arasında yaranan fərqdir. İnsanlar mənzil, avtomobil, məişət texnikası, təhsil, səhiyyə və digər ehtiyaclarını qarşılamaq üçün böyük məbləğdə vəsaitə ehtiyac duyduqda, həmin pulu uzun müddət toplama
19.10.2026 281 Kosmosda doğulan uşağın başına nə gələcək: alimlərin izahı
NASA Marsa missiyalar planlaşdırdığı bir vaxtda alimlər Yer kürəsindən kənarda uşağın dünyaya gəlməsinin mümkünlüyünü və bunun hansı nəticələrə səbəb ola biləcəyini araşdırırlar. Marsa uçuş planları getdikcə reallığa çevrildikcə insan orqanizminin kosmos şəraitində necə fəaliyyət göstərəcəyi ilə bağl
19.10.2026 256 İlk tək səyahət üçün ən ideal 5 istiqamət
Solo səyahətlər dünya turizmində güclü tendensiyaya çevrilib. Xaricə tək səyahət edən turist istirahət formatını ailə üzvlərinin və ya dostlarının deyil, məhz öz maraqlarına uyğun seçə bilər. Lakin psixoloji baxımdan belə bir addım atmaq bəzən olduqca çətin olur. Qaynarinfo xəbər verir ki, dünyanın 100-də
19.10.2026 139