Metroya skuter və velosipedlə girmək olar? - RƏSMİ CAVAB

Metroya skuter və velosipedlə girmək olar? - RƏSMİ CAVABSon illər ölkəmizdə təbiəti qorumaq, həmçinin sağlam həyat tərzinə keçid etməklə bağlı skuter və velosiped kimi vasitələrlə hərəkətin təbliğatı aparılır. Şəhərin əsas küçələrinə velosiped zolaqları çəkilir, xüsusi dayanacaqlar quraşdırılır. Bu, həm də tıxacların qarşısının alınmasına ciddi töhfə verə bilər.

Vətəndaş şəxsi skuteri və ya velosipedi ilə ictimai nəqliyyatdan istifadə edə bilərmi?

BiG.AZ xəbər verir ki, Baku.ws-in "qaynar xətti"nə daxil olan məlumata görə, belə vasitələrlə ictimai nəqliyyatdan istifadədə bəzi çətinliklər yaranır.

"Mən özümə şəxsi istifadə üçün elektrikli skuter almışam. Lakin istər şəhərlərarası qatar, istər avtobus, istərsə də metroya qatlanmış vəziyyətdə buraxmırlar", - deyə şikayətçi bildirib.

Bakı Metropoliteninə sorğu ünvanlanıb. Qurumun sözçüsü Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, Bakı Metropoliteninin istifadə qaydaları Nazirlər Kabinetinin təsdiqi ilə qüvvəyə minmiş sənəddir.

Burada sərnişinlərin Bakı Metropolitenində vəzifələri və qadağalar yer alır. Beşinci maddəsində metroda daşınan yüklərin ölçüləri ilə bağlı məsələ var. Ümumi götürdükdə, yükün uzunluğu 220 santimetrə qədər ola bilər. Uzunluq, en, hündürlük ölçülərinin cəmi 200 santimetrdən yuxarı olmamalıdır:

"Bu halda sərnişin yükünü metropolitenə keçirə bilər. Velosipedlə bağlı 9-cu bənddə göstərilir ki, örtüyü olmayan velosipedin metropolitenə gətirilməsi qadağandır. Buna səbəb, bükülməmiş, bərkidilməmiş, yuxarıda qeyd edilən ölçülərdən uzun olan, örtüksüz əşya (velosiped, skuter) metroya daşınırsa, onların metroda istifadəsi qadağandır. Belə yüklərin hər biri bükülməlidir. Əks halda, metroya daxil etmək qadağandır.

Metropoliten rəsmisi onu da qeyd etdi ki, metroya diyircəkli skuterlər, kanki, diyircəkli lövhələr və bu kimi vasitələr sürmək qadağandır, bu da həmin istifadə qaydalarında xüsusi olaraq göstərilib. Bunlar yalnız yuxarıda deyilən bəndə uyğun formada daşına bilər:

"Metropolitendə bu və digər məsələlərin hər birisi mütləq qaydada sərnişin təhlükəsizliyi və rahatlığı prizmasından keçirilməklə nəzərə alınır. Bu səbəbdən də müxtəlif dövrlərdə metrodan istifadə qaydalarında dəyişikliklər edilir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 662   Tarix: 07 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident onları təltif etdi - Siyahı

Azərbaycan energetikləri təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, energetika sahəsinin inkişafında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər:. 2-ci dərəcəli "Əmək" ordeni ilə. Quliye

14:59 109
.

Çində 178 milyon dollar dəyərində ekoloji təmiz aviasiya yanacağı istehsalı zavodu açılacaq

Çinin Haynan əyalətində qida tullantılarından ekoloji təmiz aviasiya yanacağı istehsal edən zavod işə salınmağa hazırlanır. "Report" "Haynan jibao" qəzetinə istinadən xəbər verir ki, layihəni "Hainan Eco Prime" şirkəti adanın şimal-qərb sahilində yerləşən qabaqcıl inkişa

18.10.2026 384
.

Teymur Musayev Baş nazirin müavini təyin olundu

Teymur Yusif oğlu Musayev səhiyyə naziri vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Teymur Musayev Baş nazirin müavini təyin olunub. Qeyd edək ki, Teymur Musayev 2022-ci ilin yanvar ayında

11:30 340
.

Hərbçimiz ürəyindən əməliyyat olundu - Video

Müdafiə Nazirliyinin (MN) Baş Klinik Hospitalında hərbi qulluqçu üzərində mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı MN məlumat yayıb. Bildirilib ki, təngnəfəslik və döş qəfəsində ağrı şikayətləri ilə hospitala müraciət edən hərbi qulluqçunu

10:55 212
.

Hədəf Türkiyə deyil, AKP hakimiyyətidir: Dini-ideoloji şəbəkələr Azərbaycan-Türkiyə münasibətlərini siyasi qarşıdurmaya qurban verməməlidir

"Türkiyədə hakimiyyət uğrunda mübarizənin Azərbaycanla münasibətlərə daşınması, dini-ideoloji qarşıdurmaların siyasi təzyiq vasitəsinə çevrilməsi və iki qardaş ölkə arasında etimadsızlıq yaradılması cəhdləri ciddi suallar doğurur. Türkiyə dövlətini, türk xalqını və konkret siyasi hakimiyyəti bir-birində

10:54 235
.

İranın Səudiyyə Ərəbistanına hücumlarda rolu ilə bağlı iddia irəli sürülüb

İranın Səudiyyə Ərəbistanındakı hədəflərə hücumlar zamanı husilərə hərbi dəstək verdiyi iddia olunur. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. Nəşrin əldə etdiyi məlumata görə, Tehran hava limanları da daxil olmaqla, Səudiyyə Ərəbistanındakı hədəflər

11:01 173
.

Əsgərin ölümünə görə 2 nəfər həbs edildi

Şəmkirdə əsgər Orxan Şabanovun ölümü ilə bağlı iki nəfər həbs olunub. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə ilə bağlı Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusu şübhəli bilinib. Onlar saxlanılaraq istintaqa təhvil veriliblər. Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslər barəsind

10:04 275
.

Xırdalanda tıxacların qarşısını almaq üçün iki yeni yol salınır

Xırdalanda iki yeni yol salınacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, Xırdalan şəhərində nəqliyyat sıxlığının azaldılması, şəhərdaxili hərəkətin asanlaşdırılması və əsas magistral avtomobil yollarına çıxı

10:46 188
.

Baş nazirin müavinlərinin sayı 4 oldu

Xəbər verdiyimiz kimi, Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bununla da Baş nazirin müavinlərinin sayı 3-dən 4-ə yüksəlib. Hazırda Baş nazirin birinci müavini Yaqub Eyyubovdur. O, 199-2003-cü ilə qədər Ba

15:21 71
.