Müəllimlər kəndlərdə dərs demək istəmirlər: 2 mindən çox vakansiya BOŞ QALIB

Müəllimlər kəndlərdə dərs demək istəmirlər: 2 mindən çox vakansiya BOŞ QALIB"İki mindən artıq vakant müəllim yeri üç ildir, heç bir namizəd tərəfindən seçilmir".

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi Təhsilin Təşkili Şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli müəllimlərin işə qəbulu imtahanları (MİQ) ilə bağlı keçirilən brifinqdə deyib. O bildirib ki, həmin yerlər şəhər və ya ucqar ərazilərə aiddir.

Bəs görəsən, müəllimlərə hansı əlavə imtiyazlar verilməlidir ki, sözügedən vakant yerləri seçsinlər?

Təhsil eksperti Qoşqar Məhərrəmov Oxu.Az-a açıqlamasında mövzu ilə bağlı düşüncələrini bölüşüb.

O qeyd edib ki, şəhər yerlərində hansı ərazilərdə və ixtisaslarda vakant yerlərin qaldığını bildikdən sonra məsələni daha düzgün şərh etmək olar:

"Məlumdur ki, ancaq ucqar ərazilərdə nəqliyyat, kirayə xərcləri, ailə vəziyyəti kimi amillər insanların həmin yerləri seçməsinə mane olur. Bir də məsələnin təhsil tərəfi var. Görün nə qədər uşaq həmin fənləri öyrənmək hüququndan məhrum olur?! Bunun qarşısını ən tez zamanda almaq lazımdır. Müəllimlik artıq qadın peşəsi olub. Qadın da ailə qurduqda həyat yoldaşı haradadırsa, adətən, həmin yerdə iş axtarmalı olur. Kişilərin şəhərdə daha tez iş tapdıqlarını nəzərə alsaq, pedaqoji fakültə məzunları olan xanımları da orada qalmağı üstün tuturlar".

Ekspert əlavə edib ki, burada təşviqatı artırmaq əsas həll yolu kimi görünür:

"Məsələn, məvacib 30 faiz yuxarı olmalıdır. Kirayə haqqı qarşılanmalı, yaxud da yataqxana təşkil edilməlidir. Müəllimlərə torpaq sahəsi verilməlidir. Yeni məzunlar icbari olaraq ucqar kəndlərə üç-beş illik yüksək imtiyazlarla təyin edilməlidirlər".

Məlumat üçün qeyd edək ki, mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanlasaq da, suallarımız cavabsız qaldı.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 977   Tarix: 08 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident onları təltif etdi - Siyahı

Azərbaycan energetikləri təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, energetika sahəsinin inkişafında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər:. 2-ci dərəcəli "Əmək" ordeni ilə. Quliye

14:59 109
.

Çində 178 milyon dollar dəyərində ekoloji təmiz aviasiya yanacağı istehsalı zavodu açılacaq

Çinin Haynan əyalətində qida tullantılarından ekoloji təmiz aviasiya yanacağı istehsal edən zavod işə salınmağa hazırlanır. "Report" "Haynan jibao" qəzetinə istinadən xəbər verir ki, layihəni "Hainan Eco Prime" şirkəti adanın şimal-qərb sahilində yerləşən qabaqcıl inkişa

18.10.2026 384
.

Teymur Musayev Baş nazirin müavini təyin olundu

Teymur Yusif oğlu Musayev səhiyyə naziri vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Teymur Musayev Baş nazirin müavini təyin olunub. Qeyd edək ki, Teymur Musayev 2022-ci ilin yanvar ayında

11:30 340
.

Hərbçimiz ürəyindən əməliyyat olundu - Video

Müdafiə Nazirliyinin (MN) Baş Klinik Hospitalında hərbi qulluqçu üzərində mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı MN məlumat yayıb. Bildirilib ki, təngnəfəslik və döş qəfəsində ağrı şikayətləri ilə hospitala müraciət edən hərbi qulluqçunu

10:55 212
.

Hədəf Türkiyə deyil, AKP hakimiyyətidir: Dini-ideoloji şəbəkələr Azərbaycan-Türkiyə münasibətlərini siyasi qarşıdurmaya qurban verməməlidir

"Türkiyədə hakimiyyət uğrunda mübarizənin Azərbaycanla münasibətlərə daşınması, dini-ideoloji qarşıdurmaların siyasi təzyiq vasitəsinə çevrilməsi və iki qardaş ölkə arasında etimadsızlıq yaradılması cəhdləri ciddi suallar doğurur. Türkiyə dövlətini, türk xalqını və konkret siyasi hakimiyyəti bir-birində

10:54 235
.

İranın Səudiyyə Ərəbistanına hücumlarda rolu ilə bağlı iddia irəli sürülüb

İranın Səudiyyə Ərəbistanındakı hədəflərə hücumlar zamanı husilərə hərbi dəstək verdiyi iddia olunur. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. Nəşrin əldə etdiyi məlumata görə, Tehran hava limanları da daxil olmaqla, Səudiyyə Ərəbistanındakı hədəflər

11:01 173
.

Əsgərin ölümünə görə 2 nəfər həbs edildi

Şəmkirdə əsgər Orxan Şabanovun ölümü ilə bağlı iki nəfər həbs olunub. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə ilə bağlı Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusu şübhəli bilinib. Onlar saxlanılaraq istintaqa təhvil veriliblər. Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslər barəsind

10:04 275
.

Xırdalanda tıxacların qarşısını almaq üçün iki yeni yol salınır

Xırdalanda iki yeni yol salınacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, Xırdalan şəhərində nəqliyyat sıxlığının azaldılması, şəhərdaxili hərəkətin asanlaşdırılması və əsas magistral avtomobil yollarına çıxı

10:46 188
.

Baş nazirin müavinlərinin sayı 4 oldu

Xəbər verdiyimiz kimi, Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bununla da Baş nazirin müavinlərinin sayı 3-dən 4-ə yüksəlib. Hazırda Baş nazirin birinci müavini Yaqub Eyyubovdur. O, 199-2003-cü ilə qədər Ba

15:21 71
.