Sabahdan Bakıda bir sıra avtobusların hərəkət sxemi dəyişdiriləcək
Formula-1 üzrə Azərbaycan Qran Pri yarışları ilə əlaqədar sentyabrın 9-dan paytaxtın bir sıra yolları bağlanacaq.
Bu barədə "Report"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Bununla əlaqədar 1 avtobus marşrutunun fəaliyyəti müvəqqəti dayandırılır, 18 avtobus marşrutunun hərəkət sxemi isə dəyişdirilir.
Dəyişikliyə əsasən:
1 nömrəli avtobus marşrutu (istiqamət: "Neftçilər" metrostansiyası), 46 nömrəli avtobus marşrutu (istiqamət: "Əhmədli" metrostansiyası) və H1 nömrəli avtobus marşrutu (istiqamət: Heydər Əliyev Beynəlxalq Aeroportu) 28 May küçəsi – Dilarə Əliyeva küçəsi – Kövkəb Səfərəliyeva küçəsi – Neftçilər prospekti – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;
2 nömrəli avtobus marşrutu (istiqamət: "Dərnəgül" metrostansiyası) Dilarə Əliyeva küçəsi – Kövkəb Səfərəliyeva küçəsi – Neftçilər prospekti – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;
4 nömrəli avtobus marşrutu (istiqamət: "Xətai" metrostansiyası) Azadlıq prospekti – Dilarə Əliyeva küçəsi – Kövkəb Səfərəliyeva küçəsi – Neftçilər prospekti – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.
5 nömrəli avtobus marşrutu iki istiqamət üzrə xidmət göstərəcək. Birinci istiqamət "Nəriman Nərimanov" metrostansiyası – Süleyman Rəhimov küçəsini, ikinci istiqamət 20-ci Sahə dairəsi – Bakı Funikulyorunu (Bəhram Gur heykəli) əhatə edəcək.
6, 10, 18, 31, 37, 77 və 205 nömrəli avtobus marşrutları (istiqamət: "İçərişəhər" metrostansiyası) Şeyx Şamil küçəsi – Lermontov küçəsi – Bünyad Sərdarov küçəsi (son dayanacaq məntəqəsi) üzrə;
61 nömrəli avtobus marşrutu (istiqamət: Mərkəzi Bank): Səməd Vurğun küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Rəşid Behbudov küçəsi (son dayanacaq məntəqəsi) üzrə;
65 nömrəli avtobus marşrutu (istiqamət: "İçərişəhər" metrostansiyası) Murtuza Muxtarov küçəsi – Əhməd Cavad küçəsi – Azərbaycan prospekti (son dayanacaq məntəqəsi) üzrə;
88 nömrəli avtobus marşrutu (istiqamət: "28 May" metrostansiyası) Azadlıq prospekti – Füzuli küçəsi (son dayanacaq məntəqəsi) üzrə fəaliyyət göstərəcək.
125 nömrəli avtobus marşrutu (istiqamət: "28 May" metrostansiyası) Lökbatan dairəsi – Bakı Dairəvi yol – Mikayıl Müşfiq küçəsi – Badamdar dairəsi – Mikayıl Müşfiq küçəsi – Abdulla Şaiq küçəsi – Mirzəağa Əliyev küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Süleyman Rüstəm küçəsini (son dayanacaq məntəqəsi, "28 Mall" ticarət mərkəzi) əhatə edəcək.
149 nömrəli avtobus marşrutunun (istiqamət: Bakı Funikulyoru) son dayanacaq məntəqəsi Bəhram Gur heykəlinin qarşısı olacaq.
E1 nömrəli avtobus marşrutu isə fəaliyyətini müvəqqəti dayandıracaq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1238 Tarix: 08 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Yatmış gözəl"in əsl qəsri: Harada yerləşir və turistləri nə ilə valeh edir?
Nağıllardakı "Yatmış gözəl" qəsrinin uydurma olduğu düşünülsə də, bu obraza ilham verdiyi hesab edilən real qəsr Fransada, Luara vadisinin mərkəzində yerləşir. Qaunarinfo xəbər verir ki, bu barədə Divany.hu nəşri yazıb. Söhbət Luara və Endr çaylarının qovuşduğu ərazidə, Şinon meşəsinin kənarınd
28.07.2026 85 Vladimir Putin İlham Əliyevə zəng edib
İyulun 28-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. BİG.AZ xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, ikitərəfli və beynəlxalq gündəliyə dair aktual məsələləri müzakirə edən liderlər Azərbaycan-Rusiy
28.07.2026 264 İranın Ukraynaya raket zərbəsi endirəcəyi iddia olunur
İranın yaxın günlərdə Ukrayna ərazisini ballistik raketlərlə hədəfə ala biləcəyi barədə iddia yayılıb. xəbər verir ki, Ukraynanın "İnsayder Ukrayna" Teleqram kanalı Tehranın iki gün ərzində Ukraynaya üç ballistik raket atmağı planlaşdırdığını bildirib. Məlumat hələlik rəsmi mənbələr tərəfində
28.07.2026 178 Kamçatka sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb
Sakit okeanda, Kamçatka yarımadası yaxınlığında 5,5 maqnitudalı zəlzələ baş verib. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının məlumatına görə, yeraltı təkanın episentri Petropavlovsk-Kamçatski şəhərindən 521 kilometr
28.07.2026 184 Sabah hava küləksiz olacaq
İyulun 29-da gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-25 isti, gündüz 31-36 isti olacaq. Atmosfe
28.07.2026 200 "İdrak" liseyində müəllimin güllələnməsində atəş açılan silahın sahibi barədə qərar verildi
"İdrak" liseyində müəllimin güllələnməsində ittiham olunaraq həbs edilən yeniyetmənin atası barədə qərar verilib. APA xəbər verir ki, bununla bağlı Binəqəsi rayon Məhkəməsində hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, təqsirləndirilən Sami
28.07.2026 243 Qızıl ucuzlaşdı
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,85% azalaraq 4101.2 ABŞ dollarına bərabər olub. birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 2,3% azalaraq 57.36 dollar təşkil edib
28.07.2026 144 Trampın Putinə münasibəti dəyişir - WSJ yeni detalları açıqladı
Donald Trampın Rusiya prezidenti Vladimir Putinə münasibəti getdikcə pisləşir. "AzPolitika" xəbər verir ki, bu barədə Amerika liderinə yaxın mənbələr "The Wall Street Journal"a bildiriblər. Tramp əvvəlcə Rusiya ordusunun Ukraynanı döyüş meydanında məğlub edəcəyinə inanırdı. Puti
28.07.2026 153 Fiziklər qara dəliklərdə yadplanetli texnologiyaların mövcudluğunu iddia edir
Pensilvaniya Universiteti, Massaçusets Texnologiya İnstitutu (MIT) və "Ultraintelligence Foundation" təşkilatından 20-dən çox tədqiqatçı MIT-in Beyin, Ağıl və Maşınlar Mərkəzində "Dyson Minds 2025" adlı iki günlük seminarda bir araya gəlib. Qaynarinfo xəbər verir ki, alimlər fövqəlkütləv
28.07.2026 44