Avtobus zolağına girənlər bu halda 100 manat CƏRİMƏ OLUNMAYACAQ - RƏSMİ
Bakıda ictimai nəqliyyatın effektivliyini artırmaq və yollarda hərəkəti tənzimləmək məqsədilə avtobuslar üçün xüsusi zolaqlar ayrılıb.
BiG.AZ xəbər verir ki, bu zolaqlar əsasən avtobusların hərəkətini sürətləndirmək və sərnişinlərin vaxtında çatdırılmasını təmin etmək üçün nəzərdə tutulub.
Avtobus zolaqlarına daxil olmaq isə müəyyən qaydalar çərçivəsində tənzimlənir.
Sürücülər hansı halda avtobus zolağına daxil olarsa onları cərimə gözləmir? Bəzi avtobus zolaqlarının girişində qoyulan nişanlara saatlar yazılıb, bəzilərində isə yox. Bu, hansı mənanı verir? Məsələ ilə bağlı Baş DYP İdarəsinin inspektoru polis leytenantı Hacıyev Elvin BAKU.WS-ə bildirdi ki, bəzi hallarda sürücülər avtobus zolaqlarına daxil olarsa, onları cərimə gözləmir:
"Yol hərəkəti haqqında" Qanunun 48-ci maddəsinə əsasən 5.9 (Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq) nişanı və 1.23 ("BUS" yazısı) nişanlanması ilə işarələnən zolaqlarda digər nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır. Zolaq 1.1 bütöv nişanlanma xətti ilə digər hərəkət zolaqlarından ayrılmışdırsa, digər nəqliyyat vasitələrinin bu zolağa bütün hallarda daxil olması qadağandır.
Lakin istisnalar var:
1. Əgər zolaq digər zolaqlardan 1.5 qırıq-qırıq nişanlanma xətti ilə ayrılarsa , başqa nəqliyyat vasitələrinin bu zolaqla hərəkəti qadağan edilsə də, ümumi istifadədə olan nəqliyyat vasitələrinə maneə yaratmadan yalnız sərnişini mindirmək və ya düşürmək üçün bu zolağa keçib dayanmaq və dərhalda hərəkətə başlayıb zolağı tərk etmək olar.
2. Yalnız yoldan çıxış və yola giriş yerlərində 1.11 nişanlanma xətti ilə işarələnən yerlərdə bu zolağa qismən daxil olub oradan müvafiq manevri etmək olar.
Digər nəqliyyat vasitələrinin sürücüləri giriş-çıxış yerlərində tətbiq edilmiş 1.11 xəttini kəsərək həmin zolağa daxil olduqda mütləq yoldan çıxmalıdırlar. Həmin zolağa daxil olub giriş-çıxış yerini düz keçərək bu zolaqla hərəkəti davam etdirmək, o cümlədən növbəti 1.11 xətti olan yerdə həmin zolağı tərk edənədək davam etdirmək qadağandır".
İdarənin inspektoru əlavə etdi ki, bəzi küçələrdə qadağa yalnız günün müəyyən saatlarında qüvvədədir:
"Hansı ərazidə, küçədə qoyulmuş nişanda saat qeyd edilibsə, həmin yerdə qadağa yalnız həmin saatlarda qüvvədədir. Hazırda quraşdırılan nişanlarda avtobus zolağına giriş səhər saat 07:00-10:00 və saat 17:00-20:00-da qadağandır. Saatın qeyd edildiyi nişanlar olmayan küçələrdə qadağa bütün gün üçün qüvvədədir.
Xatırladaq ki, avtobus zolağına qaydalardan kənar daxil olan şəxslərə 100 manat məbləğində cərimə və 2 cərimə balı qeydə alınır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 918 Tarix: 09 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAlyona Əliyeva konsertdə - Fotolar
Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva "Instagram" hesabında italyan lirik tenor Luca Minnellinin solo konsertindən fotolar paylaşıb. "Qafqazinfo" sözügedən fotoları təqdim edir:
12:09 238 Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb
Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır. Məlumata görə, iribuynuzl
18.10.2026 330 Bağırsaq xəstəliyinin izləri 10 il əvvəl üzə çıxa bilər
Bəzi xroniki bağırsaq xəstəliklərinin ilkin əlamətləri diaqnoz qoyulmazdan illər əvvəl qanda özünü göstərə bilər. Yeni araşdırma bu xəstəliklərin daha erkən aşkarlanması və gələcəkdə ağırlaşmaların qarşısının alınması üçün ümid yaradıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, "The Guardian"
14:15 82 Azərbaycan heç kimin siyasi-ideoloji sınaq meydanı deyil
Qardaşlıq adı altında təzyiq göstərmək dostluq deyil, siyasi məsuliyyətsizlikdir. Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bəzi nümayəndələrinin Azərbaycana münasibətdə son vaxtlar sərgilədikləri mövqe bir sıra ciddi suallar doğurur. Azərbaycanda məktəblilərin geyim qaydalarından tutmuş ölkəmizi
14:41 29 Anar Bayramov səhiyyə naziri oldu - Sərəncam
Anar Məhərrəm oğlu Bayramov səhiyyə naziri təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, A.Bayramov aprelin 14-ü TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin edilmişdi
11:40 271 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs Səhiyyə Nazirliyinin tabeliyinə verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Fərman imzalayıb
11:25 239 Təbiətin məhvinə qorunmasından 30 qat çox vəsait xərclənir - Quterreşdən şok açıqlama
"Dünyada ətraf mühitin mühafizəsinə yatırılan hər bir dollara qarşılıq olaraq, təbiətə zərər vuran fəaliyyətlərə 30 dollar sərf edilir. Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterreş İrəvanda keçirilən biomüxtəlifliyin qorunmasına dair sammitdəki çıxış
18.10.2026 330 Hindistanda yük maşını zəvvar qrupunu vurub, azı 13 nəfər həlak olub
Hindistanın Madhya-Pradeş ştatının Qvalior şəhərində yük maşınının zəvvar qrupuna çırpılması nəticəsində azı 13 nəfər həlak olub, 40 nəfər isə xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə "Press Trust of India" agentliyinə yerli polisin rəisi Dharmvir Sinqh bildirib. Qəza baza
18.10.2026 352 Polşanın Baş nazirinə qarşı sui-qəsd çağırışı: 46 yaşlı kişi saxlanıldı
Polşada Baş nazir Donald Tuska sui-qəsd çağırışları etməkdə şübhəli bilinən şəxs saxlanılıb. xəbər verir ki, bu barədə Polşa hökumətinin sözçüsü Adam Şlapka "X" sosial şəbəkəsində məlumat verib. "Dünən Oborniki şəhərində polis Baş nazir və Seym sədri də daxil olmaqla, Polşa rəsmilərin
11:07 159